thumb|Türkiyənin ilk qadın həkimi Səfiyə Əli Türkiyədə elm sahəsində fəal olan qadınlar əsasən universitetlərdə çalışırlar. Qadın alimlərin sayı 2002-ci ildəki 26.002-dən 2020-ci ildə 76.668-ə qalxıb ki, bu da təxminən üç dəfə artım deməkdir. 8.889 qadın professor, 6.514 qadın dosent və 17.698 doktorantura təhsili alan qadın elm sahəsində çalışır.

Tarixin başlanğıcından "elm" və "qadın" sözlərinin yan-yana qoyulmasına bir çoxları şübhə ilə yanaşmışdılar. Qadınlar əsrlər boyu öz hüquqları uğrunda mübarizə apardıqdan sonra təhsil ala bilmişdilər. XXI əsrin əvvəllərində dünyanın bir çox yerində qadınlar kişilərlə eyni şərtlərdə təhsil almağa və elmə töhfə verməyə başlamışdılar. Lakin, daha az inkişaf etmiş ölkələrdə bu bərabərsizliklər və problemlər hələ də davam edir.

Türkiyədə ali təhsildə qadınların tarixi Türk qadınları ilk dəfə Konstitusiyalı Monarxiya dövründən ali təhsil almaq imkanlarını əldə ediblər. Qadın tələbələrə dərslər ilk dəfə 5 fevral 1914-cü ildə İstanbul Universitetində verilməyə başladı. Qadınların incəsənət sahəsində ali təhsil alması, 14 noyabr 1914-cü ildə Sənaye-yi Nəfisə Məktəbinin açılması ilə başladı. Bu dövrdə qız tələbələr ilk dəfə "Darülelhan"da (konservatoriya) təhsil almaq hüququ qazandılar. Cümhuriyyətin elan edilməsi ilə türk qadınları inkişaf etmiş ölkələrdə daxil olmaqla bir çox başqa ölkələrin qadınlarından öncə qanuni hüquqlarını əldə etdilər. 31 may 1933-cü ildə "İstanbul Darülfünununun ləğvi və Milli Təhsil Nazirliyi tərəfindən yeni bir universitetin yaradılması haqqında Qanun" qəbul edildi və bundan sonra qadınlar universitetin bütün fakültələrinə daxil olmağa təşviq edildi. thumb|Canan Dağdevirən Türkiyədə qadınların doktorantura təhsili üçün ən çox üstünlük verdiyi sahə tibb sahəsi idi. Bundan əlavə, qadınların dünya miqyasında ən az üstünlük verdiyi sahə mühəndislik sahəsi olsa da, türkiyəli qadınların nisbəti, Avropa İttifaqı ölkələrindəki göstəricilərdən daha yüksək idi.

Türk qadın alimləri thumb|Türk-Alman alimi, BioNTech-in qurucusu Özləm Türeci Səfiyə Əli (1891–1952): Türkiyə Cümhuriyyətinin ilk qadın həkimi və tibb təhsil işçisi olub. Müfidə Küləy (1899–1995): İlk qadın klinik professoru; İstanbul Tibb Fakültəsi Daxili Xəstəliklər Klinikası Qastroenterologiya şöbəsinin təsisçisi olub. Xədicə Bodur (1902–1993) Kamilə Şevki Mutlu (1906–1987): Türkiyənin ilk qadın patoloqu olaraq 1945-ci ildə Ankara Universitetinin nəzdində qurulan Tibb Fakültəsində Histologiya və Embrionologiya kafedrasını və institutunu qurmuşdur. Fatma Pərihan Çambel (1909–1987): 1947-ci ildə Türk Xərçəng Araşdırma və Mübarizə Qurumunun yaradılmasına böyük rol oynamışdır. Asuman Baytop (1920–2015): Farmakologiya (dərman bitkiləri elmi) sahəsində akademik dərəcəyə yiyələnmiş və Türkiyə florasının kəşf edilməsində mühüm rol oynamış ilk türk qadın botaniklərindən biridir. Ayhan Okçuoğlu Çavdar (1930–2019): Ankara Universiteti Tibb fakültəsini bitirdikdən sonra, həmin universitetin Uşaq Sağlamlığı və Xəstəlikləri kafedrasında ixtisaslaşmışdır. Türkan Saylan (1935–2009): Onun fəaliyyəti nəticəsində 15 il ərzində Türkiyədə cüzam xəstəliyinin tamamilə kökü kəsilmişdir. Beynəlxalq Lepra Birliyinin (ILU) qurucu üzvü, həmçinin Avropa Dermato-Venerologiya Akademiyasının və Beynəlxalq Lepra Cəmiyyətinin üzvü olmuşdur. Xalidə Ədib Adıvar (1884–1964): Türk yazıçı və siyasətçisi olub. Afət İnan (1908–1985): Türk sosioloqu olub. Behicə Boran (1910–1987): Türk siyasətçi və sosioloquolub. Jalə İnan (1914–2001): Türk arxeoloqu olub. Halet Çambel (1916–2014): Türk arxeoloqu və qılıncoynadanı olub. Olimpiya Oyunlarında iştirak edən ilk müsəlman qadın olub. Fəryal Özəl (1975-): Hazırda NASA Astrofizika Komitəsinin sədri vəzifəsində çalışır. Muazzez İlmiyə Çığ (1914-): Türk şumeroloqudur. Canan Dağdevirən (1985-): 10 saniyə ərzində dəri xərçəngini diaqnoz edən, döyməyə bənzər bir cihaz hazırlamışdır. Bundan əlavə, Harvard Universitetinin Gənc Akademiya üzvlüyünə seçilən ilk türkdür. Naşidə Gözdə Durmuş (1985): Xərçəngin erkən diaqnozu üzrə apardığı tədqiqatları ilə tanınır. Massaçusets Texnologiya İnstitutu tərəfindən "təbabətdə inqilab edən lider" kimi tanıdılıb. Özləm Türeci (1967): Koronavirus peyvəndi olan Pfizer-i istehsal edən "BioNTech" şirkətini həyat yoldaşı Uğur Şahin ilə birlikdə qurmuşdur. Burcu Özsoy (1976): Antarktidaya gedən ilk türk qadın alimdir. Onun tədqiqatları Marsın kosmik araşdırmalarında önəmli rol oynayır. Engin Arık (1948–2007): Avropa Nüvə Araşdırmaları Mərkəzində (CERN) türk alimlərinin də fəaliyyət göstərməsi üçün xüsusi qurum təşkil etmiş, Türkiyədə torium elementinin zəngin olduğunu müdafiə etmiş və bu elementin nüvə elektrik stansiyalarında istifadə olunması üçün uyğun olduğunu sübut etmişdir. Rəmziyə Hisar (1902–1992): Anadolu və Bakıda müəllimlik etmiş, Nobel mükafatını alan ilk qadın Mariya Kürinin tələbəsi olmuşdur. Kürinin assistentlik təklifindən imtina edərək Türkiyəyə qayıtmışdır. İstanbul Texniki Universiteti və İstanbul Universitetində tədqiqatlar aparmışdır. Xədicə Nüzhət Göydoğan (1910–2003): 1936-cı ildə İTU-nun ilk qadın alimi olmuşdur. Göydoğanın İstanbul Universitetində tamamladığı dissertasiya işi universitetdə müdafiə olunan ilk elmi iş olduğundan "1 nömrə" ilə qeydə alınmışdır. Dilhan Əryurt (1926–2012): 1973-cü ildə Orta Şərq Texniki Universitetinin Fizika fakültəsinin nəzdində Astrofizika kafedrasının əsasını qoymuşdur. Fatma Şenel Boydağ (1947–2007): "Türk Sürətləndirici Mərkəzi Texniki Dizayn və Sınaq Laboratoriyaları" layihəsində yer alıb. Mügə Çevik: yoluxucu xəstəliklər sahəsində tədqiqatlar aparan türkiyəli həkimdir.

Türkiyədə elmdə gender bərabərliyi Türkiyədə və hətta dünyada elmi fəaliyyət göstərmək və bu sahədə yüksəlmək müəyyən şərtlərə bağlıdır ki, bu şərtlər də cinsiyyət fərqi qoymadan bütün alimlər üçün zamanla çətinliklər yaradır. Qadınların ictimai sahədən daha çox şəxsi sahədə qalmasını müdafiə edənlərin sayı az deyildir. Qadını ikinci plana atan bu düşüncə tərzi səbəbindən qadınlar təkcə elmdə deyil, bütün sahələrdə çalışmaq və irəliləmək məsələsində kişi rəqiblərinə nisbətən geridə qalırlar. Çalışdıqları sahənin tələblərini yerinə yetirməklə yanaşı, bəzən cəmiyyətin onlara yüklədiyi öhdəlikləri də yerinə yetirmək məcburiyyətində qalırlar. Bunlara, mobbinq və təcavüz halları əlavə olunarsa, qadınların elm və digər sahələrdə öz mövqelərini qorumaq və yüksəlmək şansları xeyli azalır.

İstinadlar

Kateqoriya:Türkiyə qadınları Kateqoriya:Türkiyə qadın akademikləri