Tarık Ünlüoğlu () - Türkiyənin teatr, televiziya və kino sahəsində tanınan aktyorlarından biridir. Qurtlar Vadisi adlı televiziya serialında canlandırdığı Testere Necmi obrazı ilə geniş tamaşaçı kütləsi tərəfindən tanınmışdır.

Həyatı və Fəaliyyəti Tarık Ünlüoğlu İzmir Namık Kemal Liseyini bitirdikdən sonra Ankara Dövlət Konservatoriyasına daxil olmuşdur. Bir il opera təhsili aldıqdan sonra isə teatr şöbəsinə keçmişdir. Tarık Ünlüoğlu iyirmi ildən artıq müddət Ankara Dövlət Teatrında fəaliyyət göstərdikdən sonra İstanbul Dövlət Teatrına təyin olunmuşdur. Teatr fəaliyyəti ilə yanaşı, bir çox film və televiziya layihələrində aktyor və səsləndirmə sənətçisi kimi çalışmışdır. Qurdlar Vadisi (teleserial) serialında canlandırdığı Mişar Necmi obrazı ilə geniş tanınmışdır.

Ailəsi və Ölümü Tarık Ünlüoğlunun 11 il davam edən ilk nikahından Zeynep adlı bir qızı var. Zeynep isə aktyorlar Levent Kırca və Oya Başarın oğlu Umur Kırca ilə ailə qurmuşdur. O, ikinci dəfə 1988-ci ildən münasibətdə olduğu Gülenay Kalkan ilə evlənmişdir. Onların nikah mərasimi 15 fevral 2013-cü ildə Berlin şəhərində keçirilmişdir. Bu evlilikdən övladları dünyaya gəlməmişdir. Bir il ərzində müalicə aldığı ağciyər xərçəngi xəstəliyi səbəbindən 1 oktyabr 2019-cu ildə, 68 yaşında vəfat etmişdir. 3 oktyabr tarixində Levent məscidində keçirilən dəfn mərasimindən sonra Zincirlikuyu qəbiristanlığında torpağa tapşırılmışdır.

Teatr tamaşaları 1973 — İstanbul Efendisi — Musahipzade Celal — Ankara Dövlət Teatrı 1976 — My Fair Lady — Alan Jay Lerner — Ankara Dövlət Teatrı 1977 — Cimri — Molière — Ankara Dövlət Teatrı 1977 — İki Kova Su — A. E. Gredianus — Ankara Dövlət Teatrı 1978 — Eskicinin Tazesi — Federico García Lorca — Ankara Dövlət Teatrı 1979 — Arturo Ui'nin Önlenebilir Yükselişi — Bertolt Brecht — Ankara Dövlət Teatrı 1980 — Kurban — Güngör Dilmen — Ankara Dövlət Teatrı 1981 — Yunus Emre — Recep Bilginer — Ankara Dövlət Teatrı 1982 — Resimli Osmanlı Tarihi — Turgut Özakman — Ankara Sənət Teatrı 1983 — Galile'nin Yaşamı — Bertolt Brecht — Ankara Sənət Teatrı 1985 — Sırça Biblolar — Tennessee Williams — Ankara Dövlət Teatrı 1987 — Kılıç ve Ney — Turan Oflazoğlu — Ankara Dövlət Teatrı 1988 — Fadik Kız — Orhan Asenal — Ankara Dövlət Teatrı 1989 — Yüzlerce Çiçek Birden Açtı — Tarık Buğra — Ankara Dövlət Teatrı 1992 — Uyarca — Friedrich Dürrenmatt — Ankara Dövlət Teatrı 1993 — Patlat Bir Shakespeare — Semih Sergen — Ankara Dövlət Teatrı 1995 — Martı — Anton Çexov — Ankara Dövlət Teatrı 1996 — Resimli Osmanlı Tarihi — Turgut Özakman — Ankara Dövlət Teatrı 1997 — Ateşle Oynayan — Nihat Asyalı — Ankara Dövlət Teatrı 1998 — Ziyaretçi — Éric-Emmanuel Schmitt — Ankara Dövlət Teatrı 2003 — Taraf Tutmak — Ronald Harwood — İstanbul Dövlət Teatrı 2005 — Uyarca — Friedrich Dürrenmatt — İstanbul Dövlət Teatrı

Filmoqrafiya Seriallar İl Serial Rol1983Kurt ve Kuzu2001Nasıl Evde KaldımAli2003–2004Kurtlar VadisiTestere Necmi2005–2007GümüşTarık Atasoy2006BebeğimAdem Köroğlu2007Benden Baba OlmazSami2008DalgakıranNazif Bozdağlı2008–2010Benim Annem Bir MelekCahit Turuncu2011–2013Avrupa AvrupaFerdi Koparan2014Bir Yusuf MasalıCevdet PaşaAh NerimanTarık2015–2019Eşkıya Dünyaya Hükümdar OlmazÜnal KaplanFilmlər İl Film Rol1996Bir Erkeğin Anatomisi1998CumhuriyetZiya Hurşit bəy2006Umut AdasıHamdi2007Bayrampaşa: Ben Fazla KalmayacağımProkurorKabadayıGölge2009Aşkın İkinci Yarısı2011Eyyvah Eyvah 2EdremitSümela'nın Şifresi: TemelHıdır Yücesoy2012Berlin KaplanıCemal2014Eyyvah Eyvah 3Edremit2015Bana Masal AnlatmaTimurKara BelaAtılgan2018Bal KaymakAdemHedefim SensinAdnan

Mənbələr

Kateqoriya:Türkiyənin televiziya aktyorları Kateqoriya:Türkiyə kişi film aktyorları