Reyçel Enn Senot () — ABŞ aktrisası; ssenarist və komik. Tiş İncəsənət Məktəbinin və Stella Adler Aktyorluq Studiyasının yetirməsidir. Karyerasının ilk addımlarını Nyu-Yorkun açıq mikrofon gecələrində atan aktrisanın "Kişilərə xas bir şey" () proqramında müntəzəm çıxışları olub.
R. Senot 2020-ci ildə "Yas məclisindəki gözəlçə" () filmindəki rolu ilə sənaye içərisində ciddi maraq oyadır və "Qotem" mükafatlarında "Ən yaxşı debüt" nominantları arasında yer alır. Aktrisanın sonrakı illəri də bir o qədər məhsuldar keçir. 2022-ci ildə "Meyitlər meyitlər meyitlər" komediyasında, 2023-cü ildə isə "Bir zamanlar gülməli idim" () dram filmində izləyici qarşısına çıxır. Lakin həmin ilin əsl sürprizi başqa bir layihə olur. R. Senot ssenarisini Emma Seligmanla birlikdə qələmə aldığı və baş rolda göründüyü "Bottoms" adlı satirik gənclər komediyasını ekrana gətirir. Film tənqidçilərin rəğbətini qazanır, R. Senot və E. Seligman isə "Müstəqil Ruh" mükafatlarında "Ən yaxşı ssenari" nominasiyasına layiq görülür.
Aktrisa 2024-cü ildə "Şənbə gecəsi" () bioqrafik komediyasında Rozi Şuster rolunu üstlənir. Bu film aktrisanın kino tarixçəsindəki ən geniş auditoriyaya çatan işi olur.
Televiziyada o, "HBO"nun "Kumir" () (2023) dram serialında ikinci planda yer alıb, "Los-Anceles mənim eşqimdir" () (2025) komediya serialında isə həm baş rolu oynayır, həm də serialın arxasında duran ad kimi ssenari və prodüserlik işlərini öhdəsinə götürüb.
Erkən həyatı Uşaqlığı ABŞ-nin Konnektikut ştatında keçib.youtube.com/watch?v=DRoiMOpum1c&themeRefresh=1 1995-ci il sentyabrın 19-da anadan olan aktrisa Donna və Cek Senotun qızıdır. Ailədə dörd qardaş-bacısı ilə böyüyən R. Senotun mənşəyi İrlandiya və İtaliyaya dayanır. Evdə katolik ənənələrinə ciddi riayət edilib və o da bu dəyərlərlə böyüyüb.
Simsberi şəhərindəki orta məktəbi 2014-cü ildə bitirib.
Şəxsi həyatı Vaxtını Los-Anceles və Nyu-York arasında bölüşdürür. O, aktyor Loqan Miller ilə münasibət yaşayıb, daha sonra isə aktyor və komediyaçı Stavros Halkias ilə çıxıb.
Uşaqlara ürəkdən bağlıdır və gələcəkdə çoxuşaqlı ailə sahibi olmağı arzulayır.
Tvitterdə aktrisa ilə bağlı maraqlı bir mem yayğınlaşıb. Bir istifadəçi onu "adı Fatimə olmalıydı, amma elə bil ağdərili qızlarda Fatimə necə olur, eləcə" deyə xarakterizə edib. Aktrisanın özü də bu memi görüb bəyəndiyini bildirir.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:ABŞ-nin Roma katolikləri Kateqoriya:İrlandəsilli amerikalılar Kateqoriya:XXI əsr aktrisaları