thumb|Vasabi üçün nəzərdə tutulmuş oroşiqane. – ənənəvi yapon sürtkəci. Daykon kimi məhsulların sürtkəcdən keçirilməsində istifadə olunur.

Xüsusiyyətlər Oroşiqane iti dişlərlə əhatə olunan dəlik sıralarından ibarət sürtgəcdir. Metal (alüminium, mis, qalay), taxta, bambuk, keramika və ya plastikdən hazırlanır. Sürtkəcdən keçirilən məhsulların lifləri parçalanır, inqrediyentlər daha xırda və daha asan həzm olunan hala gəlir. Əsasən daykonu sürtkəcdən keçirməkdə istifadə olunsa da, pendir, kök, sarımsaq, zəncəfil və limon qabığı kimi məhsulları sürtkəcdən keçirmək üçün də oroşiqanedən istifadə olunur.

Vasabini sürtkəcdən keçirmək üçün istifadə olunan oroşiqane növü samekava adlanır. Bu sürtkəc hinoki ağacına keçirilmiş köpəkbalığı və ya skat dərisindən hazırlanır. Bu sürtkəc hamar və kremvari teksturanın əldə olunmasına kömək edir. Bu sürtkəc əsasən suşi şefləri tərəfindən istifadə olunur.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Yaponiya mətbəx alətləri