Kollu — Azərbaycan Respublikasının Daşkəsən rayonunun Zinzahal kənd inzibati ərazi dairəsində kənd.

Toponimikası Kənd kolluq ərazidə bina edildiyi üçün belə adlandırılmışdır.

Tarixi Kəndin köhnə adı Köhnəqışlaq olmuşdur. Yaşayış məntəqəsini XIX əsrin sonunda Qarabağdan köçüb gəlmiş Məhərrəm adlı şəxs salmışdır. Hazırda kənddə məhərrəmli nəsli mövcuddur. Sonralar kənd əhalisi qərbə doğru 1–2 km. kəndin yerini dəyişmiş, əvvəlki yer isə Köhnəqışlaq adlanmışdır.

Coğrafiyası və iqlimi Kənd dağətəyi ərazidə yerləşir.

Əhalisi İl Daimi əhali Kişilər Qadınlar199911058522009↗111↗61↘50

İqtisadiyyatı Əhalinin əsas məşğuliyyətini əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.

Mədəniyyəti Kənddə Kollu kənd kitabxana filialı, Kollu kənd klubu fəaliyyət göstərir.

Təhsil Kənddə təhsil müəssisəsi mövcud deyil.

Din Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.

Səhiyyə Kənddə səhiyyə müəssisəsi mövcud deyil.

İstinadlar

Xarici keçidlər

Həmçinin bax

Kateqoriya:Daşkəsən rayonunun kəndləri Kateqoriya:Zinzahal kənd inzibati ərazi dairəsindəki yaşayış məntəqələri