Aran iqtisadi rayonu — Azərbaycan Respublikasının 2021-ci ilə qədər şərti iqtisadi rayonlarından biri.

Cənubdan İranla, həmçinin Yuxarı Qarabağ, Gəncə-Qazax, Şəki-Zaqatala, Dağlıq Şirvan, Abşeron və Lənkəran iqtisadi rayonları ilə həmsərhəd idi.

Ağdaş, Ağcabədi, Bərdə, Beyləqan, Biləsuvar, Göyçay, Hacıqabul, İmişli, Kürdəmir, Neftçala, Saatlı, Sabirabad, Salyan, Ucar, Zərdab rayonlarından və Mingəçevir, Şirvan və Yevlax şəhərlərindən ibarət idi.

Nəqliyyat Aran iqtisadi-coğrafi rayonunun əlverişli nəqliyyat-coğrafi mövqeyi burada müxtəlif nəqliyyat sahələrinin yaranmasında, eləcə də təsərrüfat quruluşunun təkmilləşdirilməsində mühüm rol oynayır. İqtisadi-coğrafi rayonun nəqliyyat sistemi dəmir yolu və avtomobil nəqliyyatı, boru kəməri, hava nəqliyyatı və qismən çay nəqliyyatı ilə təmsil olunmuşdur. İqtisadi-coğrafi rayonun bölgədaxili, regionlar və respublikanın mərkəzi ilə iqtisadi əlaqələrinin inkişafında onun nəqliyyat sisteminin rolu böyükdür. İqtisadi-coğrafi rayonun nəqliyyat sistemində dəmir yolu nəqliyyatı aparıcı yer tutur. Qərb istiqamətində Bakı-Ağstafa-Tbilisi, Bakı-Ələt-Culfa, Bakı-Yevlax-Balakən, Yevlax-Ağdam, cənub istiqamətində Osmanlı-Astara dəmir yolu xətlərinin Aran iqtisadi rayonu ərazisindən keçən hissəsi həmsərhəd olduğu Gəncə-Qazax, Yuxarı Qarabağ, Lənkəran-Astara regionları və Naxçıvan Muxtar Respublikası ilə iqtisadi əlaqələrini tənzimləməklə mərkəzi mövqe tutur.

Nəqliyyat qovşaqları İqtisadi-coğrafi rayon daxilində iqtisadi əlaqələrin inkişafı, yük və sərnişin axınlarının tənzimlənməsi, əsasən Daşburun, İmişli, Saatlı, Sarıcalar, Hacıqabul, Salyan, Mingəçevir, Yevlax, Bərdə dəmir yolu stansiyaları vasitəsilə həyata keçirilir. Burada formalaşmış Yevlax, Hacıqabul, Ləki, Kürdəmir və Şirvan nəqliyyat qovşaqlarının müstəsna əhəmiyyəti vardır. Qeyd etmək lazımdır ki, iqtisadi-coğrafi rayon üzrə dəmir yolu ilə daşınan yüklərin 30–32%-i Yevlax stansiyasının payına düşür. Cədvəl 7.8.

Regionda respublika və yerli əhəmiyyətli yolların quruluşu

[Z.S.Məmmədova (2002) görə] İnzibati rayonlarCəmi avtomo bil yolları, kmXüsusi çəkisi, %-ləRespublika əhəmiyyətli, yol, kmXüsusi çəkisi, %-ləYerli əhəmiyyətli yol, kmXüsusi çəkisi, %-ləAğcabədi2894,41234,01664,6Ağdaş4767,32006,62767,7Bərdə76811,62106,955815,6Beyləqan3305,21404,61905,3Biləsuvar2934,4832,72105,8Göyçay68210,338212,73008,3Kürdəmir4446,72207,32246,2Zərdab5017,62106,92918,1Sabirabad5227,92438,62797,8Salyan5698,62759,12947,9Neftçala2603,91846,1762,1Saatlı1862,8782,61083,6Ucar69210,52889,54041,3İmişli2844,31816,21032,8Yevlax2944,51896,21052,9Cəmi65901003006 1003584100

Avtomobil nəqliyyatı Avtomobil nəqliyyatı iqtisadi-coğrafi rayonun təbii ehtiyat potensialından səmərəli istifadə edilməsində, regionun və respublikanın daxili iqtisadi əlaqələrinin inkişafında aparıcı yer tutur. Beynəlxalq və respublika əhəmiyyətli avtomobil yolları əsasən magistral dəmir yollarına paralel çəkilmişdir. Respublikada olan avtomobil yollarının 22,6%-i, yük daşımalarının və dövriyyəsinin 15,2%-i, sərnişin daşınmasının 13,6%-i, sərnişin dövriyyəsinin 6,5%-i bu regionun payına düşür [Azərbaycanın nəqliyyatı, 2013]. Region üzrə avtomobil yollarının ümumi uzunluğu 6590 km təşkil edir ki, bunun da 46%-i respublika, 54%-i yerli əhəmiyyətli yollardır. Regionda avtomobil yollarının əsas texniki göstəricilərindən biri onun örtük səviyyəsinin quruluşudur. Bu baxımdan iqtisadi-coğrafi rayonun ümumi avtomobil yollarının 19%-i asfalt örtüklü, 22%-i qara örtüklü, 38%-i çınqıl örtüklü, 21%-i isə qrunt yollardan ibarətdir. Həmçinin, iqtisadi-coğrafi rayondakı avtomobil yollarının 0,8%-i birinci, 5,2%-i ikinci, 33%-i üçüncü, 56,7%-i dördüncü və 4,4%-i beşinci dərəcəli yollardır (cədvəl 7.9).

İqtisadi-coğrafi rayonda avtomobil yollarının texniki vəziyyəti

[Z.S.Məmmədova (2002) görə] İnzibati rayonlarAvtomobil yollarının uzunluğu

(km)O cümlədənAsfalt örtüklü (km)Qara örtüklü (km)Çınqıl örtüklü (km)Qrunt yollar (km)Yevlax294156301053Ağdaş47610311117983Ucar6926578206343Göyçay68299207176200Kürdəmir444987719178Ağcabədi2894010113315Zərdab50189168133111Bərdə76810915344561Beyləqan3302212213056İmişli284206810096Saatlı186396780 -Sabirabad52210265242113Biləsuvar293804712640Salyan56911679224150Neftçala26011098475Cəmi65901248147125171354 Bakı-Ceyhan, Bakı-Supsa magistral neft kəmərləri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri və Qaradağ-Ağstafa, Şirvan-Bakı yerli əhəmiyyətli neft və qaz kəmərləri iqtisadi-coğrafi rayonun ərazisindən keçir.

Hava nəqliyyatı İqtisadi-coğrafi rayonun hava nəqliyyatını Yevlaxda yerləşən aeroport və bütün inzibati rayon mərkəzlərində təcili xidmətləri həyata keçirmək üçün vertolyotların düşməsini mümkün edən meydançalar təmsil edir.

Su nəqliyyatı Kür çayının mənsəbindən Yevlax şəhərinə qədər olan hissəsi gəmiçilik üçün yararlıdır.Azərbaycan Respublikasının Coğrafiyası, III cild, Regional Coğrafiya, Bakı, 2015. səh 400 (Paşayev N.Ə., Ağakişiyeva G.R.)

Həmçinin bax

Aran Mərkəzi Aran iqtisadi rayonu Muğan

İstinadlar

Mənbə İqtisadi İnkişaf Nazirliyinin Regionların inkişafı və dövlət proqramları şöbəsi http://gsaz.az/articles/view/113/Aran-iqtisadicografi-rayonu

Xarici keçidlər

Kateqoriya:Azərbaycan iqtisadi rayonları Kateqoriya:2021-ci ildə Azərbaycanda ləğv olunanlar