"Qırmızı başınağacı" () — 1973-cü ildəХудожественный фильм «Калина красная» (СССР, драма, 1973 год). Информация о фильме. — ВИДЕО. Смотреть фильм после 4K, выполненной киноконцерном «Мосфильм» в 2019 году. "Mosfilm" kinokonserninin rəsmi saytı // mosfilm.ru. Дата обращения: 27 января 2021 года. “Mosfilm” kinostudiyasında rejissor Vasili Şukşin tərəfindən özünün eyniadlı povesti əsasında çəkilmiş tammetrajlı rəngli bədii dram filmi. Şukşinin sonuncu rejissor işidir.

Filmin premyerası 1974-cü ilin yazında Bakıda Ümumittifaq kinofestivalında keçirilib. Kinolent Sovet İttifaqı ekranlarına 25 mart 1974-cü ildə çıxmışdır.«Калина красная» (Soviet Union, 1974). Release Info. // IMDb Film 62,5 milyonluq tamaşaçı auditoriyası ilə 1974-cü il üzrə sovet kinoprokatının tam lideri olmuşdu.Лучшая кинокартина Василия Шукшина: 50 лет фильму «Калина красная» . — СБ. Беларусь сегодня, 5 октября 2023 года.

Vasili Şukşinin çəkdiyi 6 film arasında rəngli kinolentə çəkilmiş yeganə filmdir.

2019-cu ildə "Mosfilm" kinokonserni filmin təsvir və səsinin 4K formatında rəqəmsal bərpasını həyata keçirərək yenidən yayıma buraxmışdır.

Məzmun

Təkrar həbs olunmuş oğru Yeqor Prokudin (Vasili Şukşin) məhkumluq müddətini başa vurub azadlığa çıxır. Koloniyadan sonra o, məktublaşdığı Lyuba Baykalovanın (Lidiya Fedoseyeva) yaşadığı Yasnoe kəndinə getməyə qərar verir. Əvvəlcə vilayət mərkəzində köhnə ortaqları olan Ləvərədodaq (Georgi Burkov), Buldoq (Artur Makarov) və Lüsyenlə (Tatyana Qavrilova) rastlaşır. Onu təzə işə cəlb etmək istəsələr də, Yeqor dincəlmək istəyir. Onların toplaşdığı yeri milis əməkdaşları mühasirəyə alırlar və Yeqor çətinliklə onlardan canını qurtara bilir. Yeqor Lyubanın yanına gedir. Qadın onu öz valideynlərilə tanış edir. Görüş rahat başa gəlmir, söhbətləri baş tutmur. Sonra Lyubanın qardaşı Pyotrla anlaşılmazlıq yaranır. Bütün kənd hələ keçmiş əyyaş əri Nikolayla tamamilə münasibətlərini kəsməmiş Lyubanın təzə tanışını müzakirə edir.

Yeqor qayıtmaya biləcəyi barədə xəbərdarlıq edərək Lyubanı tərk edir. Şəhərdə ortaqlarından külli miqdarda pul alıb ilk növbədə restorana yollanır. Yeqor ofisiantla (Lev Durov) razılığa gəlib azadlığa çıxmağını bayram etmək üçün kirayə mənzildə qonaqlıq təşkil edir və ora tanımadığı adamları dəvət edir. Yeqor bir müddət gəzib-dolanır, pul xərcləyir, lakin bu cür əhlikef həyat ona xoş gəlmir. O, Lyuba ilə görüşmək və Pyotrla barışmaq üçün Yasnoeyə qayıdır. Sonra kolxozda sürücü kimi işə düzəlir və həmişəlik kənddə məskunlaşmaq istəyir.

Yeqor işdən icazə alıb Lyuba ilə birlikdə qarı Kudelixaya (Ofimiya Bıstrova) baş çəkməyə gedir. Söhbətdən sonra Yeqor göz yaşları içində Lyubaya etiraf edir ki, qarı onun gənclik illərindən bəri görmədiyi anasıdır. O, qayıdıb hər şeyi danışmaq üçün qərara gələ bilmir. Sonra Yeqorla Lyubanın keçmiş əri Nikolay arasında ağır söhbət baş tutur. Bir müddət sonra Yeqorun evində və valideynlərinin yanında iştirak etdiyi keçmiş dəstənin üzvləri peyda olurlar. Yeqor cinayət aləminə qayıtmaqdan boyun qaçırır və işi başqalarına tapşırmalarını xahiş edir. Yeqor traktoruna əyləşir və əkin-biçinə hazırlaşır. Bu vaxt sahənin kənarında bir "Volqa" avtomobili, onun yanında isə dəstə üzvlərini görür. Onların gəlişindən xəbər tutan Lyuba qardaşından kömək istəyir. Sahəyə çatanda onlar Yeqoru yaralı halda tapırlar. Yeqor vəfat edir.

Cinayətkarlar kəndi tərk etməyə hazırlaşarkən Pyotr yük maşınında gələrək onları (Lüsyendən başqa) suya qərq edir. Özü də yük maşınında çaya yıxılır, lakin sağ qalır.

Filmin heyəti

Film üzərində işləyənlər Ssenari müəllifi: Vasili Şukşin Rejissor: Vasili Şukşin Operator: Anatoli Zaboloski Rəssam: İppolit Novoderyojkin Bəstəkar: Pavel Çekalov Səs operatoru: Viktor Belyarov Dirijor: İvan Şpiller Montaj: Y. Mixaylova Qrim: İ. Baykova Geyim rəssamı: A. Dokuçayeva Məsləhətçi: Fyodor Kuznesov (daxili işlər generalı) İkinci operator: A. Bobrov Redaktor: İ. Sergiyevskaya Rejissor assistenti: V. Seleznyov, A. Şakin Operator assistenti: L. Şteyn İşıq ustası: A. Paxomov Filmin direktoru: German Krılov

Rollarda Lidiya Fedoseyeva — Lyubov (Lyuba) Fyodorovna Baykalova Vasili Şukşin — Yeqor (Georgi Nikolayeviç) Prokudin İvan Rıjov — Fyodor Baykalov, Lyubanın atası Mariya Skvorsova — Lyubanın anası Aleksey Vanin — Pyotr Baykalov, Lyubanın qardaşı Mariya Vinoqradova — Zoya, Pyotrun arvadı Ofimiya Bıstrova — Kudelixa, Yeqorun anasıВедущий и продюсер: Иван Усачёв. ВИДЕО. Телевизионная документальная программа «Тайны нашего кино». «Калина красная» (Россия, ООО «Студия Ивана Усачёва», 2015 год). Официальный сайт телекомпании «ТВ Центр» // tvc.ru (11 августа 2015 года) Janna Proxorenko — Lidiya Viktorovna Qameltova, prokurorluq işçisi Lev Durov — Sergey Mixayloviç, ofisiant Aleksandr Qorbenko — Kolya, Lyubanın keçmiş əri Nikolay Qrabbe — koloniya rəisi Nikolya Poqodin — Andreyiç, sovxoz direktoru Georgi Burkov — Ləvərədodaq Tatyana Qavrilova — Lüsyen Artur Makarov — Buldoq Oleq Korçikov — Şurka

Epizodlarda Natalya Qvozdikova — telefonçu qız Tatyana Uxarova — Lyubanın ən yaxın rəfiqəsi İya Arepina — Yeqorun bacısı Aleksandr Saransev — Saşa, Baykalovların qonağı Alla Meşşeryakova — qonaq (titrlərdə yoxdur) Natalya Kraçkovskaya — qonaq (titrlərdə yoxdur) Boris Bityukov — qonaq (titrlərdə yoxdur) Marqarita Jarova — ofisiant qız (titrlərdə yoxdur)

Mükafatlar 1974 — "Sovetski ekran" jurnalının versiyasına görə İlin ən yaxşı filmi; İlin ən yaxşı aktyoru — Vasili Şukşin. 1974 — Bakıda keçirilən VII Ümumittifaq Kinofestivalının baş mükafatı. 1974 — Polşa Xalq Respublikasında nümayiş etdirilmiş Ən yaxşı xarici filmə görə Polşa kinotənqidçilərinin "Varşava sirenası" mükafatı.

Filmin bərpası 2019-cu ildə "Mosfilm" filmin 4K formatında rəqəmsal bərpasını həyata keçirib.

İstinadlar

Mənbələr Герасимов С. Правда жизни (Худож. фильм « Калина красная») // Советская культура, 9 апреля 1974

Xarici keçidlər Художественный фильм «Калина красная» (СССР, драма, 1973 год). Информация о фильме. — ВИДЕО. Смотреть фильм после цифровой реставрации в формате 4К, выполненной киноконцерном «Мосфильм» в 2019 году. "Mosfilm" kinokonserninin rəsmi saytı // mosfilm.ru. ВИДЕО. Художественный фильм «Калина красная» (СССР, драма, 1973 год). "Mosfilm" kinokonserninin onlayn kinoteatrının saytı // cinema.mosfilm.ru.

Kateqoriya:SSRİ filmləri Kateqoriya:"Mosfilm" filmləri Kateqoriya:Rusca filmlər Kateqoriya:1974-cü ilin filmləri Kateqoriya:SSRİ-nin dram filmləri Kateqoriya:Vasili Şukşinin filmləri