thumb|right|Nizami küçəsindəki Mələkli evin üzərindəki puttilər thumb|Renessans puttiləri, Camera degli Sposi, Andrea Mantenya Putto (və ya cəm formada putti) — incəsənət əsərində təsvir olunan dolu bədənli oğlan uşaq fiquru. O, adətən çılpaq və çox vaxt qanadlı olur. Əvvəlcə simvolikada dünyəvi ehtiraslarla məhdudlaşan putto,Dempsey, Charles. Inventing the Renaissance Putto. University of North Carolina Press, Chapel Hill and London, 2001. sonradan dini incəsənətdə tez-tez xeruv adlandırılan bir növ körpə mələyi təmsil etməyə başladı, halbuki ənənəvi xristian teologiyasında kerub əslində ən yüksək dərəcəli mələk növlərindən biridir.
Eyni fiqurlar klassik mifologiyanın təsvirlərində də görünürdü və getdikcə ümumi dekorativ incəsənətdə də geniş yayılırdı. Barokko incəsənətində putto Tanrının hər yerdə mövcudluğunu təmsil etməyə başlamışdı. Amur kimi təsvir olunan putto həm də amorino (cəm: amorini) və ya amoretto (cəm: amoretti) adlanır.
Etimologiya Daha çox rast gəlinən forma olan putti, italyanca putto sözünün cəmidir. İtalyanca söz latınca putus sözündən gəlir və "oğlan" və ya "uşaq" mənasını verir. Bu gün italyan dilində putto ya qanadlı körpə mələk, ya da nadir hallarda körpə oğlan deməkdir. Bu sözün sanskrit dilindəki "putra" ("oğlan uşaq", "oğul"dan fərqli olaraq) sözü ilə eyni hind-avropa kökündən törədiyi güman edilir. Həmçinin avesta dilində puθra-, qədim fars dilində puça-, pəhləvi (orta fars) dilində pus və pusar, hamısı "oğul" mənasını verir, eləcə də yeni fars dilində pesar "oğlan, oğul" deməkdir.
İstinadlar
Kateqoriya:Barokko Kateqoriya:İntibah incəsənəti Kateqoriya:İtalyan dilində sözlər və ifadələr Kateqoriya:Kupidon Kateqoriya:Mələklər incəsənətdə Kateqoriya:Vizual motivlər