Lük Montanyer () — fransız virusoloqu, Fəxri Legion Ordeninin Kavaleri və 2008-ci il Fiziologiya və ya Tibb üzrə Nobel Mükafatı laureatı idi. O, bu mükafatı Harald tsur Hauzen və Fransuaza Barre-Sinussi ilə bölüşmüşdür. O, Barre-Sinussi ilə bərabər 1983-cü ildə insanlarda İİÇV (İnsan immun çatışmazlığı virusu) retrovirusunun kəşfində iştirak etmişdir. 2000-ci illərdən başlayaraq o, yalançı elm kimi xarakterizə edilən bir sıra konsepsiyalar hazırlamışdır. Fransa Elmlər Akademiyasının üzvü olmuşdur.Luc Montagnier : [фр.] : [арх. 28 октября 2020] // Académie des sciences.

Həyat yolu

Lük Montanyer 18 avqust 1932-ci ildə Tur yaxınlığındakı Şabri şəhərində anadan olmuşdur.Hutter Epstein, Randi (10 февраля 2022). Luc Montagnier, Nobel-Winning Discoverer of H.I.V., Is Dead at 89. The New York Times. Архивировано 31 марта 2024. Дата обращения: 10 февраля 2022. L.Montanyer Şateyero Kollecində oxumuş və 1953-cü ildə Puatye Universitetini bitirmiş və orada təbiət elmləri üzrə bakalavr dərəcəsinə bərabər təhsil almışdır. İki il sonra Paris Universitetini magistr dərəcəsi ilə bitiru.Watts, Geoff (14 мая 2022). Luc Antoine Montagnier. The Lancet (англ.). 399 (10338): 1862. doi:10.1016/S0140-6736(22)00829-7. ISSN 0140-6736. PMID 35569457. S2CID 248726384. Daha sonra Sorbonna Elmlər Fakültəsində assistent kimi işə başlamış və 1960-cı ildə dissertasiyasını müdafiə etdiyi Fiziologiya kafedrasında dərs deməyə başlamışdır. F.K. Sanders ilə bərabər L.Montanyer virus RNT-sini tədqiq etmiş və tək zəncirli RNT-nin iki zəncirli RNT-yə çevrilə biləcəyini kəşf etmişdir. Bu, sonrakı əks transkripsiya və DNT əmələ gəlməsində zəruri bir addımdır və virusun sahib hüceyrənin genetik materialına inteqrasiyasına imkan verir. Bu, o dövrdə virusologiyada əhəmiyyətli bir kəşf idi.

2008-ci ildə Fransuaza Barre-Sinussi ilə paylaşdığı "İnsanın immunçatışmazlığı virusunun kəşfinə görə" Fiziologiya və ya Tibb üzrə Nobel mükafatına layiq görülmüşdür.

Mükafatları

1973-cü ildə — Milli Elmi Tədqiqatlar Mərkəzinin Gümüş Medalı 1986-cı ildə — Klinik Tibbi Tədqiqatlar üzrə Lasker-Debeyk Mükafatı 1986-cı ildə — Körber Mükafatı 1986-cı ildə — Şeele Mükafatı 1987-ci ildə — Beynəlxalq Qayrdner Mükafatı 1988-ci ildə — Yaponiya Mükafatı 1993-cü ildə — Beynəlxalq Kral Feysal Mükafatı 1993 və 2008-ci ildə — SEP Böyük Qızıl Medalı 1994-cü ildə — Tibb üzrə Heineken Mükafatı 2000-ci ildə — Asturiya Şahzadəsi Mükafatı 2008-ci ildə — Fiziologiya və ya Tibb üzrə Nobel Mükafatı

İstinadlar Kateqoriya:Paris Universitetinin müəllimləri Kateqoriya:Fransa akademikləri Kateqoriya:Fransa bioloqları Kateqoriya:Fransa həkimləri Kateqoriya:XX əsr bioloqları Kateqoriya:XX əsr Fransa şəxsləri Kateqoriya:XX əsr həkimləri Kateqoriya:XXI əsr Fransa şəxsləri Kateqoriya:Autizm Kateqoriya:COVID-19 pandemiyası Kateqoriya:QİÇS Kateqoriya:Vaksinasiya Kateqoriya:Virusoloqlar