I Erkole d'Este (; ) — II Modena, Reccio və Ferrara hersoqu.

1431-ci ildə Modena, Ferrara və Reccio markizi III Nikolo d'Este və onun üçüncü xanımı Rikkardanın ilk övladı olaraq Ferrarada doğuldu. 1441-ci ildə atası vəfat etdi və azyaşlı olması səbəbilə taxta o yox, atasının uzunmüddətli məşuqəsi Stella de Tolomeydən doğulan oğlu Leonello çıxdı. Bu hadisənin ardından ögey qardaşı tərəfindən saraydan uzaqlaşdırıldı və 1445-ci ildə Araqon və Neapol kralı V Alfonsonun sarayına göndərildi. Burada 1460-cı ilədək hərbi təlim-tərbiyə aldı. Üstəlik burada keçirdiyi illər ərzində incəsənətə maraq duydu və bu onu İntibah dövrünün ən güclü simalarından birinə çevirdi.

Leonello d'Estenin qısa səltənətindən sonra digər ögey qardaşı Borso d'Este taxta çıxdı. Üstəlik qardaşı 1452-ci ildən etibarən hersoq ünvanına yüksəldi. Ancaq heç vaxt evlənməmişdi və rəsmi varisi yox idi. Bu səbəblə, 1471-ci ildə onun ölümündən sonra Venesiya Respublikasından aldığı siyasi və hərbi dəstəklə taxta çıxdı. Ögey qardaşı Leonello d'Estenin oğlu Nikolonun çevriliş cəhdinin qarşısı alındı və o, 4 sentyabr 1476-cı ildə edam edildi.

3 iyul 1473-cü ildə Neapol kralı I Ferdinandın qızı Elyanora ilə evləndi və beləcə, özünə siyasi dəstək qazandı. Cütlüyün bu nigahdan 7 övladı doğuldu.

İzabella d'Este, Mantuya markqrafinyası Beatris d'Este, Milan hersoginyası I Alfonso d'Este Ferrante d'Este, kondotyer İppolito d'Este, kardinal Sigismund d'Este (1480-1524) Albert d'Este (1481-1482)

Bundan başqa onun məşuqələrindən doğulan 3 qeyri rəsmi övladı da vardı.

Duz monopoliyasına yiyələnmək uğrunda Venesiya Respublikası ilə münasibətləri pisləşdi. 1482-1484-cü illəri əhatə edən Ferrara müharibəsinin sonunda Roviqo bölgəsi əldən çıxdı. Qalan illərində Papa dövlətiylə münasibətləri yaxşılaşdırdı. Oğlu Alfonsonun Roma papası VI Aleksandrın nigahdan kənar qızı Lukresiya ilə evliliyinə istəksizcə razı oldu.

25 yanvar 1505-ci ildə vəfat etdi və oğlu I Alfonso taxta çıxdı.

Mənbə

Ədəbiyyat

İstinadlar Kateqoriya:XVI əsr İtaliya zadəganları Kateqoriya:D'Este Kateqoriya:XV əsr Avropa hökmdarları