Yella Hertska (; ) — Avstriya feminist aktivisti, sülh fəalı, məktəb direktoru və musiqi biznesi üzrə icraçı direktoru. O, 1900-cü ildə qadınların humanitar və sosial inkişaf layihələrində işləməyə başlayıb. Hertska 1903-cü ildə Yeni Vyana Qadın Klubunun (Neuer Wiener Frauenklub) həmtəsisçisi olub, 1909-1933-cü illərdə isə onun prezidenti vəzifəsində çalışıb. 1904-cü ildən etibarən qadınların seçki hüququnu və pasifizmi dəstəkləyərək beynəlxalq qadın haqları hərəkatlarında iştirak edib. 1919-cu ildə Sülh və Azadlıq naminə Beynəlxalq Qadınlar Liqasının (WILPF) Sürix konqresinə qatılıb. O, WILPF-in Avstriya bölməsinin həmtəsisçisi olaraq, 1921-ci ildə Vyana Konqresini təşkil edib. 1919-1948-ci illər arasında keçirilən hər bir beynəlxalq WILPF konqresində iştirakçı olurdu. Birinci Dünya müharibəsindən sonra hərbi əsirlərin azad edilməsi üçün çalışıb, İkinci Dünya müharibəsi zamanı isə mühacirət etmək istəyənlərə və hərbi xidmətdən imtina edənlərə hüquqi və maddi kömək edib.

1903-cü ildə Hertska, qadınların universitetə qəbulu və ya peşə hazırlığı üçün ixtisaslaşmasını asanlaşdırmaq məqsədilə Salka Qoldman ilə birlikdə Kottec Qızlar Liseyini təsis edib. Xaricdə ingilis dili və qabaqcıl bağçılıq üzrə təhsilini tamamladıqdan sonra 1909-cu ildə vətənə qayıdaraq ziyalılar, sənətçilər üçün innovativ mənzil layihəsi olan "Villenkolonie Kaasgraben"i (Kaasqraben Villa Koloniyası) qurub. 1913-cü ildə Avstriya-Macarıstanda qadınlara bağçılıq və landşaft memarlığı üzrə təhsil verən ilk məktəbin həmtəsisçisi olub. O, məktəbə rəhbərlik etməklə yanaşı, 1932-ci ildə həyat yoldaşının vəfatından sonra 1938-ci ilə qədər "Universal Edition" musiqi nəşriyyatını idarə edib. Bu müddət ərzində yeni istedadları üzə çıxarmağa çalışaraq, xüsusilə qadın musiqiçi və bəstəkarlara dəstək olurdu.

Üçüncü Reyx Avstriyanı ilhaq etdikdə, Yella Hertskanın fəaliyyət göstərdiyi bütün təşkilat və müəssisələr qadağan edilib və ya "ariləşdirilib" (müsadirə olunub). Səyahət imkanlarını asanlaşdırmaq üçün 1938-ci ilin dekabrında əmisi oğlu Edqar Taussiq ilə evlənərək Çexoslovakiya vətəndaşlığını alıb. Müharibə dövründə Londona mühacirət edərək orada landşaft memarı və bağban kimi çalışaraq, eyni zamanda pasifist fəaliyyətini davam etdirib. Taussiq 1943-cü ildə konsentrasiya düşərgəsində qətlə yetirilib. Müharibə bitdikdə Yella Hertska Çexoslovakiya vətəndaşlığını yeniləməmək qərarına gəlib, Avstriya vətəndaşlığının bərpası üçün müraciət edib və 1946-cı ildə Avstriyaya qayıdıb. O, dərhal WILPF-in Avstriya bölməsini yenidən qurmağa, biznesini və mülkiyyətini geri almağa başlayıb. "Universal Edition" nəşriyyatının inzibatçısı təyin edilib və binanın sahibi ilə ölümünədək davam edən hüquqi mübarizələrə baxmayaraq, 1947-ci ildə biznesin tam nəzarətini əldə edib. Ölümünə qədər (1948) nə şəxsi əmlakı, nə də vətəndaşlığı bərpa olunub. 2012-ci ildə Vyana Şəhər Şurası Yella Hertskanın şərəfinə Seestadt Aspern qəsəbəsində yerləşən parka onun adını verib.

Həyatı Yella Fuks 4 fevral 1873-cü ildə Avstriya-Macarıstanın Vyana şəhərində Aqnes (qızlıq soyadı Tedesko) və Ferdinand Fuksun ailəsində anadan olub. Yeddi bacı-qardaşın ən kiçiyi olan Yella, liberal və yüksək təbəqəli yəhudi ailəsində böyüyüb. Atası iş adamı idi. Aqnes isə atasının ikinci həyat yoldaşı və beş uşağının anası idi. 20 may 1897-ci ildə Vyanadakı Ştadttempeldə (Stadttempel) əslən Budapeştdən olan musiqi nəşriyyatçısı Emil Hertska ilə ailə qurub. Həyat yoldaşı karyerasını qurduğu bir vaxtda, Hertska 1900-cü ildən etibarən Avstriyada qadınların humanitar və sosial rifahı layihələrində iştirak etməyə başlayıb və "Frauenvereinigung für soziale Hilfstätigkeit" (Sosial Yardım üzrə Qadınlar Birliyi) təşkilatının üzvü olub. O, həmçinin "Wiener Frauenklub"un (Vyana Qadın Klubu, 1900–1902) həmtəsisçisi olub. və yoxsulların təmiz, işlənmiş geyim əldə etməsinə şərait yaradan "Wiener Kleidersammelstelle" (Vyana Geyim Toplama Məntəqəsi) təşəbbüsündə iştirak edib. 1903-cü ildə İngiltərəyə səfəri zamanı Oksford Universitetində xarici qadınlar üçün təşkil olunan ingilis dili kursunda təhsil alıb.

Fəaliyyəti Qadın hüquqları uğrunda mübarizə (1903–1938) 1903-cü ildə Yella Hertska əvvəlcə qadınlar üçün qeyri-siyasi salon və ədəbi birlik kimi qurulan Yeni Vyana Qadın Klubunun (Neuer Wiener Frauenklub) on iki həmtəsisçisindən biri oldu. Klubun ilk prezidenti Helene Forsmann, ondan sonra isə Dora fon Stokert-Meynert idi. Yella Hertska 1904-cü ildə beynəlxalq qadın hüquqları hərəkatlarına qoşulub və Beynəlxalq Qadınlar Şurasının Berlin Konqresində iştirak edib. Burada o, Kete Şirmaxer və Helene Ştöker kimi bir neçə görkəmli feministlə dostluq münasibətləri qurub. 1905-ci ildən başlayaraq klub qadınların seçki hüququnun əldə edilməsinə fokuslanıb və qadınların siyasi fəaliyyətini qadağan edən qanunlara qarşı kampaniyalar aparıb. Yella Hertska 1909-cu ildə Yeni Vyana Qadın Klubunun prezidenti seçilib və 1933-cü ilə qədər bu vəzifədə qalıb. O, 1913-cü ildə Vyana Seçki Hüququ Konfransında iştirak edib və 1918-ci ildə ləğv edilənədək Avstriya Qadın Birlikləri Federasiyasının Bağçılıq və Kiçik Heyvanların Yetişdirilməsi Komissiyasına rəhbərlik edib. Sadiq bir pasifist olan Yella Hertska 1914-cü ildə müharibə elan edildikdə Yeni Vyana Qadın Klubu ilə birlikdə bu münaqişəyə rəsmi şəkildə qarşı çıxıb. Klub 1915-ci ildə Haaqa Konqresinə nümayəndə qismində Frensis Volf Qirianı göndərib. Pasifist fəaliyyəti 300px|thumb|left|1921-ci il Sülh və Azadlıq naminə Beynəlxalq Qadınlar Liqasının (WILPF) İcraiyyə Komitəsi: soldan sağa, ön sıra:Korneliya Ramondt-Hirşman, Qabriel Düşen, Lida Qustava Heyman, Hertzka, Ceyn Addams, Ketrin Marşall, Gertrud Baer. Arxa sırada: Emili Qrin Balç və Tora Dauqaard. Berlində keçirilməsi planlaşdırılan Beynəlxalq Qadın Seçki Hüququ Alyansının konfransı ləğv edildiyi üçün, Aletta Yakobsun rəhbərlik etdiyi holland qadınlardan ibarət komitə təklif etdi ki, neytral ölkə kimi Niderland qadınların həmrəyliyini qorumaq məqsədilə görüşə ev sahibliyi edə bilər. Bu konqresdən sonra, sonradan Sülh və Azadlıq naminə Beynəlxalq Qadınlar Liqasına (WILPF) çevriləcək Daimi Sülh üçün Beynəlxalq Qadınlar Komitəsi yaradıldı. Komitəyə Avstriyalı üzvlər Leopoldina Kulka və Olqa Misar seçildilər.{sfn|Macmillan|1915|p=319}} Müharibə bitdikdə, Hertska Kulka və Elza Beer-Anqerer ilə birlikdə WILPF-in 1919-cu ildə Sürixdə keçirilən konvensiyasında iştirak etdi. Orada o, WILPF üzvlərini növbəti ikiillik konvensiyanı Vyanada keçirməyə razı saldı. Vətənə qayıtdıqdan sonra, 1920-ci ildə Kulka ilə birlikdə WILPF-in Avstriya bölməsini təsis etdi. Növbəti il Kulka vəfat etdikdə, Hertska WILPF-in Avstriya bölməsinin prezidenti oldu. O, beynəlxalq təşkilatın katib-xəzinədarı Emili Qrin Balç ilə birlikdə Vyanada keçirilən üçüncü WILPF konqresinin əsas koordinatoru və təşkilatçısı idi. Tədbirdən qısa müddət sonra WILPF-in Avstriya bölməsi ideoloji əsaslarla parçalandı. Millətçi hədəflərin beynəlxalq məqsədlərdən və mütləq pasifizmdən daha vacib olduğunu düşünənlər təşkilatı tərk etdilər.

Hertska 1919-cu ildən 1946-cı ilə qədər keçirilən bütün WILPF konqreslərində qrup rəhbəri, təşkilatçı və ya natiq qismində iştirak edib. 1919-cu ildə o, Skandinaviyaya səfər edərək Norveç və İsveçdə WILPF haqqında mühazirələr oxumuş, Sibir və Türküstanda saxlanılan hərbi əsirlərə dəstək axtarıb. Oradan London, Paris və İsveçrəyə yollanıb. Bu missiyanı davam etdirərək, növbəti il Amerika Birləşmiş Ştatlarına gedib və Sibirdəki hərbi əsirlərin qaytarılması üçün danışıqlarda Amerikanın köməyini, həmçinin Avstriyanın Millətlər Liqasından borc almasına imkan verən maliyyə güzəştlərini uğurla əldə edib.

1921-ci ildə o, beynəlxalq WILPF-in icraiyyə şurasının üzvü olub. 1924-cü ildə WILPF-in Şərqi Avropa Komissiyasının sədri seçilib, iki il sonra isə Milli Qadın Partiyasının (National Woman's Party) Beynəlxalq Məsləhət Şurasına təyin edilib. 1930-cu illərdə o, Beynəlxalq Əmək Təşkilatının üzvləri ilə əməkdaşlıq edərək WILPF-in İqtisadi Komissiyasının rəhbəri olub. Avstriyada artan antisemitizm nəticəsində Hertskanın ictimai çıxışları və fəaliyyəti getdikcə məhdudlaşıb. 1938-ci ilin martında Yeni Vyana Qadın Klubunun bütün yəhudi üzvləri xaric edilib. Noyabr ayında Almaniya Avstriyanı ilhaq etdikdə və siyasi fəaliyyətlə məşğul olan qadın təşkilatlarını qadağan edən siyasətləri tətbiq etdikdə klub ləğv olunub. Elə həmin il, WILPF Nasist rejimi tərəfindən qadağan edildikdən sonra Hertska təşkilatın Avstriya bölməsinin prezidenti kimi fəaliyyətini dayandırıb.

Məktəblər və sənətçilər koloniyası (1903–1938) Lisey və incəsənət adamları məktəbi 300px|thumb|right|Kaasqraben villa koloniyasında dupleks evlərdən ikisi. Hertska və Salka Qoldman 1903-cü ildə Döblinqin "Kottec kvartalı"nda (Cottage Quarter) Kottec Qızlar Liseyinin həmtəsisçisi oldular. Məktəb fəaliyyətinin ilk illərində bir neçə dəfə yerini dəyişdi. 1904-cü ildə Prins Eugen küçəsində yerləşirdi, 1905-ci ildə isə Gimnaziya küçəsinə köçürüldü. Hertzka məktəb üçün binalar bağışlamaqla yanaşı, həm də müxtəlif inzibati işləri yerinə yetirirdi. Məktəb qızlara orta təhsil almaq və peşə hazırlığı keçmək imkanı yaratmaq üçün nəzərdə tutulmuşdu. Lakin fəaliyyətinin ilk illərində kursları bitirmək və yekun imtahanı vermək məzunlara Vyana Universitetinin Fəlsəfə fakültəsində yalnız "müstəsna tələbə" (qeyri-adi tələbə) kimi iştirak etmək hüququ verirdi. 1913–1914-cü tədris ilində Qoldman, məzunların standart universitet qəbuluna ixtisasına imkan verən "islahat-realgimnaziya" (reform-realgymnasium) imtahanı üçün tələbə olunan təkmilləşdirilmiş kursları tətbiq etdi. Təxminən bu vaxtlarda, almanpərəst millətçi meyilləri üzə çıxdığı üçün Hertzka həm Qoldmanla, həm də on ildən artıq yazışdığı Şirmaxerlə arasındakı məsafəni qorumağa başladı.

1908 və 1909-cu illərdə Hertska Almaniyanın Bonn şəhəri yaxınlığındakı Bad Qodesberqdə yerləşən "Rheinische Obstund Gartenbauschule für Frauen" (Qadınlar üçün Reyn Meyvəçilik və Bağçılıq Məktəbi) təhsil almış və bağçılıq üzrə təkmilləşdirilmiş təlim kursunu bitirdi. O, Avstriyaya "Höhere Gartenbauschule für Frauen" (Qadınlar üçün Ali Bağçılıq Məktəbi) yaratmaq əzmi ilə qayıtsa da, buna nail olması üçün bir neçə il lazım gəldi. Hertzka tez-tez bağ şənlikləri təşkil edirdi və bu tədbirlərdə Bela Bartok, Zoltan Koday, Ernst Krenek, Qustav Maler, Darius Miyo və Arnold Şönberq kimi dünyaca məşhur bəstəkarlar iştirak edirdilər. Onların yaradıcılığını dəstəkləmək üçün o, Qrinsinqdəki (Grinzing) evinin yaxınlığında, Kaasqrabendə sənətçilər koloniyası layihələndirməyi Jozef Hoffmanna tapşırdı. O, Hoffmanna koloniyanın planlaşdırılmasında kömək etdi və layihəni maliyyələşdirdi. Koloniya dörd dupleks bölmədən ibarət idi ki, bu da həmin dövrdə Vyana üçün nisbətən yeni mənzil innovasiyası sayılırdı. 1912-ci ildə tamamlanan "Villenkolonie Kaasgraben" (Kaasqraben Villa Koloniyası) bir çox sənətçi və ziyalını sakin kimi cəlb etdi; onların arasında Vyana Konsert Zalının baş katibi Huqo Botstiber, iqtisadçı Adolf Druker, bəstəkar Eqon Velles və həyat yoldaşı, sənət tarixçisi Emmi, həmçinin Avstriya İşçi Birliyinin həmtəsisçisi və memar Hans Vetter də var idi.

Qadınlar üçün Ali Bağçılıq Məktəbi