Əbdül Müin Niyazi və ya Mir Əbdül Müin Mir Feyzullayev () — azərbaycanlı pedaqoq, şair və siyasi repressiya qurbanı.
Yaradıcılıqla məşğul olub. "Dilguşa" adlı ilk kitabı 1914-cü ildə nəşr olunub. Azərbaycan Cümhuriyyəti qurulduqdan sonra "Yaşıl Qələm" cəmiyyətinin üzvü olub. Aprel işğalından sonra Gizli Müsavatın Bakı komitəsinin üzvü olub. Fəaliyyətinə görə 1926-cı ildə XDİK tərəfindən həbs olunub və Solovki əsir düşərgəsinə sürgün edilib. Sürgün müddəti bitdikdən sonra Bakıya qayıdıb. Lakin 1937-ci ildə yenidən həbs olunaraq Arxangelsk vilayətinə sürgün edilib.
1947-ci ildə sürgündən qayıdıb. Bakıda yaşamağına icazə verilmədiyi üçün bir neçə il Şamaxıda yaşayıb.
Azərbaycan SSR əməkdar incəsənət xadimi, rəssam Lətif Feyzullayevin qardaşıdır.
Həyatı Mir Əbdül Müin Mir Əbdülbaqi oğlu Mir Feyzullayev 1897-ci il sentyabrın 22-də Bakıda İçərişəhərdə olub. Əslən Qubadan olduğu qeyd edilir. İbtidai təhsilini mədrəsədə aldıqdan sonra Səadət məktəbində təhsil alıb. Ədəbiyyatla məşğul olan Mir Əbdül Müin "Niyazi" təxəllüsü ilə şeirlər və qəzəllər yazıb. O, eyni zamanda tərcüməçilik fəaliyyəti ilə də məşğul olub. 1914-cü ildə onun "Dilguşa" adlı nəsr toplusu Orucov Qardaşları Mətbəəsində nəşr olunub. 219x219px|left|frameless 1918-ci il 28 may tarixində Azərbaycan Cümhuriyyəti qurulub. Cümhuriyyət dövründə qurulmuş "Yaşıl Qələm" cəmiyyətinə üzv olub. Aprel işğalından sonra yaradılmış Gizli Müsavat təşkilatının Bakı komitəsinin üzvü olub. 1921-ci il yanvarın 8-dən etibarən Azərbaycan SSR Xalq Maarif Komissarlığının tabeliyində fəaliyyət göstərən və Təzəpir məscidi kompleksində yerləşən azmüddətli pedaqoji kurslarda müəllim işləyib.
1926-cı il oktyabrın 26-da XDİK tərəfindən həbs olunub. 1927-ci fevralın 28-də səkkiz il müddətinə islah-əmək düşərgəsinə məhkum edilib. Bir müddət Butırka həbsxanasında saxlanıldıqdan sonra digər müsavatçılarla birlikdə Solovki əsir düşərgəsinə göndərilib.
1933-cü ildə sürgündən azad olunaraq Bakıya qayıdıb. 1937-ci ildə yenidən həbs olunub və on il müddətinə sürgün cəzasına məhkum edilib. Cəzasını Arxangelsk vilayətində çəkib. 1947-ci ildə sürgündən azad olunaraq Bakıya qayıtsa da, şəhərdə yaşamasına icazə verilmədiyindən Şamaxıya köçüb və bir neçə il orada yaşayıb.
1967-ci ildə Bakıda vəfat edib. Maştağa kəndində dəfn olunub.
Ailəsi Əbdül Müin Niyazinin dörd qardaşı və üç bacısı olub. Böyük qardaşı Mir Əbdülxaliq Mir Feyzullayev din xadimi olub. O, Aprel işğalından sonra sürgün edilib.
Kiçik qardaşı Lətif Feyzullayev rəssam olub və Azərbaycan SSR əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb.
Əbdül Müin Niyazi Fizzə xanımla ailə qurub. Bu nikahdan iki oğlu və dörd qızı dünyaya gəlib.
Mənbə
İstinadlar
Ədəbiyyat
Kateqoriya:Solovkiyə sürgün olunanlar Kateqoriya:Repressiya qurbanları Kateqoriya:İçərişəhərdə doğulanlar Kateqoriya:Müsavat Partiyasının üzvləri