Ulyana Kravçenko (; ) — ukraynalı pedaqoq, yazıçı və Qərbi Ukraynada şeir kitabı nəşr etdirən ilk qadın.

Həyatı Ulyana Kravçenko Lvov vilayəti, Strıy rayonunun Mikolayev kəndində anadan olub. Lvovda böyüyən Ulyana müəllimlər seminariyasında təhsil alıb. O, rayon idarəsinin əməkdaşı Yulian Şnayder ilə Yuliya Lopuşanskayanın qızı olub.

O, ilk yazılarını tərbiyəçisi Antonina Maxçinskayanın rəhbərliyi ilə polyak və ukrayna dillərində yazıb. Seminarı bitirdikdən sonra, Ulyana Kravçenko Bobrka şəhərində müəllimlik fəaliyyətinə başlayıb. Onun çapdan çıxmış ilk əsəri "Zorya" jurnalında dərc olunan hekayəsi olub. Kravçenko Qalisiyadakı Ukrayna qadın hərəkatının fəallarından olub. Qadın azadlığı onun poeziyasının əsas mövzularından biri olub, ona görə də qadın hərəkatının "nəğməkarı" hesab olunurdu. O, həmçinin Qalisiyanın ilk qadın müəllimlərindən biri olub. 1885-ci ildə İvan Frankonun köməkliyi ilə Lvovda işə düzələn Kravçenko, elə həmin il sosialist ideyalarını təbliğ etdiyi üçün işdən çıxarılır. Həmin vaxtdan 1900-cü ilə qədər Qalisiyanın müxtəlif kəndlərində müəllim kimi çalışır. 1920-ci ildə təqaüdə çıxan Kravçenko, daimi yaşamaq üçün Pirzamisila köçür. 1941-ci ildən isə, Sovet Yazıçılar İttifaqında yaradıcılıq fəaliyyətinə və Pirzamisil Şəhər Milli Şurasında deputatı kimi ictimai fəaliyyətinə başlayır.

Kravçenko 86 yaşında Pirzamisildə vəfat edib. O, 22 noyabr 1886-cı ildə Dolişnya Lujok kənd məktəbinin müdiri Yan Ambroji Niymentovski ilə ailə həyatı qurmuş Kravçenkonun bu evlilikdən üç övladı olub: oğlu Yeji, qızları Teodora və Yuliya dünyaya gəlib. Rəssam və şair olan Yeji, Polşa-Ukrayna müharibəsi zamanı Polşa milis dəstəsini təşkil etdiyi üçün, 28 noyabr 1918-ci ildə Yavorivdə ukraynalılar tərəfindən 29 yaşında qətlə yetirilib.

Seçilmiş əsərləri Prima vera (Bahar) – Şeir kitabı (1885) Na novyi shliakh (Yeni yola doğru) – Şeir kitabı (1891) Prolisky (Anemonlar) – Uşaq şeirləri (1921) V dorohu (Bizim yolda) – Uşaq şeirləri (1921) Lebedyna pisnia (Qu quşunun nəğməsi) – Uşaq şeirləri (1924) V zhytti ie shchos’ (Həyatda elə bir şey var ki...) – Şeirlər (1929) Dlia neï—vse! (Onun üçün hər şey!) – Şeir kitabı (1931) Shelesty nam barvinochku (Bizim üçün pıçılda, kiçik qıfotu) – Uşaq şeirləri (1932) Moï tsvity (Mənim çiçəklərim) – Nəsr toplusu (1933) Zamist’ avtobiohrafiï (Avtobioqrafiya əvəzinə) – Memuarlar (1934) Spohady uchytel’ky (Bir müəllimənin xatirələri) – Memuarlar (1935) Vybrani poeziï (Seçilmiş şeirləri) – Şeir kitabı (1941) Khryzantemy (Xrizantemalar) – Avtobioqrafik povest (1961)

İstinadlar

Ədəbiyyat

Kateqoriya:Ukraynanın qadın şairləri Kateqoriya:Avstriya-Macarıstan yazıçıları