Fierzə () — Albaniyanın şimalındakı Kukes vilayətində yerləşən şəhər və keçmiş bələdiyyə.

2015-ci ildə həyata keçirilən yerli idarəetmə islahatından sonra Tropoya bələdiyyəsinin tabeliyindəki inzibati vahidlərdən birinə çevrilmişdir.

2023-cü ilin siyahıyaalınmasına əsasən əhalisi 1.149 nəfər təşkil etmişdir.

Yerləşməsi Fierzə Drin çayının sağ, yəni şimal sahilində, Fuşe-Arrez (Fushë-Arrëz) bələdiyyəsindəki digər Fierzə kəndi ilə üzbəüz yerləşir. Drin çayının qarşısı Fierzədən yuxarıda kəsilərək 1970-ci illərdə Fierzə su anbarı (Fierzə gölü), 1980-ci illərdə isə Koman gölü yaradılmışdır. Fierzə bəndi 152 metr hündürlüyü ilə Albaniyanın ən hündür bəndidir. Fierzədəki su elektrik stansiyası ölkənin ən mühüm elektrik enerjisi istehsalçılarından biridir. alt=Fierzə bəndinin görünüşü, arxada Koman gölü və Fierzə kəndi.|thumb|250x250px Bəndlənmiş Drin çayı Fierzədən keçən yeganə su yolu deyil. Burada Valbona çayı şimaldan Drinə qovuşur və müxtəlif nəqliyyat yolları kəsişir. Bunlardan ən əhəmiyyətlisi elə Drin çayının özüdür. Koman gölündə gündəlik bərə fəaliyyət göstərir. Yay turizm mövsümündə gölün digər ucundakı Koman ilə Fierzə və Breq-Lumi (Breg-Lumi) arasında iki taksi xidməti işləyir.

Breq-Lumidəki yanalma körpüsü (estakada) gölün su səviyyəsinə görə hərəkət etdirilir və adətən asfaltlanmamış düz bir səth üzərində yerləşən kiçik beton pandusdan ibarətdir. Drin üzərindəki körpüdən keçən bir yol Fierzəni şimalda təqribən 15 km məsafədə yerləşən Bayram Kurri (Bajram Curri) şəhəri ilə və cənubda yerləşən, əvvəllər dağlıq relyefə görə gediş-gəlişin çox çətin olduğu Fuşe-Arrez ilə birləşdirir. Fierzə gölündə Kukesə gedən bərə isə hələ 1990-cı illərdə fəaliyyət göstərirdi.

Fierzədə Roma İmperiyası dövrünə aid binaların və bir Roma yolunun qalıqları tapılmışdır.

Fierzə-Puka və Breq-Lumidə yeni katolik kilsələri inşa edilmişdir.

İstinadlar

Kateqoriya:Albaniya şəhərləri Kateqoriya:Şkoder vilayətinin yaşayış məntəqələri