Saksoniyalı Mariya Jozefina (; ) — son Avstriya imperatoru I Karlın qızı, Avstriya hersoginyası, Habsburq ailəsinin bir üzvü.
3 yanvar 1914-cü ildə Hetzendorf sarayında dünyaya gəldi. Atası hersoq Karl Avstriya imperatorları nəslindən idi və o doğulduğu əsnada, taxt sıralamasında ikinci yeri tuturdu. Anası hersoginya Zita isə Parma hersoqu I Robertin qızıdır. Doğulduğu əsnada babasının əmisi I Frans İosif hələ də taxtda idi. Ancaq hələ 5 aylıq körpə ikən vəliəhd Frans Ferdinand sui-qəsd nəticəsində öldürüldü və atası hersoq Karl Avstriya taxt-tacının varisi oldu. İmperatorun yalnız 2 il sonra baş tutan ölümünün ardından atası taxta çıxdı və beləcə, Adelhayd monarx qızı ünvanı aldı.
Birinci Dünya müharibəsi illərində atası və qardaşı hersoq Otto ilə birlikdə tez-tez ordu ziyarətlərinə qatıldı. Müharibənin ardından baş verən siyasi böhran atasının taxtdan əl çəkməsiylə nəticələndi. Ailə bir il bu böhranla mübarizə apardıqdan sonra 1919-cu ilin martında ölkədən çıxmağa məcbur oldu. Sürgündəki ilk ünvan isə İsveçrə və Portuqaliya oldu. Atasının ölümünün ardından (1922) anası sabiq imperatriça Zitanın sərt nəzarətində yaşadı.
1933-cü ilin dekabrında Budapeştdən dəmiryolu ilə Vyanaya gəldi və beləcə, ailənin inqilabın ardından Vyanaya qayıdan ilk üzvü oldu. Löven Universitetində təhsil aldı və daha sonra 1938-ci ildə burada doktorluq dərəcəsinə yüksəldi. İkinci Dünya müharibəsi illərində nasistlərdən qaçan digər ailə üzvləriylə birlikdə Amerikaya köçdü və yalnız müharibənin ardından Avropaya qayıtdı.
2 oktyabr 1971-ci ildə Bavariyada vəfat etdi. Heç vaxt evlənmədi və övladı olmadı
Mənbə
Ədəbiyyat
Brook-Shepherd, Gordon (2003). Uncrowned Emperor. Hambledon Continuum. p. 32. ISBN 1-85285-439-1
İstinadlar Kateqoriya:Avstriyadan ABŞ-yə mühacirət edənlər