Burcu Özsoy () — türk alimi.
O, Antarktidada dəniz buzlarının müşahidəsi sahəsində tədqiqatlar aparmışdır və Türkiyənin ilk qütb araşdırma mərkəzi olan İstanbul Texniki Universiteti Qütb Araşdırmaları Tətbiq və Araşdırma Mərkəzinin (İTÜ PolReC) direktoru vəzifəsində çalışır.
Erkən həyatı və təhsili Burcu Özsoy 1976-cı ildə Qaziantepdə anadan olub. O, Yıldız Texniki Universitetinin Geodeziya və Fotoqrammetriya mühəndisliyi ixtisası üzrə bakalavr və magistr dərəcələri üzrə məzun olub. 2001-ci ildə İstanbul Texniki Universitetində elmi işçi kimi fəaliyyətə başlayıb. 2003-cü ildə San-Antonio Universitetinin "Məsafədən Zondlama və Geoinformatika Laboratoriyasına, Geologiya Elmləri" Departamentinə qoşulub. Özsoy hər zaman statistik riyaziyyat və geofizika elmlərinə maraq göstərib və məsafədən zondlama mütəxəssisi kimi hər iki sahəni birləşdirib. 2005-ci ildən San-Antonio Universitetində doktorantura pilləsi üzrə tədqiqatlarına başlayıb. Oradakı fəaliyyəti zamanı NASA Qoddard Kosmik Uçuşlar Mərkəzində çalışanlar da daxil olmaqla, ABŞ-nin və digər ölkələrin əsas alim və qurumları ilə yaxından tanış olub. Antarktikada məsafədən zondlama tədqiqatları ilə maraqlanan Özsoy, Antarktikaya getmək və ilk dəfə qitənin dəniz buzunu və mənzərəsini görmək, hiss etmək, qoxlamaq, eşitmək və dadmaq üçün buzqıran gəmiyə minmək fürsətini səbirsizliklə gözləyən Özsoy 2006-cı ildə o, Antarktikaya yola düşüb. Bu təcrübələrindən yola çıxaraq, doktorluq dissertasiyasında Antarktika dəniz buzunun məsafədən zondlanması sahəsindəki elmi boşluğu doldurub. 2007-ci ildə San-Antonio Universitetində Amerika Fotoqrammetriya və Məsafədən Zondlama Cəmiyyətinin (ASPRS) bölməsini təsis edib.
Karyerası thumb|right|Burcu Özsoy 2016-cı il Türkiyə Antarktida Tədqiqat Ekspedisiyası zamanı. Doktorantura dissertasiyasında o, fənlərarası əlaqənin və müxtəlif elmi bilik səviyyələri arasındakı ünsiyyətin, insanların iqlim dəyişikliyi sahəsindəki yeni nəticələri, ünlü profesörlere nəzəriyyə və təhlükələri anlamasında əsas amil olduğunu müəyyən etmişdir. Bu səbəbdən, 2011-ci ildə Türkiyəyə döndükdən sonra, ölkədə qütb araşdırmalarının əhəmiyyətini artırmaq məqsədilə birinci sinif şagirdlərindən tutmuş tanınmış professorlara və ən yüksək siyasi səviyyələrə qədər hər kəsin köhnəlmiş baxışlarına qarşı çıxmış və bu istiqamətdə işlər görmüşdür. Onun bu mühüm addımları həm də Qütb bölgələrinin əhəmiyyəti barədə ictimaiyyətin maarifləndirilməsini təmin etmişdir. O, bir çox tələbəyə iqlim dəyişikliyi mövzusunda dərs deməklə yanaşı, Türkiyədə ilk dəfə bu sahə ilə bağlı araşdırmalar da aparmışdır. Hazırda Burcu Özsoy, Türkiyədəki bütün qütb elmləri üzrə məsul qurum olan İstanbul Texniki Universiteti Qütb Araşdırmaları Tətbiq və Araşdırma Mərkəzinin (İTÜ PolReC) təsisçisi və müdiridir. 2016-cı ilin mart-aprel aylarında Türk araşdırma bazası ilə Antarktika tədqiqatlarına töhfə vermək üçün Antarktidaya geri döndü. Ayrıca keşifte görev alan iki kadından biriydi ve Türk kadınlarının her şeyi başarabileceğini gösterdiğini açıkladı. O, həmçinin ekspedisiyada iştirak edən iki qadından biri idi. Səfər zamanı üzərində işlədiyi layihələrdən biri iqlim dəyişikliyini əhatə edirdi. Bundan əlavə, Beynəlxalq Qütb Rəsədxanası Elmi Şurasının da üzvü idi. Ayrıca Uluslararası Kutup Gözlemevi Bilim Kuruluna da dahil edildi. Türkiyə Respublikası Prezident Administrasiyasının himayəsi, Sənaye və Texnologiya Nazirliyi və İstanbul Texniki Universiteti Qütb Araşdırmaları Tətbiq-Araşdırma Mərkəzinin koordinatorluğu ilə birinci, ikinci və üçüncü Türk Antarktika ekspedisiyalarına rəhbərlik edib.
Burcu Özsoy hazırda TÜBİTAK Mərmərə Araşdırma Mərkəzinin rəhbəri vəzifəsini icra edir.
Mükafatları 10 noyabr 2006-cı ildə ASPRS-MAPPS Payız 2006 Konfransında "Antarktidanın Ross Bölgəsindəki dəniz buzunda qar dərinliyinin dəyişkənliyi" adlı məruzəsi ilə Tələbə Məqalələri/Təqdimatları kateqoriyasında ikinci yeri tutub. 16 noyabr 2007-ci ildə ASPRS-in UTSA bölməsi və LRSG, San-Antonio GIS Günü – Tələbə Günündə yüzlərlə San-Antonio məktəblisinə geo-fəza ilə əlaqəli işlərini təqdim etdilər. Bu fəaliyyətə doktorant Burcu Özsoy, Nevfel Mazari və Penni Vaqnerin köməkliyi ilə rəhbərlik etdi. Burcu Özsoy Antarktida dəniz buzu və Erebus vulkanı ilə bağlı tədqiqatlarına görə "GeoEye" Fondu tərəfindən üç IKONOS görüntüsü ilə mükafatlandırılıb. 19 noyabr 2009-cu ildə ASPRS / MAPPS Payız Konfransında "Antarktida dəniz buzlarının gəmi müşahidələri ilə Bellinshauzen dənizindəki aktiv və passiv mikrodalğalı peyk müşahidələrinin müqayisəsi" adlı təqdimatı ilə ASPRS Orta-Cənub Tələbə Mükafatında birinci yeri qazanıb. 2014-cü ildə Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurasının mükafatına layiq görülüb.
İstinadlar
Xarici keçidlər
Burcu Özsoy (İstanbul Teknik Üniversitesi) Burcu Özsoy (Google Scholar)
Kateqoriya:Türkiyə alimləri