Məsih (HWV 56) — Georq Fridrix Hendel tərəfindən 1741-ci ildə yazılmış, üç hissəli ingilis dilli oratoriyadır. Əsər üç əsas hissədən ibarətdir və hər hissə özünəməxsus musiqi quruluşu və Bibliyadan götürülmüş mətn mənbələri əsasında təşkil olunmuşdur.

Məsih oratoriyası Oratoriyanın librettosu Çarlz Cennens tərəfindən yazılmış, əsasən Kral Ceymsin Bibliyasının Əhdi-Ətiq hissəsinə, bəzi psalmlarda isə Ümumi İbadət Kitabına istinad edilmişdir. Mətni şərh edərkən Cennes qeyd edir: "…Mətnin subyekti digər bütün subyektlərdən üstündür. Mətnin subyekti Məsihdir…"

Digər mənbələrlə əhatə olunması baxımından Məsih, Hendelin digər oratoriyalarından fərqlənir, bunun yerinə oratoriyada xristian Məsih təsvir olunur:

Struktur və qavram

Oratoriyanın strukturu liturgik il əsasında təşkil olunub; Birinci hissədə Advent, Milad və İsanın həyatı, ikinci hissədə Lent, Pasxa, Yüksəliş və Pentekost, üçüncü hissəədə kilsə ilinin tamamlanması, Məsihin dirilməsi və Cənnətdəki mövqeyi təsvir olunur. İstifadə olunmuş əsas mənbə Əhdi-Ətiq kitablarıdır. İsanın doğulması hadisəsi oratoriyada peyğəmbər Yesayanın (libretto üçün daha çox qəbul edilən mənbə olaraq) sözlərinə əsasən təsvir edilir. Bu səhnədə yalnız Çobanların müjdələnməsi səhnəsində Lukanın İncilinə istinad edilmişdir. Çobanlar və quzu səhnəsi oratoriyanın bir çox səhələrində görünür, məsələn: "O öz sürüsünü çoban kimi bəsləməlidir" ariyasında (yeganə uzun hissədir ki, İsanın yerdəki işlərindən danışırlır), İkinci hissənin açılışında ("Tanrının quzusuna nəzər yetir"), "Hamımız çobana bənzəyirik" xorunda və əsərin bağlanış xorunda ("Quzuya layiq"). Bəzən müxtlif Bibliya kitablarından olan məlumatlar bir səhnədə birləşdirilib, lakin əksərən birinci səhnədə — Xristian inancının elanı, ardıcıl üç hissə, reçitativ, ariya, xor — olduğu kimi, müxtəlif ardıcıl hissələr rabitəli mətn vasitəsiylə birləşdirilir.

Səhnələr Libretto müəllifi materialı hər biri müəyyən bir mövzuya həsr olunmuş səhnələr şəklində təşkil etmişdir. I Hissə "Məsihin gəlişi vasitəsilə bəşəriyyətin xilasına dair ilahi planın və onun gerçəkləşməsinin müjdəsi" Səhnə 1: "Yesayanın xilas haqqında peyğəmbərliyi" (2–4 nömrəli hissələr) Səhnə 2: "Məsihin gəlişi haqqında peyğəmbərlik və bunun dünya üçün nə ifadə etdiyi sualı" (5–7) Səhnə 3: "Bakirənin doğması peyğəmbərliyi" (8–12) Səhnə 4: "Mələklərin çobanlara görünməsi" (13–17) Səhnə 5: "İsa Məsihin yer üzündə xilasedici möcüzələri" (18–21) II Hissə "Məsihin qurbanı ilə xilasın gerçəkləşməsi, insanların bu təklifi rədd etməsi və Uca Qüdrətə qarşı çıxışlarının məğlubiyyəti" Səhnə 1: "Qurban, işgəncə və çarmıxdakı əzab" (22–30) Səhnə 2: "Ölüm, Cəhənnəmdən keçid və dirilmə" (31–32) Səhnə 3: "Səmaya yüksəliş" (33) Səhnə 4: "Allahın göylərdə Öz mahiyyətini açıqlaması" (34–35) Səhnə 5: "Pentekost, dillər möcüzəsi və təbliğatın başlanğıcı" (36–39) Səhnə 6: "Dünyanın və hökmdarların İncil mesajını rədd etməsi" (40–41) Səhnə 7: "Allahın triumfu" (42–44) III Hissə "Ölüm üzərində son qələbəyə görə şükür ilahisi" Səhnə 1: "Bədənin dirilməsi və Adəmin süqutundan xilas vədi" (45–46) (movements 45–46) Səhnə 2: "Qiyamət günü və ümumi dirilmə" (47–48) Səhnə 3: "Ölüm və günah üzərində qələbə" (49–52) Səhnə 4: "Məsihin qurbanının ucaldılması" (53)

Musiqi

Hendel Londonda Məsih oratoriyasını yazdığı zaman, artıq sevilən italyan dilli operaların müəllifi kimi məşhur idi, həmçinin ingilis dilli dini mətnlər əsasında 1713-cü ildə yazılmış "Utrext Te Deum və Yubilate" əsərinin və bir neçə oratoriyanın müəllifi idi. Məsih oratoriyasını da yazarkən o, eyni musiqi texnikasından istifadə etmişdir və bu texnika solo və xor ifasının növbələşməsinə əsaslanır. Çox az səhnələr duet və ya solo və xorun kombinasiyası şəklində yazılmışdır. Sololar tipik reçitativ və ariya kombinasiyasıdır. Ariyalar hava və ya nəğmə adlandırılır, onlardan bəziləri da capo formasına malikdir, lakin bəzən birinci hissə orta hissə arasında təkrarlanaraq maraqlı kontrast yaradır. Hendel, mətni çatdırmaq üçün formatdan azad istifadənin müxtəlif yollarını tapır. Reçitativ (Rec.) şəklində qeyd edilmiş üç "secco" hissəsi yalnız basso continuo ilə müşayiət olunur. "Accompagnato" (Acc.) şəklində qeyd edilmiş reçitativlər isə əlavə simli alətlər vasitəsiylə müşayiət olunur. Hendel həm solo, həm də xor hissələrdə dörd səsli sistemdən istifadə edir — soprano (S), alto (A), tenor (T) və bass (B). Yalnız bir yerdə xor aşağı və yuxarı olmaqla iki hissəyə bölünür və burada SATB başqa yolla qurulur. Orkestrın not düzümü sadədir: qoboylar, simlilər və basso continuo klavesin, violançel, viola və faqot. İki truba və litavr ikinci hissənin bağlanış xoru olan "Haleluya"da olduğu kimi, bəzi hissələrdə yüksəsk səs vurğularını qeyd etmək üçün istifadə edilir. Tanrının nitqini və Haleluya xorunda "Krallar Kralı"nın sözlərini qeyd etmək üçün Hendel uzun təkrarlanan notlarda cantus firmus istifadə edir.

Ümumi qeydlər

Aşağıdakı cədvəldə əsərin hissələri nömrələrlə göstərilmişdir. Məsihin hissələrinin nömrələnməsi üçün iki əsas sistem vardır: 1959-cu ilə aid tarixi Novello nəşri (əvvəlki nəşrlərə əsasən hazırlanmış 53 hissəli) və Hallische Händel-Ausgabe tərkibinə daxil olan Barenreiter nəşri. Müxtəlif hissələrdəki qısa reçitativlər nəzərə alınmasa, ümumilikdə əsər 47 hissədən ibarətdir. Aşağıdakı cədvəldə Novello nömrələri (Nov) birinci göstərilmişdir və hər hissənin qeydlər hissəsində individual Bärenreiter (Bär) nömrəsi də göstərilmişdir.

Qoboy və az halda trubaların istifadə olunduğu hissələrdə bass və ya simli açarın göstərilməsi ümumi mətnə təsir etmir. Açarların inkişafı və müxtəlif tempolar hər hissənin qeydlərində individual olaraq göstərilir. Hissələrin adları oriinal italyan dilində göstərilmişdir. Reçitativ və xor səhnə xüsusiyyətləri vurğulanmışdır.

I Hissə

Nov/Bär Başlıq Forma İngiliscə Bibliya mətni Qeydlər 1 Sinfoniya Səhnə 1 2 Təsəlli verin, təsəlli verin xalqıma, deyir sizin Allahınız Akk. T Yesaya, Yeni Çıxış 3 Hər vadi ucaldılacaq Ariya T 4 Və Rəbbin izzəti aşkar olunacaq Xor Səhnə 2 5 Belə deyir Qoşunların Rəbbi Axtardığınız Rəbb qəfil Öz məbədinə gələcək Akk. B Haqqey, məbədin şöhrəti Malaxiya, gələcək elçi 6 Onun gəliş gününə kim dözə bilərçünki o, təmizləyici alov kimidir Ariya A 7 O, Levi oğullarını təmizləyəcək Xor Səhnə 3 8 Budur, bir bakirə hamilə qalacaq Reç. A Yesaya, bakirə doğum, Matfey tərəfindən istinad edilmişdir 9 / 8 Ey Siona müjdə verən Qalx, parılda Ariya A Xor 10 / 9 Çünki qaranlıq yer üzünü bürüyəcək Akk. B 11 / 10 Qaranlıqda gəzən xalq Ariya B 12 / 11 Çünki bizə bir Uşaq doğuldu Xor Səhnə 4 13 / 12 Pifa Pastoral 14 Çobanlar çöldə qalırdılar Reç. S Lukanın İncili, Çobanların müjdələnməsi 15 / 13 Və Rəbbin mələyi onların qarşısında göründü Akk. S Və mələk onlara dedi Reç. S 16 / 14 Və birdən mələklə birlikdə böyük bir ordu peyda oldu Akk. S 17 / 15 Ucalarda Allaha izzət olsun Xor Səhnə 5 18 / 16 Sevin, ey Sion qızı Ariya S Zəkəriyyə, ilahi idarəçilik 19 O zaman korların gözləri açılacaq Reç. A Yeşaya, xilas peyğəmbərliyi 20 / 17 O, sürüsünü çoban kimi bəsləyəcək Yanına gəlin, ey zəhmət çəkənlər Duet A S Yeşaya, Çoban Matfey, Atanın tərifi 21 / 18 Onun boyunduruğu yüngüldür, yükü asandır Xor

II Hissə

No N / B Başlıq Forma İngiliscə Bibliya mətni Qeydlər Səhnə 1 22 / 19 Baxın, Allahın Quzusu Xor Vəftizçi İohannın şahidliyi 23 / 20 O, rədd edildi və insanların kədərli adamı oldu O, kürəyini onu vuranlara verdi Ariya A Əzab çəkən xidmətçi nəğmələri 4, 3 24 / 21 Şübhəsiz ki, O, bizim dərdlərimizi daşıdı və kədərlərimizi götürdü Xor Kədərlərin insanı, 4 davamı 25 / 22 Onun yaraları ilə biz şəfa tapdıq Xor 26 / 23 Hamımız qoyun kimi azdıq Xor 27 / 24 Onu görənlərin hamısı Ona lağ etdi Akk. T Psalm 22 28 / 25 O, Allaha güvəndi Xor 29 / 26 Sənin danlağın Onun qəlbini sındırdı Akk. T Psalm 69 30 / 27 Baxın və görün, belə bir kədər varmı Arioso T Ağılar kitabı Səhnə 2 31 / 28 O, dirilərin diyarından kəsildi Akk. T Kədərlərin insanı 32 / 29 Lakin Sən Onun ruhunu cəhənnəmdə qoymadın Ariya T Psalm 16 Səhnə 3 33 / 30 Başınızı qaldırın, ey qapılar Xor Psalm 24 Səhnə 4 34 O, mələklərdən hansına belə demişdir? Reç. T Yəhudilərə müraciət 35 / 31 Qoy Allahın bütün mələkləri Ona səcdə etsin Xor Səhnə 5 36 / 32 Sən ucalara qalxdın Ariya B (və ya A) Psalm 68 37 / 33 Rəbb söz verdi Xor 38 / 34 Onların ayaqları necə də gözəldir Duet AI AII Xor 39 / 35 Onların səsi bütün torpaqlara yayıldı Arioso T Psalm 19, Allahın izzəti Romalılara müraciət Səhnə 6 40 / 36 Millətlər niyə belə qəzəblə üsyan edir Ariya B Psalm 2 41 / 37 Gəlin onların bağlarını qıraq Xor 42 Göylərdə yaşayan Reç. T Səhnə 7 43 / 38 Onları dəmir çubuqla qıracaqsan Ariya T 44 / 39 Halleluya Xor Vəhy Kitabı

III Hissə

No N–B Başlıq Forma İngiliscə Bibliya mətni Qeydlər Səhnə 1 45 / 40 Bilirəm ki, Xilaskarım yaşayır Ariya S İyovun kitabı, Məsihi gözlənti 46 / 41 Çünki ölüm insan vasitəsilə gəldi Xor Pavel Ölülərin dirilməsi haqqında Səhnə 2 47 / 42 Baxın, sizə bir sirr açıqlayıram Akk. B Bədənin dirilməsi 48 / 43 Şəng səslənəcək və ölülər dirildiləcək Ariya B Səhnə 3 49 O zaman yerinə yetəcək Reç. A Ölüm üzərində qələbə 50 / 44 Ey ölüm, sənin sancın haradadır? Duet A T 51 / 45 Lakin Allaha şükürlər olsun Xor 52 / 46 Əgər Allah bizim tərəfimizdədirsə, kim bizə qarşı ola bilər Ariya S Pavelin Xilasın təminatı haqqında deyimi Səhnə 4 53 / 47 Qurban edilmiş Quzu layiqdir Xor Səmavi varlıqlar tərif edir Amin Xor Alternativ hissələr

Georq Fridrix Hendel əsəri konkret ifalar üçün bir neçə dəfə yenidən işləyib. Alternativ nömrələr Bärenreiter nəşrinə daxildir, Novello & Co nömrələri isə mötərizədə göstərilmişdir.

No. Başlıq Forma 6a. Onun gəliş gününə kim dözə bilər Ariya B Onun gəliş gününə kim dözə bilər Reç. A (15) 13a. Lakin bax, Rəbbin mələyi Arioso S (18) 16a. Sevin, ey Sion qızı Ariya S (19) O zaman korların gözləri açılacaq Reç. S (20) 17a. O, sürüsünü bəsləyəcək Ariya S (36) 32a. Sən ucalara qalxdın Ariya B (36) 32b. Sən ucalara qalxdın Ariya S (38) 34a. Onların ayaqları necə də gözəldir Ariya S (38) 34b. Onların ayaqları necə də gözəldir Ariya A (39) 35a. Onların səsi yayıldı Xor (43) Onları qıracaqsan Reç. T

İstinadlar

Xarici keçidlər

Georg Friedrich Händel / Messiah (1742) / A Sacred Oratorio / Words by Charles Jennens opera.stanford.edu George Frideric Handel (1685–1759) / Messiah Simon Heighes, for The Sixteen recording, 1997

Struktur Kateqoriya:1741-ci ildə yarananlar