300px|thumb|right|"Döyüş yollarında" kitabının üz qabığı. Rəssam Mehdi Hüseynzadə. Aşağıdakı "şöbə" sözü apostrofla yazılmışdır. Azərbaycan dilində apostrof — Azərbaycan dilində keçmişdə istifadə edilən durğu işarəsi (').

Tarixi Azərbaycan latın və kiril qrafikasına keçdikdən sonra ərəb və farscadan Azərbaycan dilinə keçmiş ayn hərfli və həmzə işarəli sözlərin yazılmasında apostrofdan istifadə edilmişdir. 1930-cu illərdən 1950-ci illərin əvvəlinə qədər rus dilindən Azərbaycan dilinə keçmiş bəzi sözlər üçün də apostrof işlənilirdi. Bu qayda rus əlifbasındakı qalınlıq (tvёrdıy znak) və incəlik (məqkiy znak) işarəli, bütövlükdə sayı 42 olan sözlər üçün idi. Əsrin ortalarından sonra apostroflu sözlərin sayı 100-ə enmişdir.

2000-ci ildə Azərbaycan dilində apostrofun işlənib-işlənməməsi ilə bağlı olaraq qızğın müzakirələr getmişdir. 2004-cü ildə Azərbaycan Nazirlər Kabinetində təsdiqlənmiş "Azərbaycan dilinin orfoqrafiya qaydaları" əsasında apostrof işarəsi Azərbaycan dilindən çıxarılmışdır.

Qaydası "Mə’ruzə", "tə’til", "tə’sir", "e’lan", "tə’rif", "mə’dən" tipli sözləri düzgün tələffüz etmək, yəni apostrofdan əvvəlki saiti uzaltmaq üçün bu işarə göstərilirdi.

"Sür’ət", "cür’ət" sözləri apostrof dildən çıxarılandan sonra "sü-rət", "cü-rət" hecalarına bölünərək Azərbaycan dilində tələffüz edilmişdir. "Şe’r" sözü "i" hərfi artırılaraq "şeir" olaraq yazılmış və deyilmişdir.

İstinadlar

Kateqoriya:Azərbaycan dilinin tarixi