Məhəmməd Kallon () — Syerra Leone futbolçusu.
Karyerası Peşəkar karyerasına 1994-cü ildə qara qitədə başlayan Kallon 1995-ci ildə Avropaya üz tutaraq, İnter Milan klubu ilə anlaşıb, lakin heyətində gənc futbolçuya yer tapmayan milanlılar qarşıdakı dörd ildə onu İsveçrənin Luqano, İtaliyanın Boloniya, Cenoa və Kalyari klublarına icarəyə verib. 1999-cu ildən 2001-ci ilədək Reccina və Viçenzada oynadıqdan sonra İnterə dönüb. 2004-cü ilədək Milan klubunda çıxış edib və bu dəfə Fransaya üz tutub. 3 ildə Monakounun formasını geyindikdən sonra Səudiyyə Ərəbistanının Əl-İttihad, Yunanıstanın AEK Afina və Birləşmiş Ərəb Əmirliklərinin Əl-Şahab klublarında çıxış edib. Bu ilin əvvəlində isə vətəni Syerra Leoneyə dönüb. 30 min dollara ölkəsində futbol klubu alıb və öz adını ona verib. Demək olar ki, karyerasını başa vuran, yalnız həvəskar səviyyədə oynayan Kallon 2004-cü ildə İtaliya Futbol Federasiyası tərəfindən cəzalandırılıb. Buna səbəb isə onun dopinq qəbul etməsi olub. Bu səbəbdən o, 8 ay futboldan kənarda qalıb.
İstinadlar
Kateqoriya:1983-cü ildə doğulanlar Kateqoriya:Cenoa FK futbolçuları Kateqoriya:İsveçrə Super Liqası futbolçuları Kateqoriya:Çin Super Liqası futbolçuları Kateqoriya:İtaliya A Seriyası futbolçuları Kateqoriya:Fransa Liqa 1 futbolçuları Kateqoriya:Yunanıstan Super Liqası futbolçuları Kateqoriya:Bolonya FK futbolçuları Kateqoriya:Kalyari FK futbolçuları Kateqoriya:İnter Milan FK futbolçuları Kateqoriya:Recina FK futbolçuları Kateqoriya:Futbolda dopinq halları Kateqoriya:Viçentsa FK futbolçuları Kateqoriya:Monako FK futbolçuları Kateqoriya:BƏƏ Pro Liqası futbolçuları Kateqoriya:İtaliya B Seriyası futbolçuları Kateqoriya:Səudiyyə Professional Liqası futbolçuları Kateqoriya:Yunanıstanda legioner futbolçular Kateqoriya:İsveçrədə legioner futbolçular Kateqoriya:Çində legioner futbolçular Kateqoriya:BƏƏ-də legioner futbolçular Kateqoriya:Futbol hücumçuları