Nikușor Daniel Dan (Rum. Nicușor Daniel Dan, 20 dekabr 1969) — 2025-ci ildən Rumıniyanın yeddinci prezidenti vəzifəsini icra edən rumıniyalı siyasətçi və riyaziyyatçı. 2020-2025-ci illərdə Buxarestin meri, 2016-2020-ci illərdə Deputatlar Palatasının üzvü olub.

Nikuşor Dan Rumıniyanın Fegeraş şəhərində anadan olub. O, gəncliyində riyaziyyatçı kimi beynəlxalq miqyasda tanınıb, 1987 və 1988-ci illərdə Beynəlxalq Riyaziyyat Olimpiadalarında qızıl medallar və yüksək ballar qazanıb. Nikuşor Dan Buxarest Universitetində riyaziyyat üzrə təhsil aldıqdan sonra Fransaya köçür, burada Paris Ali Normal Məktəbindən magistr dərəcəsi və Paris 13 Universitetindən (Sorbonne Paris North University) doktorluq dərəcəsi almışdır. Rumıniyaya qayıtdıqdan sonra Dan, istedadlı rumın tələbələrini elmi tədqiqatlara yönəltmək məqsədi daşıyan Școala Normală Superioară Bucureşti (Buxarest Ali Normal Təhsil məktəbi) qurdu və vətəndaş fəalı oldu.

2015-ci ildə Dan korrupsiya ilə mübarizəyə və mədəni irsin qorunmasına diqqət yetirən Union Save Bucharest (USB) (Buxaresti xilas et) təşkilatını qurdu.Who is Nicușor Dan, the new president vowing to keep Romania on Its European path? Bir il sonra daha mərkəzçi yanaşmaya üstünlük verərək, 2017-ci ildə partiyanın mütərəqqi dəyişikliyinə görə istefa verdi. Dan 2016-cı ildə Deputatlar Palatasında çalışıb. 2020-ci ildə Buxarestin ikinci müstəqil meri seçilib"Nicuşor Dan, câştigător al alegerilor cu 282.631 de voturi. Gabriela Firea, 250.690 de voturi / Rezultatele în sectoare - date finale AEP - Politic - HotNews.ro". və 2024-cü ildə yenidən seçkilərdə qalib gəlib. Mer kimi o, ictimai infrastruktura və şəffaflığa diqqət yetirib.

Dan 2025-ci ildə Rumıniya Prezident seçkilərində müstəqil namizəd kimi iştirak edib və birinci turda səslərin 21%-nı qazanaraq ikinci yeri tutmuşdur. Seçkilərin İkinci turunda Nikuşor Dan Rumınlar İttifaqı üçün Alyansının (AUR) qurucusu George Simion ilə qarşılaşdı və onu 53,6% səslə məğlub etdi. Dan rəqibinin millətçi və avroskeptik mövqeyindən tamamilə fərqli olaraq, qərbyönlü platformada çıxış edirdi.

Erkən həyatı və təhsili Nikuşor Dan Braşov vilayətinin Feqeraş şəhərində anadan olub. Doğma şəhərindəki Radu Neqru Liseyində oxuyub və 1988-ci ildə oranı bitirib. 1987 və 1988-ci illərdə Beynəlxalq Riyaziyyat Olimpiadalarında maksimum bal toplayaraq birinci yerləri tutmuşdur. O, müsahibəsində uşaq ikən həkim olmaq arzusunda olduğunu, sonra Riyaziyyat institutunu idarə etmək istəyini demişdi. Dan 18 yaşında Buxarestə köçdü və Buxarest Universitetində riyaziyyat üzrə təhsil almağa başladı. 1992-ci ildə riyaziyyat üzrə təhsilini davam etdirmək üçün Fransaya köçdü. O, Fransanın ən prestijli ali təhsil müəssisələrindən biri olan École Normale Supérieure-ə daxil olub və orada magistr dərəcəsi alıb.

1998-ci ildə Dan Paris 13 Universitetində Kristof Soulet və Daniel Barskinin rəhbərliyi altında "Courants de Green et prolongement méromorphe" adlı riyaziyyat üzrə doktorluq dissertasiyasını müdafiə edir və həmin il Rumıniyanı dəyişmək istəyini əsas gətirərək Buxarestə qayıdır.Sandra Pralong (ed), De ce m-am întors în România, "10 ani în România" , Polirom, 2010,

Dan Rumıniya Elmlər Akademiyasının Riyaziyyat İnstitutu nəzdində Fransız École Normale Supérieure modeli əsasında qurulmuş Buxarest Normal məktəbinin (Școala Normală Superioară București) yaradıcılarından biri və ilk direktoru olmuşdur. 2011-ci ildən institutda riyaziyyat professor idi.

Fəallıgı 1998-ci ildə Dan "Vətəndaş Fəaliyyəti Uğrunda Gənclər" Assosiasiyasını ("Tinerii pentru Acțiune Civică") qurdu və bunun üçün Rumıniyanı dəyişməyə hazır olan minlərlə gənci bir araya toplamaq istədi. Bu, ölkəyə qayıtdıqdan sonra bildirdiyi məqsədlərdən idi."10 ani în Rumânia" Assosiasiya xaricdə təhsil almış gənclər üçün 2000 və 2002-ci illərdə bir neçə yüz insanın iştirak etdiyi iki forum təşkil etmişdir. Bu forumların nəticəsi olaraq 2000-ci ildə Rumıniya tədqiqatçılarının "Ad Astra" assosiasiyası yaradılmışdır.

"Buxaresti xilas et" assosiasiyası 2006-cı ildə Dan Buxarestin qorunan ərazilərində memarlıq dəyəri olan binaların sökülməsinə və əvəzində hündürmərtəbəli binaların tikintisinə, eləcə də şəhərdə yaşıllıqların sayının azalmasına cavab olaraq "Buxaresti xilas et" assosiasiyasını (Asociația "Salvați Bucureștiul") təsis etdi. Assosiasiya 2009-cu ildə şəhərsalma haqqında qanuna bəzi dəyişikliklər etməyə nail oldu. 2020-ci ilə qədər Assosiasiya irsi qorumaq üçün bir çox məhkəmə proseslərində iştirak etmiş və onlardan 166-da qalib gəlmişdir.„Nicușor Dan anunță că a câștigat al 166-lea proces. Tribunalul suspendă construirea în „Grădinile Versailles ale Bucureștiului"”.

Siyasi karyerası 2012-ci ildə Buxarest meri vəzifəsinə namizədliyi

Nikusor Dan 2011-ci ilin noyabrında Artur Verona küçəsində yerləşən kafedə tarixçi və deputat Teodor Paleoloqo da daxil olmaqla, yalnız bir neçə qonağın iştirak etdiyi məclisdə Buxarest merliyinə müstəqil namizəd olduğunu elan etmişdir.

Nikuşor Dan paytaxt meri seçkilərində iştirak etməklə yanaşı, mer seçilməyəcəyi təqdirdə Baş Şuraya da namizədliyini irəli sürüb, lakin diqqətini mer vəzifəsinə yönəldəcəyini qeyd edib.Nicușor Dan și-a depus candidatura pentru Primăria Generală, dar și pentru Consiliul General, cu 53.000 de semnături

Siyasi proqramı Nikuşor Dan gənclərin şəhəri tərk etməməsinin vacib olduğunu və bunun üçün yaşamaq və küçələrdə gəzmək üçün xoş bir şəhər lazım olduğunu deyirdi. İqtisadi nöqteyi-nəzərdən Nikuşor Dan hesab edir ki, diqqət şəhəri "informasiya texnologiyaları və yaradıcı sənayelər və ali təhsil üçün əsas regional mərkəzə" çevirmək və bütün regiondan investorları və bacarıqlı gəncləri cəlb etmək ideyasına yönəldilməlidir.

Qərarların qəbul edilməsində şəffaflıq baxımından, Dan petisiyaların və mühüm qərarların ictimai müzakirələrinin izlənilməsi üçün onlayn sistemini dəstəkləyir."Ce vreau să fac" Bundan əlavə, Meriya orqanlarındakı vəzifələri müsabiqə əsasında olmasına çalışırdı ki, xarici universitetlərdə təhsil almış gəncləri cəlb etsin."Nicușor Dan, un doctor în matematică implicat în susținerea Bucureștiului Verde, candidează la Primăria Capitalei"

Namizədliyinə dəstək və rəylər Nikuşor Dan Buxarestin memarlığı ilə maraqlanan və heç bir utopik təşəbbüsü dəstəkləməyən yeganə namizədin olduğunu iddia edən Andrey Pleşudan,"Ce fel de primar vrem?". həmçinin politoloq və Avropa Parlamentinin üzvü Kristian Predadan dəstək aldı.

Seçki nəticələri Siyasi partiyalardan heç bir dəstək almamasına baxmayaraq,„Nicusor Dan, omul care n-a fost sprijinit de niciun partid la alegeri. Locul 3 la Primaria Capitalei”. Nikuşor Dan səslərin 8,48%-nı əldə etdi, baxmayaraq ki, sorğular onu yalnız 3%-la hesablamışdı. 2012-ci ilin iyununda verdiyi müsahibədə Nikuşor Dan o zaman partiya yaratmaq niyyətində olmadığını bildirərək, "Buxarest uğrunda mübarizə indi yeni başlayır" demişdi.

Rumıniyanın Qurtuluş Birliyi 1 iyun 2015-ci ildə Nikușor Dan Rumıniyanın Qurtuluş Birliyi (Save Bucharest Union (USB)) siyasi platformasının istifadəyə verildiyini elan etdi.Comunicate de presa

USB-nin elan edilmiş məqsədi 5 iyun 2016-cı il tarixində Buxarestdə keçirilən yerli seçkilərdə qalib gəlmək idi. USB 25%-dən çox səs topladı.

Nikuşor Dan 2016-cı ildə yenidən Buxarest merliyinə namizəd oldu. Bu dəfə, 2016-cı ildə Rumıniyada yerli seçkilər bir turda keçirildi. Nikuşor Dan ümumi səslərin 30,52%-nı qazandı.Rezultatele finale la alegerile locale 2016, în Bucureşti şi în ţară Seçkidə Dan seçicilərinin yarıdan çoxunun 40 yaşdan aşağı olan gəncləri cəlb eləmişdi. "Rumıniyanın Qurtuluş Birliyi"nin namizədlərindən bəziləri də öz seçki kampaniyalarında yaxşı çıxış edərək USB-ni gələcək siyasi qüvvə olduğunu sübut etdilər.

2016-cı ilin avqust ayında Nikuşor Dan partiya siyahısı ilə Buxarest seçki dairəsində namizədliyini irəli sürdü. Onun partiyası təxminən 9% səs topladığı üçün Nikuşor Dan deputat seçildi.REZULTATE ALEGERI PARLAMENTARE SENAT: Traian Băsescu și Leon Dănăilă se află printre viitorii senatori de București” 1 iyun 2017-ci ildə partiyadaxili referendum keçirildi və bu referendumda üzvlərin 52,7%-i partiyanı Konstitusiya təşəbbüsünə qarşı mövqe tutmaq üçün səs verdi və bu, Danın partiyadan istefasına səbəb oldu.USR, în derivă după referendumul intern privind redefinirea familiei. Nicuşor Dan nu dă înapoi: Eu vreau să le mulţumesc şi să îi asigur că rămân în politică "Nicuşor Dan și-a anunțat oficial demisia din USR. E dispus să se întoarcă în anumite condiții". Digi24

Buxarest meri (2020-2025) 2020-ci il seçkiləri 2019-cu ilin may ayında Dan yenidən Buxarest meri olmaq planlarını açıqladı. Dan qeyd edib ki, o, digər müxalifət partiyalarından namizədliyi üçün dəstək alacağına ümid etsə də, müxalifətin səsini bölmək istəmədiyindən başqa müstəqil namizədlə mübarizə aparmayacaq."Nicuşor Dan îşi anunţă candidatura la primărie: Am speranţa că voi fi candidatul unic al Opoziţiei" O, həm USR, həm də Milli Liberal Partiyası tərəfindən dəstəkləndi. Səslərin 95%-i hesablandıqdan sonra ilkin nəticələr onun 42,8% səslə mer seçkilərində qalib gəldiyini göstərdi.Romania local elections: Partial results confirm Nicusor Dan is Bucharest’s new mayor 5 oktyabr 2020-ci ildə Nikuşor Dan 42,81% səs çoxluğu ilə keçmiş mer Qabriela Fireaya (37,97%) qalib gəldi və Mərkəzi Seçki Bürosu tərəfindən yeni mer statusunu təsdiqlədi."Nicuşor Dan, câştigător al alegerilor cu 282.631 de voturi. Gabriela Firea, 250.690 de voturi / Rezultatele în sectoare - date finale AEP - Politic - HotNews.ro".

2024-cü il seçkiləri Milli Liberal Partiyası və Sosial Demokrat Partiyası arasında iqtidar ittifaqı tərəfindən 2024-cü ilin iyununda seçkilərin keçirilməsi ilə bağlı verilən qərardan sonra Dan yenidən mer olmaq üçün müstəqil namizəd kimi seçkilərdə iştirak etdi. Bu dəfə o "USR", "Xalq Hərəkatı Partiyası" və "Vahid Sağ Alyansı partiyasının" dəstəyi ilə müstəqil siyasətçi kimi ikinci müddətə mer kimi namizədliyini irəli sürdü. Seçkilər 9 iyun 2024-cü ildə Rumıniyada keçiriləcək Avropa Parlamenti seçkiləri ilə bir vaxtda keçirildi. Son ana qədər seçkilərin gərgin keçəcəyi gözlənilirdi, lakin Ekzitpol nəticələrinin böyük əksəriyyətinin 45% səslə qalib gələn Nikuşor Danın xeyrinə olduğunu göstərdi. Daha sonra o, özünü seçkilərin qalibi elan etdi."Rezultate alegeri locale 2024 pentru București. Nicușor Dan are mai mult decât au împreună Firea + Piedone + Burduja - HotNews.ro" Səslərin hesablanmasından sonra Dan ümumi səslərin təxminən 48%-nı toplayaraq seçkilərin açıq qalibi oldu.

Qələbə nitqində Dan Buxarestdə iki referendum təşkil etmək niyyətində olduğunu bildirdi: biri Buxarest merinin tikinti icazələri ilə bağlı səlahiyyətlərinin mərkəzləşdirilməsi (təşviqat kampaniyasının təkrarlanan mövzusu), digəri isə maliyyəni meriya orqanları bölmələrinə deyil, daha çox Baş Meriyaya ayrılması ilə bağlı. Danın sözlərinə görə, "ayrı-ayrı seçkilərin təşkilatı xərclərini azaltmaq" üçün hər iki referendumun 2024-cü ildə Rumıniya parlament seçkiləri ilə eyni gündə keçirilməsi planlaşdırıldı."Nicușor Dan, prima reacție după ce a câștigat a doua oară Primăria Capitalei: "Nu ne vom bate joc de mandatul pe care ni l-ați dat"".

2025-ci il Prezidentlik kampaniyası