Diana Çuli (; ) — alban yazıçı, jurnalist və siyasətçi.

O, 1973-cü ildə Tirana Universitetinin Fəlsəfə fakültəsindən məzun olmuşdur. Məzun olduqdan sonra o, "Drita" və fransızdilli "Les lettres albanaises" jurnalının redaksiya heyətlərinə qoşulmuşdur.

1990-cı ildə demokratik müxalifətlə əlaqələr qurmuş, Müstəqil Qadınlar Forumunun rəhbəri olmuş və daha sonra Albaniya Sosial-Demokrat Partiyasına qatılmışdır.

2006-cı ildən etibarən o, Avropa Şurası Parlament Assambleyasında Albaniyanın nümayəndəsi olmuşdur.

Albaniyada o, qadın hüquqlarının, xüsusilə də fahişəliyə məcbur edilənlərin hüquqlarının müdafiəsi istiqamətində işləmişdir.

2004-cü ildən etibarən Albaniya Qadınlar Federasiyasının sədri olmuşdur.

1970-ci illərin sonunda o, "Ndërgjegja" (Vicdan) adlı ilk qısa hekayəsini nəşr etdirmişdir. O, səkkiz roman nəşr etdirmiş və "Hije që mbeten pas" (1985), "Rrethi i kujtesës" (1987) və "Bregu i ashpër" (1988) kimi filmlərin ssenari müəllifi olmuşdur.

Seçilmiş əsərləri 1980: Jehonat e jetës 1983: Zëri i largët 1986: Dreri i trotuareve 1992: Rekuiem 1993: …dhe nata u nda në mes 2000: Diell në mesnatë 2006: Engjëj të armatosur 2009: Gruaja na kafe 2011: Hoteli i drunjtë

Həmçinin bax Flora Brovina Klara Buda Elvira Dones Musine Kokalari Helena Kadare Irma Kurti

İstinadlar

Kateqoriya:Albaniya siyasətçiləri Kateqoriya:Alban yazıçılar Kateqoriya:1951-ci ildə doğulanlar Kateqoriya:Tiranada doğulanlar