Apple TV (əvvəki adı "Apple TV+") – "Apple" şirkətinə məxsus abunəlik əsaslı OTT yayım xidmətidir. Xidmət 1 noyabr 2019-cu ildə fəaliyyətə başlayıb və "Apple Originals" adlanan orijinal istehsalı olan film və televiziya serialları seçimini təqdim edir. Onun proqramlaşdırma qolu "Apple Studios"dur.
Xidmət 2019-cu ilin mart ayında keçirilən "Apple Special Event" tədbiri zamanı elan edilib. Ona "Apple"ın rəsmi internet saytı və "Apple TV" tətbiqi vasitəsilə daxil olmaq mümkündür. "Apple TV"nin 45 milyondan çox ödənişli üzvü var. Xidmət 2025-ci ilin sonlarında rebrendinq edilib və "Apple TV" adındakı "+" işarəsi silinib.
"Apple" xidmətin əhatə dairəsini genişləndirməyi planlaşdırır və cihazı hazırda dəstəklənməyən abunəçilər üçün alternativ həll yolları mövcuddur. Giriş imkanı "Apple One" abunəliyinin bir hissəsi kimi daxil edilib. Məzmunun böyük hissəsi "Dolby Vision profile 5" və "Dolby Atmos" formatlarında əlçatandır. Fəaliyyətə başladığı zaman "Apple TV+" təxminən 100 ölkədə mövcud idi ki, bu da bildirilən 150 hədəfindən az idi. Digər "Apple" məhsullarının mövcud olmasına baxmayaraq, bir neçə ölkə xidmətdən kənarda qaldı. Şərhçilər qeyd ediblər ki, xidmətin ilkin mərhələdə kifayət qədər geniş coğrafiyanı əhatə etməsi "Apple"a "Disney+" kimi yeni fəaliyyətə başlayan digər xidmətlər qarşısında üstünlük qazandırıb. Həmçinin, "Apple" (məsələn, "Netflix"dən fərqli olaraq) lisenziyalı üçüncü tərəf məzmunu deyil, öz şəxsi məzmununu yayımladığı üçün genişlənmə zamanı lisenziya problemləri ilə məhdudlaşmayacaq.
İstinadlar
Kateqoriya:2019-cu ildə yaranan saytlar Kateqoriya:Abunəli seç-izlə xidmətləri Kateqoriya:Apple Inc.