Kanqyuy və ya Kanqha (, ) — eramızdan əvvəl IV və III əsrlərin kəsişməsindən gec olmayaraq meydana gəlmişЮ. А. Заднепровский Древние номады Центральной Азии. (Сборник статей)// СПб: 1997. 114 с." və eramızın IV əsrinə qədər mövcud olmuş Mavəraünnəhrdə qədim dövlətin adı. Bu dövlət iki-üç əsr ərzində regionda yueçjilərdən sonra ikinci ən qüdrətli qüvvəyə çevrilmişdir. Dövlətin əhalisini təşkil edən kanqyuyların () irandilli bir xalq olduğu məlumdur. Tarixi tədqiqatlara əsasən, kanqyuyların usunlar və digər qədim irandilli xalqlarla qohumluq əlaqələrinin olduğu ehtimal edilir. Coğrafi baxımdan Kanqyuy dövlətinin qərbində sarmat-alan tayfaları (Yantsay), şərqində, yəni Yeddisu bölgəsində usunlar qərarlaşmışdı. Cənubda Kanqyuy dövləti Fərqanə ilə həmsərhəd olmuşdur.

Coğrafiyası Kanqyuy dövləti Talas çayı ilə Çu çayının aşağı axınları arasındakı bölgəyə nəzarət etmiş, cənubda Şaş vilayətinə, şimalda isə Sırdəryanın aşağı axınlarına qədər uzanmışdır. Kanqyuy Daşkənd oazisindən Xarəzmə qədər Orta Asiya çaylararası ərazisində geniş sahələri əhatə etmişdir. Dövlətin mülkləri Sırdərya vadisində aşağı axınlardan Daşkəndə qədər cəmləşmiş, əsas torpaqları isə çayın orta axarı boyunca Sarısu və Çu çaylarına, həmçinin Ulutau dağlarına qədər yerləşmişdir.

Kanqyuylardan dövrümüzə qədər bir sıra oturaq məskənlər qalmışdır. Bunlar hazırda arxeoloqlar tərəfindən Cetıasar mədəniyyətinə aid edilir. Kanqyuy hökmdarının iqamətgahı Fərqanə vadisinin bir hissəsini əhatə edən Davan dövlətinin paytaxtı Erşi şəhərindən 900 km şimal-qərbdə yerləşən Bityan şəhərində qərarlaşmışdır.

Mədəniyyəti thumb|250px|Kanqyuy sikkəsi. sikkəsi. Hökmdar Vanvan Çaça (arxa tərəf) və Kanqyuy damğası.

Kanqyuyların yazı sistemi olaraq Soqd yazısından istifadə etdikləri məlumdur. Qədim Kültəpə şəhər məskənində aparılan qazıntılar zamanı eramızın III əsrindən əvvələ aid olan və üzərində Soqd yazıları həkk edilmiş gil lövhələr aşkar edilmişdir.Грене Ф., Новые свидетельства о Нахшабе и Кеше античного периода // Роль города Карши в истории мировой цивилизации. Ташкент-Карши, 2006, с.35 Kültəpə yazıları deşifrə edildikdən sonra onların əlifba sırası ilə düzülmüş, sətirvari və ideoqramları da özündə əks etdirən arami yazısı olduğu müəyyən edilmişdir. Bu yazı növü qədim İran dilinin şərq dialektlərindən birini əks etdirir. Paleoqrafik və linqvistik təhlillər Kültəpə yazılarının eramızın II əsri ilə III əsrinin əvvəllərinə aid olduğunu göstərmişdir ki, bu da "Qədim Soqd məktubları" adlandırılan nümunələrdən təxminən bir əsr daha qədimdir.Из истории открытия, дешифровки и интерпретации культобинского (кангюйского) письма

Kanqyuy sakinləri dəmir dövrünün texnologiyalarına dərindən bələd olmuşdur. Əhalinin həyatında ovçuluq və yarımköçəri maldarlıq mühüm yer tutmuş, qaramal, qoyun, at və keçi yetişdirilmişdir. Bununla yanaşı, bölgədə dəmyə və liman əkinçiliyi, eləcə də bostançılıq inkişaf etmişdir. Torpaq daş və sümükdən hazırlanmış kərkilər vasitəsilə becərilmişdir. Suvarma işlərində sadə irriqasiya üsullarından geniş istifadə olunmuşdur. Cetıasar rayonunda 40–50 metr uzunluğunda arxlar, kiçik kanallar, su anbarları və damba qalıqları aşkar edilmişdir.

Kanqyuy məskənləri əsasən çay və axmazların sahillərində salınmışdır. Onlarla yaşayış və təsərrüfat tikilisindən ibarət olan bu məskənlər qala divarları və su ilə doldurulmuş xəndəklərlə mühafizə olunmuşdur. Yaşayış məntəqələrinin tərkibinə memarlıq baxımından mürəkkəb saray kompleksləri və rəngarəng divar rəsmləri ilə bəzədilmiş monumental kərpic tikililər daxil idi. Ev sənətkarlığı sahəsində dəmirçilik, dulusçuluq, zərgərlik, daş və sümük işləməsi inkişaf etmişdir. Kanqyuylar Orta Asiya dövlətləri, Cənubi Qafqaz xalqları, Roma və Çin ilə ticarət əlaqələri saxlamışdılar. Qazıntılar zamanı yaşayış və təsərrüfat otaqlarında taxıl və bostan bitkilərinin saxlanması üçün nəzərdə tutulmuş çoxsaylı xumlar, dəndaşları və taxıl quyuları tapılmışdır.

Dövlətin ordusu ox-yay, nizə və qılıncla silahlanmış süvarilərdən təşkil olunmuşdur. VII əsrdə tərtib edilmiş "Szin şu" sülalə tarixində Kanqyuy dövləti belə təsvir edilmişdir:

Hökmdarlar Mənbələrdə Kanqyuy dövlətinin məlum hömdarlarından biri kimi Nəbinin (III əsr) adı qeyd olunmuşdur. Çin mənbələrinə istinadən, Kanqyuy dövlətində hökmdarların "Çao-vu" titulunu daşıdıqları bildirilir.Тревер К. В., Якубовский А. Ю., Воронец М. Э. История народов Узбекистана. Том I. — Ташкент: издательство АН УзССР, 1930. Репринт — : «Книга по требованию». стр. 106. Bu titulun, ehtimal ki, Kuşan dövrünə aid olan "yavuqa" sözündən törəmiş "yabqu" rütbəsi ilə eyniyyət təşkil etdiyi düşünülür.«Ябгу » — Казахстанская энциклопедия.

Buna baxmayaraq, bəzi tədqiqatçılar bu məlumatın doğruluğuna şübhə ilə yanaşırlar. Belə ki, hakim sülaləyə aid edilən bu adın yalnız "Bey şi" ("Vey şu") salnamələrində ortaya çıxdığı, krallıq haqqındakı ümumi məlumatların isə ziddiyyətli və ehtimal ki, müxtəlif mənbələrdən toplanmış kompiyalyativ xarakter daşıdığı qeyd olunur. Bu vəziyyət, təqdim olunan məlumatların məntiqi ardıcıllığı və dürüstlüyü məsələsini tez-tez elmi mübahisə obyektinə çevirmişdir.Лысенко, Н. Н. Асы-Аланы в Центральной Азии: Центральноазиатский аспект раннего этногенеза аллан. 2001. § 4. Кангюй и проблема юэчжи “Дома Чжаову”.

İstinadlar

Əlavə ədəbiyyat

Зуев Ю. А. Ранние тюрки: очерки истории и идеологии Алма-Ата. 2002. С. 50, 51. Яценко С. А., Авизова А. К, Торгоев А. И., Саипов А., Кулиш А. В., Китов Е. П., Рогожинский А. Е., Смагулов Е. А., Ержигитова А. А., Торежанова Н. Ж., Тур С. С., Иванов С. С. Археология и история кангюйского государства. Колл. монография. Шымкент: Типография «Әлем», — 2020. —216 с. — ISBN 978-9965-19-600-3 Hill, John E. (2009) Through the Jade Gate to Rome: A Study of the Silk Routes during the Later Han Dynasty, 1st to 2nd Centuries CE. BookSurge, Charleston, South Carolina. ISBN 978-1-4392-2134-1. Hill, John E. 2004. The Peoples of the West from the Weilüe 魏略 by Yu Huan 魚豢: A Third Century Chinese Account Composed between 239 and 265 CE. Draft annotated English translation. Liu, Xinru: Migration and Settlement of the Yuezhi-Kushan. Interaction and Interdependence of Nomadic and Sedentary Societies in: Journal of World History, 12 (No. 2) 2001, p. 261—292. See The Tarim Mummies: Ancient China and the Mystery of the Earliest Peoples from the West. J. P. Mallory and Victor H. Mair. Thames & Hudson. London. (2000), ISBN 0500051011

Xarici keçidlər Государство Кангюй Древний храм нашли археологи в Туркестанской области Древние золотые серьги нашли археологи в Туркестанской области В Казахстане обнаружена могила воина-номада в полном боевом вооружении Литературная газета Казахстана. Нурсан АЛИМБАЙ. ТАБЛИЧКИ ИЗ КУЛЬТОБЕ Kateqoriya:Orta Asiya tarixi Kateqoriya:Özbəkistan tarixi Kateqoriya:Qazaxıstan arxeologiyası Kateqoriya:V əsrdə ləğv olunmuş dövlətlər və ərazilər