Toledolu Elyanora (; ; ) — Florensiya hersoginası.
1522-ci ildə Salamanka şəhəri yaxınlığında dünyaya gəldi. Atası Pedro di Toledo ispan zadəganı idi və Kastiliya kralı XI Alfonsonun nikahdan kənar doğulan övladının şəcərəsinə mənsub idi. Atasının Müqəddəs Roma imperatoru V Karlın Neapol hakimi kimi təyin edilməsindən 2 il sonra — 1534-cü ilin mayında digər ailə fərdləriylə birlikdə İtaliyaya gətirildi. Bacı və qardaşları ilə burada sərt nizam-intizam altında böyüdüldü.
29 mart 1539-cu ildə son Florensiya hersoqu I Kozimo ilə vəkalətən evləndirildi. 11 iyunda 7 gəmiylə birlikdə Neapoldan yola düşən Elyanora 10 gün sonra Livornoya çatdı. Həmin gün Pizaya doğru yola düşdü və yolun yarısında ikən əri I Kozimo tərəfindən qarşılandı. Cütlüyün toy mərasimi isə 29 iyun 1539-cu ildə Florensiyadakı San-Lorenzo kilsəsində baş tutdu. Mərasimin təşkilatçısı isə dövrün məşhur rəssamı Bronzino oldu.
Dövrün ənənəsinə zidd olaraq xanımına sadiq qalan əri I Kozimo ilə birlikdə yetkinlik yaşına çatan 8 övladı dünyaya gəldi.
Mariya Mediçi I Françesko Mediçi İzabella Mediçi Covanni Mediçi Lukresiya Mediçi Pietro (1546–1547) Qarsiya Mediçi Antonio (1548) I Ferdinand Mediçi Anna (1553) Pietro Mediçi
Xalq tərəfindən çox sevilirdi. Üstəlik ərinin siyasi işlərində məsləhətçi və naib kimi xidmət etdi. Fərdi gəlirləri ilə geniş taxıl tarlalarına, arıçılıq və ipəkçilik sahələrinə maddi yardımlar etdi. Bundan başqa bir çox kilsəyə ianələr göndərdi və Florensiyadakı ilk yezuit kilsə-məktəbinin açılmasında mühüm rol oynadı. Eynilə, əri kimi Renesans dövrünün mühüm incəsənət hamilərindən biri oldu. Corco Vazari, Bronzino kimi sənətçiləri maliyyələşdirdi.
1562-ci ildə Pizaya səyahət etdiyi əsnada Elyanora və iki oğlu malyariya xəstəliyinə yoluxdular. Nəticədə öncə 2 oğlu, ardından isə özü vəfat etdi.
İstinadlar
Ədəbiyyat
Eleonora di Toledo — Renaissance and Reformation — Oxford Bibliographies
Xarici keçidlər
Kateqoriya:XVI əsr İtaliya qadınları Kateqoriya:İntibah dövrü qadınları Kateqoriya:Mediçilər