Marianna Şmidl (; ) — Avstriyalı etnoloq, müəllim, kitabxanaçı, sənət kolleksiyaçısı və holokost qurbanı. O, Vyana Universitetində etnologiya sahəsində doktorluq dərəcəsi alan ilk qadın olub.
Həyatı 250px|thumb|right|"İzar çayı kənarında" (An der Isar) — Fridrix Olivyenin 1844-cü ilə aid rəsmi, Münxendəki Lenbaxhaus muzeyi tərəfindən Marianna Şmidlin varislərinə qaytarılmış əsəri. Marianna Şmidlin anası Mariya Elizabet Luiza Fridman (1858–1934) Münxendə yaşayıb. O, yazıçı Paul Heyzenin yanında işləyib. Şmidlin ulu babası Yulius Şnorr fon Karolsfeldin yaxın dostu olan rəssam Fridrix fon Olivye, ulu əmiləri isə hər biri yaradıcılıqla məşğul olan qardaşlar Heynrix Olivye və Ferdinand Olivye idi. Onun atası, yəhudi mənşəli Yozef Bernhard Şmidl (1852–1916) Vyanadan olan məhkəmə vəkili və sosial-demokrat idi. Fridman ailəsi tərəfindən kəskin şəkildə rədd edilən bu evlilikdən az əvvəl, 23 iyul 1889-cu ildə o, protestantlığı qəbul etmişdi. Atasının yəhudi mənşəli olması nasistlər hakimiyyətə gəldikdə Şmidl üçün taleyüklü olacaqdı. Marianna ailənin yay evinin olduğu Berxtesqadendə doğulmuş iki bacının böyüyü idi. Bununla belə, o, Vyanada böyümüş və o dövrün qızları üçün mümkün olan ən yaxşı təhsili alıb. 1905–1909-cu illərdə pedaqoq və salon sahibi Evgeniya Şvartsvaldın mütərəqqi "Qara Meşə Məktəbi"ndə (Black Forest School) təhsil alıb.
1910-cu ildən Şmidl Vyana Universitetində riyaziyyat və nəzəri fizika üzrə təhsil almağa başladı. Lakin 1913–1914-cü illərin qış semestrində o, əsas ixtisas kimi etnologiyanı, köməkçi ixtisaslar kimi isə antropologiya və tarixdənəvvəlki arxeologiyanı seçdi. Bundan az əvvəl o, Avstriya Folklor Assosiasiyasına qoşularaq və "Umhauzendə kətan yetişdirilməsi və emalı" mövzusu ilə ilk dəfə folklor sahəsində elmi iş yazıb. Mixael Haberlandt və Rudolf Pöx onun müəllimləri arasında idi. 1916-cı ildə o, doktorluq dərəcəsi alan ilk qadın oldu.
Fəaliyyəti Marianna Şmidl əvvəlcə Berlin Etnologiya Muzeyində çalışıb. 1917-ci ilin payızından etibarən o, Ştutqartdakı Linden Muzeyində Teodor Kox-Grünberqin rəhbərliyi altında "Afrika məsələləri üzrə assistent" kimi fəaliyyət göstərib. Veymardakı Böyük Hersoqluq İncəsənət və Tətbiqi Sənət Muzeyindəki qısa fəaliyyətindən sonra Marianna Şmidl uzun müddət müvafiq iş tapa bilməyib. Mixael Haberlandt sonralar "qadın və yəhudi olmaq kimi iki xüsusiyyətin etnologiya sahəsində vəzifə tutmağa maneə olub-olmadığını" aydınlaşdırıb. 1921-ci ilin martından o, Avstriya Milli Kitabxanasında çalışmağa başlayıb, 1924-cü ildən isə antropologiya, təbiət elmləri, riyaziyyat və tibb üzrə mühazirəçi kimi daimi dövlət qulluqçusu statusu alıb. Bununla yanaşı, o, Afrika mədəniyyət tarixi sahəsində, xüsusilə səbəttoxuma sənəti üzrə ixtisaslaşaraq elmi tədqiqatlarını davam etdirib. 1926-cı ildən etibarən Vyana Etnoqrafiya Muzeyində (Museum für Völkerkunde) Leypsiqdəki Saksoniya Etnologiya Elmi-Tədqiqat İnstitutu tərəfindən maliyyələşdirilən Afrika sənətkarlığı üzrə tədqiqat layihəsində çalışıb. Bu müddət ərzində o, İsveçrə, Fransa, İngiltərə, Belçika, Almaniya və İtaliyadakı etnoqrafiya muzeylərində araşdırmalar aparıb və çoxsaylı elmi əsərlər nəşr etdirib. Nasist təqibləri və deportasiya 1938-ci ildə Avstriyanın Üçüncü Reyx tərəfindən Anşluss edilməsindən (ilhaqından) sonra, Marianna Şmidl özünü xristian hesab etməsinə baxmayaraq, atasının yəhudi mənşəli olması səbəbindən yəhudi elan edildi. O, işindən qovuldu və nasistlərin yəhudilərin mülkiyyətini ələ keçirmək üçün tətbiq etdikləri xüsusi vergilər nəticəsində yoxsulluğa sürükləndi. Şmidl ailəsinə məxsus sənət əsərlərini satmağa məcbur qaldı, lakin ölkədən qaçmağı bacarmadı. 1942-ci ilin aprelində o, Polşadakı İzbitsa gettosuna, oradan isə ehtimal ki, Beljets və ya Sobibor həbs düşərgələrinə göndərildi.
Ondan sonuncu dəfə 1942-ci ilin mayında xəbər alınıb. Ölümünün şəraiti və dəqiq tarixi məlum deyil. O, yalnız 1950-ci ilin mayında rəsmən ölmüş elan edildi.
Sənət kolleksiyası və onun qaytarılması Marianna Şmidl hazırda nəinki Avstriyanın etnologiya üzrə ilk fəlsəfə doktoru kimi, həm də 1998-ci il Vaşinqton Konfransında formullaşdırılmış qarət edilmiş sənət əsərlərinin restitusiyası prinsipləri çərçivəsində — Olivye qardaşlarının və Yulius Şnorr fon Karolsfeldin bir çox rəsmlərinin ilkin sahibi kimi xatırlanır. Anasının 1934-cü ildə vəfatından sonra o, Olivye qardaşları və Şnorr fon Karolsfeldin rəsmlərindən ibarət bütün ailə kolleksiyasını miras almışdı. 1938-ci ildə Avstriyanın Anşlüsündən sonra Şmidl, nasistlərin xüsusi vergilər tətbiq etdiyi sənət kolleksiyası üçün 30 sentyabr 1938-ci ildə mülkiyyət bəyannaməsi verməyə məcbur edildi. Yəhudilər üçün nəzərdə tutulan xüsusi vergilər, tədqiqatları üçün ayrılmış maliyyənin geri ödənilməsi tələbi və azaldılmış maaş Mariya Şmidli rəsm kolleksiyasını satmaqdan başqa çıxış yolu qoymadı.
Onun yəhudi olmayan yeznəsi Karl Volf, həmin kolleksiyanı Vyana kolleksiyaçısı Kristian Nebehayın yanına gətirdi, o isə öz növbəsində əsərləri Leypsiqdəki "C. G. Boerner" hərrac evinə göndərdi. 28 aprel 1939-cu ildə Şmidlə məxsus 19 vərəq (rəsm) anonim şəkildə "W Kolleksiyası" (bu gün "Volf Kolleksiyası" kimi müəyyən edilib) adı altında hərraca çıxarıldı. Vyanadakı Albertina muzeyi 2013-cü ildə Fridrix Olivyenin 8 rəsmini ailənin varislərinə geri qaytardı (restitusiya etdi). 2014-cü ildə Berlindəki Misgərlik Kabinetindən (Kupferstichkabinett) Olivyenin daha iki rəsmi, 2015-ci ildə isə Drezdendəki Misgərlik Kabinetindən iki vərəq geri qaytarıldı. 2016-cı ildə Şmidl tərəfindən 1939-cu ildə Avstriyada məcburi şəkildə satılan "Büzüşmüş yarpaqlı budaq" əsəri Milli Sənət Qalereyası (NGA) tərəfindən geri verildi. NGA bu rəsmi Volfqanq Ratyen kolleksiyasının tərkibində əldə etmişdi.
2019-cu ildə Münxendəki Lenbaxhausdan Fridrixə məxsus bir, Ferdinanda məxsus isə digər rəsm vərəsələrə geri qaytarıldı.
Seçilmiş əsərləri 1913 Flachs-Bau und Flachs-Bereitung in Umhausen. In: Zeitschrift für Österreichische Volkskunde. Band 19, 1913, S. 122–125. 1915 Zahl und Zählen in Afrika. In: Mitteilungen der Anthropologischen Gesellschaft in Wien, Band 45, 1915, S. 166–209. This work (her dissertation) was fundamental to a new approach, which considered mathematics as a universal science, independent of culture and society. She stated that there are rather completely different types and expressions of counting and calculating. 1928 Altägyptische Techniken an afrikanischen Spiralwulstkörben. In: :de:Festschrift für Wilhelm Schmidt, (SVD), S. 645–654. 1935 Die Grundlagen der Nilotenkultur. In: Mitteilungen der Anthropologischen Gesellschaft in Wien. Band 65, 1935, S. 86–125. (The last essay she published) 2005 (Posthum) Afrikanische Spiralwulstkörbe. In: Katja Geisenhainer: Maria Schmidl (1890–1942), Leipzig 2005, S. 265–339.
İstinadlar
Ədəbiyyat Susanne Blumesberger: Verlorenes Wissen. Ein gewaltsam abgebrochener Lebenslauf am Beispiel von Marianne Schmidl. In: Helmut W. Lang (Hrsg.): Mirabilia artium librorum recreant te tuosque ebriant. Phoibos, Wien 2001, , S. 9–19. Doris Byer: Marianne Schmidl. In: Brigitta Keintzel, :en:Ilse Korotin (Hrsg.): Wissenschafterinnen in und aus Österreich. Leben – Werk – Wirken. Böhlau, Wien/Köln/Weimar 2002, , S. 655–658. Katja Geisenhainer: Marianne Schmidl (1890–1942). In: Zeitschrift für Ethnologie. Band 127, 2002, S. 269–300. Katja Geisenhainer: Marianne Schmidl (1890–1942). Das unvollendete Leben und Werk einer Ethnologin. Universitätsverlag, Leipzig 2005, (enthält auch Schmidls unvollendet gebliebene Arbeit über afrikanische Spiralwulstkörbe). Katja Geisenhainer: Jüdische Lebenslinien in der Wiener Völkerkunde vor 1938: Das Beispiel Marianne Schmidl, in: :en:Andre Gingrich; Peter Rohrbacher (Hg.), Völkerkunde zur NS-Zeit aus Wien (1938–1945): Institutionen, Biographien und Praktiken in Netzwerken (Phil.-hist. Kl., Sitzungsberichte 913; Veröffentlichungen zur Sozialanthropologie 27/1). Wien: Verlag der ÖAW 2021, S. 153–206. doi:10.1553/978OEAW86700 Katja Geisenhainer: Verfolgung, Deportation und Ermordung: Die letzten Lebensjahre von Marianne Schmidl, in: Andre Gingrich; Peter Rohrbacher (Hg.), Völkerkunde zur NS-Zeit aus Wien (1938–1945): Institutionen, Biographien und Praktiken in Netzwerken (Phil.-hist. Kl., Sitzungsberichte 913; Veröffentlichungen zur Sozialanthropologie 27/3). Wien: Verlag der ÖAW 2021, S. 1553–1582. :en:doi:10.1553/978OEAW86700 Ilse Korotin: „[...] vorbehaltlich eines jederzeit zulässigen Widerrufes genehmigt“. Ausgrenzung und Verfolgung jüdischer Wissenschafterinnen und Bibliothekarinnen. In: Österreichische Bibliothekarinnen auf der Flucht. Verfolgt, verdrängt, vergessen? Praesens, Wien 2007, , S. 103–126.
Xarici keçidlər Blogbeitrag des Lenbachhauses zu Marianne Schmidl Österreichisches Biographisches Lexikon – Schmidl (Schmiedl), (Theresie) Marianne (1890-vor dem 9.5. 1945), Völkerkundlerin und Bibliothekarin