Ərəbuşağı — Azərbaycan Respublikasının Ağsu rayonunun Ərəbuşağı kənd inzibati ərazi dairəsində kənd.
Tarixi Ağsu çayının sahilində, Şirvan düzündədir. Tədqiqatçılar yaşayış məntəqəsinin XIX əsrdə Cavad qəzasında maldarlıqla məşğul olmuş 58 ailədən ibarət ərəbuşağı adlı elin məskunlaşması nəticəsində yarandığını yazırlar. Etnotoponimdir"Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007, səh.264.
Coğrafiyası və iqlimi Ərəbuşağı kəndi Ağsu şəhərindən 3 km aralıda yerləşir.
Din Kənddə Ərəbuşağı kənd məscidi dini icması fəaliyyət göstərirMÜSƏLMAN DİNİ İCMALAR — 2014-cü ildə qeydiyyatdan keçənlər . scwra.gov.az.
İstinadlar
Kateqoriya:Ağsu rayonunun kəndləri