thumb|right|Zəhra Aylin, Rukiyə Ərkin və Səbihə Gökçən thumb|right|Rukiyə Ərkin ve Atatürk (1926) Rukiyə Ərkin (; ) — Mustafa Kamal Atatürkün mənəvi qızlarından biri. Həyatı Rukiyə Ərkin 1911-ci ildə Seydişəhərdə anadan olub. Atası Rıza bəy Birinci Dünya müharibəsi illərində hərbi xidmət zamanı Mustafa Kamal Paşanın mirzəsi və poçtalyonu olmuşdu. Anasını erkən yaşda itirən olan Rukiyə xanım, hərbi xidmətdən qayıtdıqdan sonra misgərliklə məşğul olan atası Rıza bəyin vəfatı ilə üç bacısı ilə birlikdə həm kimsəsiz, həm də yetim qaldı.
Mustafa Kamal Konyaya olan səfərlərinin birində araşdırma apararaq dörd bacının ən kiçiyi olan Rukiyəni tapıb, onu Ankaraya gətizdirərək, himayəsinə götürdü və təhsil almasını təmin etdi.
Rukiyə Ərkin ibtidai təhsilini Çankaya İbtidai məktəbində aldıqdan sonra, "Noter Dam de Sion" Fransız Liseyində davam etdirdi. 1930-cu ildə Atatürk Meşə Fermasının mühafizə dəstəsinin komandiri Hüsnü bəy ilə ailə həyatı qurdu. Ankara Bələdiyyəsində kəsilən nikahında o dövrün Daxili İşlər və Xarici İşlər nazirləri Rukiyə xanım və Hüsnü bəyin nikah şahidləri olublar. Toy mərasimləri Dolmabağça sarayında keçirilib. Bu evlilikdən onların bir oğlan övladı dünyaya gəldi.
Rukiyə Erkin 1935–1938-ci illərdə Yalova icra başçısı vəzifəsində çalışan həyat yoldaşı Hüsnü Erkini 1966-cı ildə itirdi. O, həyat yoldaşının vəfatından sonra yaşamını Nişantaşında davam etdirdi.
Rukiyə Ərkin 1995-ci ildə İstanbulda vəfat edib. Cənazəsi Feriköy qəbiristanlığında torpağa tapşırılıb.
İstinadlar
Xarici keçidlər Rukiye Erkin'in konuk olduğu Atatürk'ten Anılar programı, 29. bölüm, TRT Arşivi, 1975