Arash 2 2020-ci ildən İran İslam Respublikasının envanterində olan uzun mənzilli kamikadze tipli pilotsuz uçuş aparatı. 2000 km zərbə mənzilinə malikdir və 150 kq döyüş başlığı daşıyır. Uzunluğu təxminən 4.5 metr, qanad açıqlığı isə təxminən 4 metrdir. Maksimal sürəti təxminən saatda 185 kilometr təşkil edir. Bu dron Kian 2 dronunun təkmilləşdirilmiş versiyasıdır və reaktiv mühərrik əvəzinə porşen mühərrikinə malikdir. Buraxılış zamanı raket sürətləndirici (JATO) sistemi tətbiq edilir. Sonra isə öz mühərriki ilə uçuşu davam etdirir və peyk naviqasiyası vasitəsilə hədəfə yönəlir. Shahed 136 dronundan uçuş sürəti və döyüş başlığının ölçüsünə görə daha güclüdür.
İstinadlar
Kateqoriya:İran silahları