Gün kimi aydın () — 2008-ci ildə ekranlara çıxmış ABŞ komediya-dram filmi. Ssenarini Meqan Holli yazıb, rejissorluğunu isə Kristin Ceffs üstlənib. Filmdə baş rolları Emi Adams, Emili Blant və Alan Arkin canlandırıb.

"Big Beach" şirkətinin istehsalı olan film 2008-ci il yanvarın 18-də Sandens Film Festivalında pərdəni açıb. Sonra 2009-cu il martın 13-də "Overture Films" vasitəsilə ABŞ-də seçilmiş kinoteatrlarda göstərilib. "Gün kimi aydın" həm tənqidçilərin, həm də tamaşaçıların rəğbətini qazanmağı bacarıb. 5 milyon dollarlıq büdcə ilə çəkilən film kassada 17,3 milyon dollar yığıb. DVD və Blu-rey versiyaları isə 2009-cu il avqustun 25-də çıxıb.

Təsvir Oğlunu özəl məktəbə göndərmək üçün pul lazımdır, amma yol qeyri-adi olacaq. Ana bacısı ilə birlikdə bioloji zərərli maddə təmizliyi və cinayət yeri yığışdırma xidməti açır. Bir məsələ var ki, bacısına arxalanmaq elə də sadə iş deyil.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:ABŞ filmləri Kateqoriya:ABŞ-nin komediya filmləri Kateqoriya:İngiliscə filmlər Kateqoriya:ABŞ-nin dram filmləri Kateqoriya:2000-ci illərin ingilis dilli filmləri Kateqoriya:2000-ci illərin ingilis dilli filmləri Kateqoriya:Komediya-dram filmləri Kateqoriya:ABŞ-nin faciəvi komediya filmləri Kateqoriya:ABŞ-nin qadın dostluğu filmləri Kateqoriya:Müstəqil ABŞ filmləri Kateqoriya:İngilis dilində komediya-dram filmləri Kateqoriya:İngiliscə müstəqil filmlər Kateqoriya:2008-ci ilin filmləri