300px|thumb|right|Deva şəhərində Müqəddəs Üçlüyün Protestant Kilsəsi 300px|thumb|right|1989-cu il Rumıniya inqilabının başladığı Timisoaradakı İslahatçı kilsə icması Rumıniyada protestantlıq — Rumıniyada protestantlıq ölkədə xristianlığın istiqamətlərindən biridir. "Pew Tədqiqat Mərkəzinin" məlumatına görə, 2010-cu ildə Rumıniyada 1,35 milyon protestant yaşayırdı ki, bu da ölkə əhalisinin 6,3%-ni təşkil edirdi. Daha yüksək qiymətləndirmələr də mövcuddur. Belə ki, "Operation World" (Dünya Əməliyyatı) adlı sorğu nəşri 1,5 milyon protestant (əhalinin 6,8%-i; 2001-ci il), C. Meltonun "Dinlər Ensiklopediyası" isə 1,9 milyon protestant (əhalinin 9%-i; 2010-cu il) qeydə almışdır. Dövlət siyahıyaalınmasına əsasən, 9 ən böyük protestant konfessiyası Rumıniya əhalisinin 6,9%-ni özündə birləşdirirdi.
2001-ci ildə Rumıniyada 7,6 min protestant dini icması fəaliyyət göstərirdi.
Etnik baxımdan bu ölkədəki protestantların əksəriyyəti rumınlardır. Protestantlar Rumıniyada yaşayan macarlar, almanlar (o cümlədən Transilvaniya saksları) və ingilislər arasında çoxluq təşkil edir. Evangelizmə inananların sayca artan qrupunu isə protestantlığı qəbul etmiş qaraçılar təmsil edir.
Tarixi 250px|thumb|left|Braşovda lüteranlara məxsus Qara Kilsə (1383–1477) Rumıniya protestantlığı tarixinin təsviri əsrlər boyu baş vermiş əhəmiyyətli sərhəd dəyişiklikləri səbəbindən mürəkkəbləşir. Artıq 1520-ci illərdə Transilvaniya ərazisində lüteranlıq yayılmağa başlayır. On il sonra isə burada reformacılar təbliğat aparırlar. Hər iki qrupun tərəfdarları 1564-cü ilə qədər, yəni ayrı-ayrı Reformat və Lüteran kilsələri yaradılana qədər birlikdə fəaliyyət göstəriblər. Hər iki kilsə bölgənin almanca danışan əhalisi arasında geniş yayılmışdı. Sonradan reformatlıq Transilvaniya macarları arasında da yayıldı.
1564-1568-ci illər arasında Rumıniya ərazisində daha bir protestant (etiqad baxımından antitrinitar) — Unitar kilsəsi yarandı. Bir müddət Transilvaniya bu konfessiyanın vətəninə çevrildi. Növbəti XVII əsrdə bir sıra knyazlar, ilk növbədə Qabor Betlen, Transilvaniya protestantlarının himayədarı kimi çıxış etdilər. 1622-ci ildə Betlen Alba-Yuliyada protestant ilahiyyat akademiyasını açdı, həmçinin Transilvaniyalı tələbələrin İngiltərə, Hollandiya və Almaniyada təhsil almasını təşviq etdi. İlk anqlikan icması Rumıniyada 1841-ci ildə meydana gəldi.
İlk rumın baptisti 1856-cı ildə Buxarestdə məskunlaşan Karl Şarşmidt hesab olunur. 1863-cü ildə Buxarestdə ilk baptist kilsəsi yaradıldı və Ukraynadan qaçan alman baptist icmasının üzvlərindən ibarət idi. 1875-ci ildə Salontada macarlar arasında baptist kilsəsinin əsası qoyuldu. 1917-ci ildə ölkədə artıq 23 min baptist var idi (11 mini macar, 10 mini rumın və 1 mini alman). 1930-cu ildə ölkədəki baptistlərin sayı 45 min nəfərə çatdı. 250px|thumb|right|Salontadakı Macar Baptist Kilsəsi Rumıniyada ilk adventist vaizi 1868-69-cu illərdə ölkədə təbliğat aparan Mixael Çexovski olmuşdur. Sonradan Tomas Aslan 12 nəfəri adventizmə cəlb edə bildi. 1890-cı ildə Lüdviq Konradi Transilvaniyaya səfər etdi və onun səyləri nəticəsində Klujda adventist icması yaradıldı. 1899-cu ildə Rusiyadan gələn adventist mühacirlər Konstansa yaxınlığında Viile Noy yaşayış məskənini saldılar. Rumıniya Kilsələr Birliyi 1919-cu ildə yaradılmış və 2 min vəftiz olunmuş üzvü birləşdirirdi. İkinci Dünya müharibəsinin əvvəlinə qədər Rumıniyada Yeddinci Günün Adventistləri kilsəsinin 13 min üzvü var idi.
1896-cı ildə lüteran macarlar Rumıniyada özlərinin Auqsburq etiqadlı İncilçi-Lüteran kilsəsini qurdular.
1899-cu ildə Buxarestdə "Xristian Qardaşlar" təbliğata başladılar. 1920-ci illərdə iki pravoslav keşişi (Müqəddəs Kitabın tanınmış tərcüməçisi, "Yüz ən böyük rumın" siyahısına daxil edilmiş Dimitru Kornilesku və Teodor Popesku) 1927-ci ildə hökumət tərəfindən "Müqəddəs Kitab xristianları" kimi tanınan bir yevangelik hərəkatının əsasını qoydular. Bir qədər sonra, 1933-cü ildə dövlət "Xristian Qardaşlar" icmalarını da ("İncil xristianları" adı altında) qeydiyyata aldı.
1939-cu ildə hakimiyyətin təzyiqi ilə, ilahiyyat sahəsindəki ciddi ixtilaflara baxmayaraq, hər iki kilsə bir strukturda birləşdi. 1989-cu ildən başlayaraq hərəkat iki qrupa bölündü: İncilçi Xristianlar Kilsəsi (Plimut qardaşları) və Rumıniya İncil Kilsəsi (keçmiş "Müqəddəs Kitab xristianları"). 250px|thumb|left|Simoneşti kommunasındakı Unitar kilsəi İlk Əllincilər (pentyakostallar) Rumıniyada Birinci Dünya müharibəsindən sonra meydana gəldi. Belə ki, 1918-ci ildə rus ədəlliləri tərəfindən bu inanca cəlb edilmiş Nişu Konstantin Vikovu-de-Sus şəhərinə geri döndü. Elə həmin il ABŞ-dan qayıdan Filaret Rotaru ölkənin şimalında Əllinciliyi təbliğ etməyə başladı.
Lakin Rumıniyada əlliliyin kütləvi şəkildə yayılması Georq Bradinin (1895–1962) adı ilə bağlıdır. Baptist olan Bradin poçt vasitəsilə ABŞ-dakı əllincilər oyanışı haqqında ədəbiyyat əldə etmiş və şəfa tapma təlimi ilə yaxından maraqlanmışdı. Çünki həyat yoldaşı Persida vərəm xəstəliyindən əziyyət çəkirdi. Persidanın sağalmasından sonra Bradin Əllincilər kilsəsinin əsasını qoyur və ABŞ-dakı Əllincilər "Allahın Kilsəsi" (Church of God) ilə əlaqələr qurur. 1950-ci ildə əllilik kilsələri hüquqi status qazanaraq "Allahın Apostol Kilsəsi" adı altında qeydiyyata alındılar.
1930-cu illərdə, demokratik islahatlar dalğasında protestant konfessiyaları öz ardıcıllarının sayını nəzərəçarpacaq dərəcədə artırdılar. Yon Antoneskunun faşist diktaturasının qurulması və İkinci Dünya müharibəsinin başlaması protestantların bir çox səylərini boşa çıxardı. Nikolae Çauşeskunun kommunist hakimiyyəti dövründə yevangelik kilsələrinin fəaliyyəti ciddi şəkildə məhdudlaşdırıldı, bir çox yevangelik mömin həbs edildi. Siyasi məhbus və yəhudi mənşəli lüteran pastoru Riçard Vurmbrandt dünya şöhrəti qazandı. Sonradan rumınlar onu "Yüz ən böyük rumın" siyahısına seçdilər.
Protestantlar Çauşesku kommunist rejimini devirən 1989-cu il Rumıniya inqilabının başlanmasında əsas fiqurlardan biri oldular. Əslində, inqilabın başlanğıcı Timişoara şəhərinin reformat pastoru Laslo Tökeşin həbs edilmə cəhdi oldu. Timişoaradakı iğtişaşlar zamanı pastor Petru Duquleskunun rəhbərlik etdiyi yerli baptist icması da aktiv mövqe nümayiş etdirdi.
Demokratik inqilabdan sonra ölkədə bir sıra yeni protestant kilsələri — Allahın Assambleyaları, Yeni Apostol Kilsəsi və başqaları fəaliyyətə başladı. 1999-cu ildə Moldova Xilas Ordusunun (Salvation Army) "leytenantları" Valeri və Viktoriya Lalak Buxarestdə xidmətə başladılar. Növbəti il isə "leytenant" Qalina Burlaku Ployeştidə qaraçılar arasında dini xidmətin əsasını qoydu.
Müasir vəziyyət 250px|thumb|right|Dejdəki İlk Əllincilər Kilsəsi Rumıniya Reformat Kilsəsi 560 min mömini ilə ölkənin ən böyük protestant kilsəsi olaraq qalır. 1980-ci illərin əvvəllərində Rumıniyada 600 min reformat var idi. Nüfuzunun zirvəsində, yəni 90-cı illərin ortalarında kilsə 800 min dindarın olduğunu bildirirdi. Hazırda reformatların sayı, ilk növbədə ölkədən köç (emiqrasiya) səbəbindən Rumıniya əhalisinin ümumi azalması ilə bağlı olaraq azalmaqdadır.
Dinamik şəkildə böyüyən protestant qrupunu isə əliliklər (pentyakostallar — 450 min nəfər) təmsil edir. Belə ki, əgər 1980-ci illərin əvvəllərində əllilik kilsələrinin üzvləri 50 min nəfər idisə, 1989-cu ilə qədər bu rəqəm 102 minə, 2001-ci ilə qədər isə 297 minə çatmışdır. Ən böyük əllilik kilsəsi, ABŞ-dakı "Allahın Kilsəsi"nin (Church of God) filialı olan Allahın Apostol Kilsəsidir. Dövlət siyahıyaalınmaları kilsənin davamlı artımını qeydə alıb: 1992-ci ildə 221 min, 2002-ci ildə 324 min və 2011-ci ildə 362 min nəfər.
Bu kilsə, iri protestant kilsələri arasında 2002-ci ildən 2011-ci ilə qədər üzvlərinin sayını artıran yeganə qurumdur. Həmçinin kilsə ən gənc icmaya sahibdir — 2011-ci il siyahıyaalınmasına əsasən, üzvlərin orta yaşı 32-dir. Digər bir böyük ədəlli hərəkatı isə Qaraçı İncil Hərəkatıdır (30 min nəfər). 250px|thumb|left|Buzaudakı Yeddinci Gün Adventist Məbədi Rumıniyadakı digər Əllincilər birlikləri sayca olduqca azdır: İslah edilmiş Əllincilər Kilsəsi (şənbəçi Əllincilər; 5.8 min nəfər) Allahın Assambleyaları (53 kilsə) Fidyə verilmiş Kilsə (13 icma) Allahın Peyğəmbərlik Kilsəsi (1 icma) Dördtərəfli İncil Kilsəsi "Aqape" neo-Əllincilər kilsəsi və s.
Ən böyük Əllincilər prixodu olan "Elim" kilsəsi Timişoara şəhərində yerləşir və 6 min üzvü var.
Baptistlər (140 min nəfər) Rumıniya Baptist İttifaqı (1,9 min kilsədə 99 min üzv) və Macar Baptist Konvensiyası (258 kilsədə 8,9 min vəftiz olunmuş üzv) tərəfindən təmsil olunur. 1980-ci illərin əvvəllərində ölkədə 90 min baptist var idi. Oradya şəhərindəki "Emmanuil" rumın kilsəsi kontinental Avropanın ən böyük baptist kilsəsi adlandırılır (3 min vəftiz olunmuş üzv). Maraqlıdır ki, Oradyada həmçinin böyük bir macar baptist kilsəsi də (1,1 min üzv) fəaliyyət göstərir.
Plimut qardaşları ilə əlaqə saxlayan yevangelik hərəkatı İncilçi Xristianlar Kilsəsi (42,5 min nəfər) tərəfindən təmsil olunur. Rumıniya İncil Kilsəsinin isə 15,5 min üzvü var. 250px|thumb|right|İasidəki Xoş Xəbər Baptist Kilsəsində toy mərasimi Ölkənin lüteranları (44 min nəfər) iki kilsə ilə təmsil olunur, Rumıniya İncilçi-Lüteran Kilsəsi (30,7 min) və Auqsburq Etiqadlı İncil Kilsəsi (13,3 min). Lüteranlar inanclıların sayında kəskin azalma yaşayıblar; belə ki, 1989-cu ildə bu konfessiyanın 166 min ardıcılı var idi.
Unitar Kilsəsinin üzvləri 57 min nəfərdir. Onların əksəriyyəti macarlardır, lakin rumın və qaraçıların da kiçik bir hissəsi bura daxildir. Kilsə 141 ibadət binası tikmişdir. Yepiskopun iqamətgahı Kluj-Napokada yerləşir.
Yeddinci Günün Adventistləri 2000-ci ildə öz zirvə nöqtəsinə çatmışdılar (həmin vaxt üzvlərin sayı 73,5 min nəfər idi); lakin 2012-ci ilin sonuna qədər vəftiz olunmuş üzvlərin sayı 67 minə qədər azaldı.Rumıniyada həmçinin Yeddinci Günün Adventistlərinin İslahat Hərəkatı icmaları da fəaliyyət göstərir.
Digər qruplar arasında Yeni Apostol Kilsəsini, anqlikanları, nazarenləri (3 kilsə və 185 üzv), metodistləri (100 nəfər) və Xilas Ordusunu qeyd etmək lazımdır.
Ekumenik əlaqələr Üç Rumıniya kilsəsi — Rumıniya Reformat Kilsəsi, Rumıniya İncilçi-Lüteran Kilsəsi və Auqsburq Etiqadlı İncilçi-Lüteran Kilsəsi Ümumdünya Kilsələr Şurasının üzvüdürlər. Ölkədə həmçinin Milli Kilsələr Şurası fəaliyyət göstərir və konfessiyalararası Rumıniya Müqəddəs Kitab Cəmiyyəti iş aparır. Bir çox mühafizəkar kilsələr isə Ümumdünya İncilçi (Yevangelik) Alyansının bölməsi olan Rumıniya İncilçi Alyansına daxildir.
İstinadlar
Xarici keçidlər
Апостольская церковь Божья Ассамблеи Бога в Румынии Венгерская баптистская конвенция Евангелическая церковь аугсбургского исповедания Реформатская церковь Румынии Союз церквей христиан баптистов Румынии Церковь адвентистов седьмого дня Церковь евангельских христиан в Румынии
Kateqoriya:Rumıniyada xristianlıq