Tapan — Azərbaycan Respublikasının Daşkəsən rayonunun Qabaqtəpə kənd inzibati ərazi dairəsində kənd.
Toponimikası Kəndi Rza Nəbi oğlu Tapan adlı şəxs saldığına görə belə adlanmışdır. Kəndin adı "qoyun saxlamaq üçün ətrafı qamışla, yaxud ağac şaxları ilə hasarlanmış üstü açıq yer, axıl" mənasındadır. Azərbaycan dilinin cənub-qərb dialekt və şivələrində "tapan" "qoyunları saxlamaq üçün qamışdan tikilmiş axıl" mənası daşıyır. Azərbaycanın müxtəlif ərazilərində "tapan" sözü ilə bağlı xeyli mikrotoponim (Qubadlı rayonunun Zilanlı və Yuxarı Mollu kəndləri yaxınlığında Tapan dərəsi, Cəbrayıl rayonunun Şahvəlli kəndində Tapan yeri, Laçın rayonunun Birinci Tığik kəndində Tapanlı dağı və s.) də qeydə alınmışdır. Gürcüstan Respublikasının Marneuli rayonununda da Tapan dərəsi mövcuddur.
Tarixi Kəndin digər yerli adı Arazbarıdır. Yerli məlumata görə, kənd XIX əsrdə Qazax mahalından gəlmiş Rza Nəbi oğlu Tapan adlı şəxs tərəfindən köhnə yurd yerində salınmışdır.
Tarixi abidələri Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.
Coğrafiyası və iqlimi Kənd Qabaqtəpəçayın (Şəmkirçayın qolu) sahilində, Qalaca dağının ətəyində yerləşir.
Əhalisi İl Daimi əhali Kişilər Qadınlar19993031601432009↘299↘158↘141
İqtisadiyyatı Əhalinin əsas məşğuliyyətini əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Mədəniyyəti Kənddə Tapan kənd klubu fəaliyyət göstərir.
Təhsil Kənddə Daşkəsən rayon Tapan kənd N. Məsimova adına ümumi orta məktəb fəaliyyət göstərir.
Din Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Səhiyyə Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
İstinadlar
Xarici keçidlər
Həmçinin bax
Kateqoriya:Daşkəsən rayonunun kəndləri Kateqoriya:Qabaqtəpə (Daşkəsən) kənd inzibati ərazi dairəsindəki yaşayış məntəqələri