Klarens-haus () — Böyük London Vestminster borosunda yerləşən bir monarxial iqamətgah. 1825-1827-ci illərdə memar Con Neş tərəfindən gələcəkdə taxta çıxacaq Klarens hersoqu IV Vilhelmin şərəfinə Sent-Ceyms sarayına bitişik inşa edildi.
Dörd-mərtəbəli villanın çöl cəbhəsi açıq rəngli suvağla üzlənib. İkinci Dünya müharibəsi illərində bombardman edilən villa sonrakı illərdə əsaslı təmir olundu. Yenicə təmirdən çıxan villa 1947-ci ildə Şahzadə Elizabet və Şahzadə Filipp Mauntbettenə təsis olundu. Onun II Elizabet adıyla 1953-cü ildə taxta çıxmasından sonra villa Ana Kraliça Elizabet Bouz-Layona təsis edildi. Onun 2002-ci ildə vəfatının ardından isə Uels şahzadə Çarlza təsis edildi.
Villa hal-hazırda III Çarlz və Kraliça Kamillanın rəsmi iqamətgahı olaraq istifadə olunur.
Villaya ev sahibliyi edən şəxslər bunlardır:
IV Vilhelm və Kraliça Adelayd (1827-1837) Kent hersoginyası Şahzadə Viktoriya (1841-1861) Edinburq hersoqu Şahzadə Alfred və Mariya Aleksandrovna (1866-1900) Konnaut hersoqu Şahzadə Artur və Luiza Marqarita (1901-1942) York hersoginası Şahzadə Elizabet və Şahzadə Filipp Mauntbetten (1947-1952) Ana Kraliça Elizabet Bouz-Layon (1953-2002) Snoudon qrafinyası Şahzadə Marqaret (1953-1960) III Çarlz və Kraliça Kamilla (2003-davam edir) Uels şahzadəsi Vilyam (2003-2011) Susseks hersoqu Harri (2003-2012)
Mənbə
Ədəbiyyat
Hibbert, Christopher; Weinreb, Ben; Keay, John; Keay, Julia (9 September 2011). The London Encyclopaedia (3rd ed.). Pan Macmillan. ISBN 978-0-230-73878-2 Kateqoriya:1827-ci ildə tamamlanmış evlər