Yevlax şivələri — Azərbaycan dilinin dialektlərindən biri olub, Böyük Qafqazın cənub-şərqi ilə Kiçik Qafqaz arasında yerləşən Kür-Araz ovalığının şimal-qərb hissəsində yayılmışdır. Bu şivə əsasən Yevlax rayonu və ətraf bölgələrdə işlədilir.Həsənova, Nigar. Yevlax şivələrinin leksikası. Bakı: “Elm və təhsil”, 2014.
thumb|300px|Yevlax şəhərindən görünüş
Leksik xüsusiyyətləri Yevlax şivələri zəngin leksik xüsusiyyətləri ilə seçilir. Bu şivəyə aid bəzi sözlər:
aladərən — kətmən alamançı — oğru, quldur ayqul — laqeyd birheydi — uşaq oyunu adı civ — iynə-sap qutusu davrımax — 1. boylanmaq, 2. özünü itirmək dəllə — bıçaq helli — sulu qavazaxlammax — qabarmaq, şişmək lort olmax — sıradan çıxmaq süm — tamam lüən — məhsulun yetişdiyi vaxt şalaxlamax — qocalmaq, əldən düşmək ziyvax — zəif
Tarixi Yevlax rayonu 1935-ci ildə yaradılmışdır. 1963-cü ildə ləğv edilərək ərazisi Ağdaş, Bərdə və Goranboy rayonlarına verilmiş, 1965-ci ildə yenidən bərpa olunmuşdur.
Yevlaxın qədim tarixə malik olduğunu Aşağı Salamabad kəndi ərazisində aşkar edilmiş Ərəş mahalının qala divarları sübut edir. Orta əsrlərdə mövcud olmuş Ərəş şəhəri Böyük İpək yolu üzərində yerləşmişdir. Ehtimal edilir ki, şəhər Kür çayının daşması nəticəsində məhv olmuşdur.
Varvara kəndi yaxınlığında yerləşən “Gözətçi qalası”nın xarabalıqları, Malbinəsi kəndində aşkar edilmiş küp qəbristanlığı və Kövər kəndi yaxınlığında yerləşən küp qəbirlər bu ərazilərin qədim yaşayış məskəni olduğunu göstərir.
Etimologiyası Yevlax adı qədim toponimlərdəndir. Mahmud Kaşğari Divanü lüğat-it-türk əsərində yavlak sözünün “pis, yava, dəyərsiz” mənalarında işləndiyini qeyd etmişdir.Kaşğari, Mahmud. Divanü lüğat-it-türk. XI əsr.
Toponimin bataqlıq və qamışlıq ərazilərlə bağlı olması onun təbii-coğrafi şəraiti ilə əlaqədardır və qədimliyini göstərir.
Əhalisi Əhalinin əsas hissəsini azərbaycanlılar təşkil edir. Bununla yanaşı, ərazidə Qarabağ və Qərbi Azərbaycan bölgələrindən olan qaçqın və məcburi köçkünlər də məskunlaşmışdır.
Həmçinin bax Azərbaycan dilinin dialektləri Qarabağ dialekti Şəki dialekti
İstinadlar
Xarici keçidlər Azərbaycan Vikipediyası
Vikiməlumat
Kateqoriya:Yevlax rayonu Kateqoriya:Azərbaycanın dilinin qərb dialekti