Pınar İlkkaracan () — Türkiyəli həm psixoterapiya, həm də politologiya üzrə təhsil almış tədqiqatçı və insan haqları fəalı. Həyatı Pınar İlkkaracan iki qeyri-hökumət təşkilatının (QHT) həmtəsisçisidir: Qadının İnsan Hüquqları – Yeni Yollar (WWHR – NEW WAYS): Türkiyədə gender bərabərliyinə nail olmaq üçün müxtəlif uğurlu hüquqi islahatlara rəhbərlik edən qadın QHT-si. Cinsi və Cismani Hüquqlar Koalisiyası (CSBR): 14 müsəlman ölkəsindən olan aparıcı təşkilat və akademiklərin şəbəkəsi.
Pınar İlkkaracan"Müsəlman Cəmiyyətlərində Qadınlar və Cinsəllik" (ərəb və türk dillərinə tərcümə edilib) və "Yaxın Şərqdə Cinsəlliyin Dekonstruksiyası" (2008) kitablarının redaktoru, həmçinin bir çox məqalələrin müəllifidir.
O, qlobal səviyyədə qadın hüquqları sahəsindəki liderliyinə görə 2007-ci ildə Piter və Patrisiya Qruber Fondunun nüfuzlu "Qruber Qadın Hüquqları Mükafatı" ilə təltif edilib. İstinadlar
Xarici keçidlər Renate Kreile: Pinar Ilkkaracan. An Essay, in Länderbericht Türkei, by :en:Bundeszentrale für politische Bildung, BpB, Bonn 2012 pp. 323 - 327 (in German)
Kateqoriya:Türkiyə aktivistləri