Aralskda çiçək xəstəliyi epidemiyası — 30 iyul 1971-ci ildə Aralsk şəhərində (Qazaxıstan SSR) baş vermiş təbii çiçək epidemiyasıdır.Broad, W.J. and Miller J. (2002), «Traces of Terror: The Bioterror Threat; Report Provides New Details of Soviet Smallpox Accident», The New York Times; 15 June issue.
1971-ci ildə Aral gölündəki Vozrajdeniya adasında yerləşən gizli bioloji silah sınaq poliqonunda təbii çiçək virusu əsasında hazırlanmış yeni döyüş formulunun sınaqları keçirilmişdir. Sınaq zamanı yaranan aerozol buludunun partlayış yerindən 15 km-lik məsafədəki tədqiqat gəmisinə yayılması nəticəsində gəminin göyərtəsində olan laborant qadın virusa yoluxmuşdur. Aralska qayıtdıqdan sonra o, bir neçə yerli sakini yoluxdurmuş, nəticədə 3 nəfər dünyasını dəyişmişdir.
Arxa plan 1954-cü ildə Aral gölündəki Vozrajdeniya adasında olan bioloji silah sınaq poliqonu SSRİ Müdafiə Nazirliyi tərəfindən genişləndirilərək qonşu Komsomolski adasını da əhatə eedərək, Aralsk-7 adlandırılmışdır.Dembek, Zygmunt F., Julie A. Pavlin, and Mark G. Kortepeter (2007), "Epidemiology of Biowarfare and Bioterrorism", Chapter 3 of: Dembek, Zygmunt F. (2007), Medical Aspects of Biological Warfare , (Series: Textbooks of Military Medicine), Washington, DC: The Borden Institute, pp. 51–52. Bioloji eksperimentlərin aparılması üçün elmi-tədqiqat laboratoriyası böyüdülmüş, işçi və alimlərin yaşaması üçün isə Kantubek şəhəri salınmışdır.Zelicoff, A.P. (2002), "An epidemiological analysis of the 1971 smallpox outbreak in Aralsk, Kazakhstan", In: Tucker, J.B. and R.A. Zilinskas, eds., The 1971 Smallpox Epidemic in Aralsk, Kazakhstan, and the Soviet Biological Warfare Program ; Monterey, California: Monterey Institute of International Studies, Center for Nonproliferation Studies. Occasional Paper No. 9. Orada sınaqdan keçirilən bioloji silahlar arasında qarayara çöpü, tulyaremiya bakteriyası, bruselyoz, yatalaq, təbii çiçək, taun çöpü, botulizm toksini və Venesuela at ensefaliti virusları var idi. Aralsk-7-nin tarixində balıqların kütləvi şəkildə tələf olması, regionda baş verən müxtəlif taun alovlanmaları, sayqakların qırılması və Vozrajdeniya adasına gələn ziyarətçilər arasında yoluxucu xəstəlik halları iz qoyub.Bozheyeva, Op. cit.
Gedişatı 1950-ci illərin əvvəllərindən bioloji silah məsələləri ilə məşğul olan, 1971-ci ildə SSRİ-nin Baş dövlət sanitariya həkimi vəzifəsində çalışmış Pyotr Burqasov xatirələrində yazırdı: Aral gölündəki Vozrajdeniya adasında (indi orada amerikalılar tədqiqat aparırlar — doğrudanmı inanırlar ki, biz orada onlara nə isə saxlamışıq?) çiçək xəstəliyinin ən güclü formulası sınaqdan keçirilərkən, mənə Aralskda anlaşılmaz ölüm halları haqqında məlumat verildi. Məlum oldu ki, Aral gəmiçiliyinin tədqiqat gəmisi adaya 15 kilometr məsafəyədək yaxınlaşıb (40 kilometrdən çox yaxınlaşmaq qadağan idi). Laborant gündə iki dəfə göyərtəyə çıxaraq plankton nümunələri götürürdü. Həmin vaxt adada cəmi 400 qram reseptura partladılmasına baxmayaraq, laborant çiçək xəstəliyinə yoluxdu və Aralska qayıtdıqdan sonra, daha bir neçə nəfəri yoluxdurdu. Onların hamısı vəfat etdi. Bu hadisələrdən sonra, SSRİ Baş Qərargah rəisinə zəng vuraraq, Alma-Ata— Moskva qatarlarının Aralskda dayanmasını xahiş etdim. Beləliklə, epidemiyanın bütün ölkəyə yayılmasının qarşısı alındı. Mən o vaxtlar DTK-nin (KGB) rəhbəri Yuri Andropova zəng vuraraq, "Vozrajdeniya" adasındakı çiçək xəstəliyi barədə məlumat verdim. O, bu haqda bundan sonra, bir kəlmə belə danışmamağı əmr etdi."
Aparıcı sovet epidemioloqlarının toplaşdığı Aralskdan sakinlərin çıxa bilməməsi üçün, şəhər mühasirəyə alınmışdı. Mühasirədə öncə yerli qarnizonun hərbi hissələrinin hərbçiləri dayansa da, daha sonra onlara kömək üçün SSRİ-nin digər regionlarından əsgərlər cəlb olundu. Dənizdə isə hərbi gəmilər növbə çəkirdi. Hərbçilər milis işçiləri ilə birlikdə yoluxmuş şəxslərlə təmasda olanların izolyasiya edilməsində də iştirak edirdilər. Şəhərdən poçt göndərişlərinin dayandırılmasına da qərar verilmişdi. Lakin buna baxmayaraq, Sovet mediası baş verənlər haqqında heç bir məlumat yaymır, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) da məlumatlandırılmırdı.Черная оспа в Казахстане, 1971 год: как предотвратили эпидемию
Qurbanların sayı Epidemiya nəticəsində ölənlərin sayının 3-dən 9 nəfərədək olduğu deyilir. Doqquz nəfərin çiçək xəstəliyinə tutulduğu, onlardan üçünün isə vəfat etdiyi bildirilir. Digər mənbələrə görə isə, 10 nəfər xəstələnmiş, onlardan yalnız üçü vəfat etmişdir.
İstinadlar
Kateqoriya:Bioloji müharibə Kateqoriya:1971-ci ildə SSRİ Kateqoriya:Aral dənizi Kateqoriya:Aralsk Kateqoriya:Bioloji silahlar