Nika Kovaç (; ) — Sloveniyalı ictimai xadim, aktivist, antropoloq, sosioloq və mühazirəçi. O, Sloveniyada gender bərabərliyi, sosial ədalət və demokratik iştirakçılıq üzrə kampaniyaları ilə tanınan nüfuzlu hərəkat quruculuğu və vəkillik təşkilatı olan "8 Mart İnstitutu"nun təsisçi direktorudur. Həyatı Nika Kovaç Lyublyana Universitetində sosial və mədəni antropologiya üzrə magistr dərəcəsinə sahibdir. O, 2020-ci ildə "Obama Fondu Liderləri: Avropa" proqramına, daha sonra isə Kolumbiya Universitetində "Obama Təqaüdçüsü" proqramına seçilib.

2016-cı ildə Nika Kovaç, LGBT hüquqları sahəsindəki geriləmələrə cavab olaraq və Sloveniyada geniş spektrli sosial və gender bərabərsizliyi problemlərini həll etmək üçün bir platforma kimi "8 Mart İnstitutu"nu (Inštitut 8. marec) həmtəsisçi olub. Direktor kimi o, cinsi zorakılıq, reproduktiv hüquqlar və iqtisadi ədalətsizlik kimi məsələlərlə mübarizə aparmaq üçün institiutun hekayə danışma (storytelling), yerli təşkilatlanma və hüquqi vəkillik metodlarından istifadəsinə rəhbərlik edib.

Nika Kovaç və komandası Sloveniyada #jaztudi (#MeToo) kampaniyasını başladaraq cinsi zorakılıq ətrafındakı səssizliyi pozmuş və bu zorakılıqdan sağ çıxanların hüquqlarını müdafiə edib. Onun liderliyi altında İnstitut, Sloveniyada zorlamanın hüquqi tərifinin yenidən verilməsi və "bəli, bəli deməkdir" (razılıq əsaslı) standartının qəbul edilməsi ilə nəticələnən uğurlu kampaniyada əsas rol oynayıb.

O, fəaliyyətinə görə üzləşdiyi təhdid və təzyiqlər barədə açıq danışsa da, kollektiv fəaliyyətin və həmrəyliyin vacibliyini vurğulamağa davam edir. Əsas işləri Nika Kovaç ölkə əhəmiyyətli iki mühüm referendum kampaniyasını əlaqələndirib: 2021-ci ildə suyun özəlləşdirilməsi və çirkləndirilməsinə qarşı kampaniyaya rəhbərlik edib, 600.000-dən çox vətəndaşı səfərbər edərək təklif olunan qanunun böyük səs çoxluğu ilə rədd edilməsinə nail olub. 2022-ci ildə ictimai medianın müstəqilliyini müdafiə edən kampaniyaya rəhbərlik edib ki, bu da ümumi seçkilərdə rekord həddə – 71% seçici fəallığına töhfə verib.

O, həmçinin Avropa miqyasında reproduktiv hüquqları və abort imkanlarını müdafiə edən "Mənim Səsim, Mənim Seçimim" (My Voice, My Choice) kampaniyasının koordinatoru olub.

Nəşrləri və ictimai fəaliyyəti Nika Kovaç tarixi dəyişən qadınlar haqqında hekayələr toplusu olan "Pogumne punce" (Cəsur qızlar) və Sloveniyada abortla bağlı şahidlikləri və qərəzli fikirləri araşdıran "Moja odločitev" (Mənim seçimim) kitablarının müəllifidir. O, mütəmadi olaraq ictimaiyyət qarşısında çıxış edir və gəncləri, yazıçıları və fəalları bir araya gətirən "Itn." (və s.) adlı fəal yazı festivalının koordinatoru kimi fəaliyyət göstərib.

Mükafatları Nika Kovaç fəallığına görə bir çox mükafatlara layiq görülüb, o cümlədən: Sloveniyada İlin Qadını (2021, "Jana" jurnalı) "Vital Voices" Qlobal Liderlik Mükafatı (2024)

O, "MeToo" hərəkatını Sloveniyaya gətirməsi, həmçinin gender bərabərliyi və demokratik iştirakçılığın təşviqindəki rolu ilə geniş şəkildə tanınır.

İstinadlar

Kateqoriya:Feministlər