Səbuhi Aslan oğlu Cəfərov () — Azərbaycan tarzəni, pedaqoq, Azərbaycan Respublikasının əməkdar artisti (2019).
Həyatı
Səbuhi Cəfərov 16 iyun 1968-ci ildə Quba şəhərində anadan olub. Musiqi təhsilinə erkən yaşlarından başlamış, 1995-ci ildə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasını fərqlənmə diplomu ilə bitirmişdir. Ali təhsilini başa vurduqdan sonra Bakı Musiqi Akademiyasında pedaqoji fəaliyyətə başlamışdır. Daha sonra fəaliyyətini Azərbaycan Milli Konservatoriyasında davam etdirmişdir.1993-cü ildən etibarən "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin Səid Rüstəmov adına Xalq çalğı alətləri orkestrində konsertmeyster-solist kimi fəaliyyət göstərib. İfaçılıq sənəti ilə yanaşı, həm ölkə daxilində, həm də xaricdə geniş konsert proqramları ilə Azərbaycan musiqisini təbliğ etmişdir. 2011-ci ildə "Dosent" elmi adını almışdır.
Səbuhi Cəfərov 30 iyun 2024-cü ildə, 56 yaşında vəfat etmişdir.
Mükafatları Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə 2019-cu ildə "Azərbaycan Respublikasının Əməkdar artisti" fəxri adına layiq görülmüşdür.
İstinadlar
Xarici keçidlər
Əməkdar artist Səbuhi Cəfərovun rəsmi YouTube kanalı
Kateqoriya:Azərbaycan tarzənləri