Finlandiya Akademiyası (, ) — Finlandiyanın paytaxtı Helsinki şəhərində yerləşən və elmi tədqiqatların maliyyələşdirilməsi ilə məşğul olan dövlət qurumudur. Akademiya hər il 5 mindən çox tədqiqatçının çalışdığı elmi-tədqiqat layihələri üçün 260 milyon avrodan çox vəsait ayırır. Finlandiya Akademiyası bir təhsil müəssisəsi deyil. Buna baxmayaraq, akademiyanın əməkdaşları professor və digər elmi adlara malik ola bilərlər.

Finlandiya Akademiyasını ölkənin iki elmi cəmiyyəti olan Finlandiya Elm və Ədəbiyyat Akademiyası (fincə danışan alimlər üçün) və Finlandiya Elmlər və Ədəbiyyat Cəmiyyəti (isveçcə danışan alimlər üçün) ilə qarışdırmaq olmaz; belə ki, sonuncular milli fəxri akademiyalar hesab olunur. Mühəndislər üçün isə iki fəxri akademiya mövcuddur: Finlandiya Texnologiya Akademiyası və Finlandiyadakı İsveç Texniki Elmlər Akademiyası.

Finlandiyada akademik (akateemikko / akademiker) titulu fəxri ad sayılır və Finlandiya prezidenti tərəfindən ən görkəmli alimlərə, tədqiqatçılara və sənətçilərə verilir. Bu ad, həmçinin ölkənin intellektual həyatının inkişafına mühüm töhfələr vermiş xarici alim və sənətçilərə də verilə bilər. 2018-ci ilin məlumatına görə, elm sahəsində maksimum 12, incəsənət sahəsində isə 8 yaşayan akademik ola bilər. Xarici akademiklərin sayı üçün isə məhdudiyyət nəzərdə tutulmayıb.

Akademiyanın idarə olunması Akademiyanın idarə edilməsi inzibati ofis () tərəfindən həyata keçirilir. 2022-ci ilə olan məlumata görə, işçi heyəti təxminən 150 nəfərdir. Ofisə Finlandiya Prezidenti tərəfindən beş il müddətinə təyin olunan Akademiya Prezidenti rəhbərlik edir. 2012–2022-ci illərdə Akademiya Prezidenti Heykki Mannila olmuşdur.Heikki Mannila appointed as President of the Academy of Finland, Finnish Ministry of Education and Culture, December 19, 2011. 1 mart 2022-ci ildən bu vəzifəni Paula Eerola icra edir.

Fəaliyyət istiqamətləri üzrə Akademiyanın iki vitse-prezidenti fəaliyyət göstərir: tədqiqatlar üzrə vitse-prezident () və inzibati məsələlər üzrə vitse-prezident (). Akademiyanın elmi strategiyasının hazırlanması ilə Finlandiya hökuməti tərəfindən üç il müddətinə təyin edilən İdarə Heyəti () məşğul olur. 2010–2014-cü illərdə İdarə Heyətinin sədri tanınmış fin rusisti Arto Mustayoki olmuşdur. 1 yanvar 2022-ci ildən 31 dekabr 2024-cü ilə qədər olan dövr üçün İdarə Heyətinin sədri vəzifəsinə Oulu Universitetinin professoru Yohanna Myullyuharyu təyin edilmişdir.

Akademiyanın professorları Finlandiya Akademiyası tərəfindən təyin olunan akademiya professoru vəzifəsi ölkənin ən nüfuzlu tədqiqatçı postlarından biri sayılır. Professorlar beş il müddətinə təyin edilirlər. Hazırda Akademiyada 32 professor və iki xüsusi mütəxəssis fəaliyyət göstərir: sosial bərabərlik və qadın tədqiqatları üzrə ixtisaslaşmış Minna Kant () və beynəlxalq münaqişələrin idarə edilməsi üzrə ixtisaslaşmış Marti Ahtisari ().

Finlandiya Akademiyası tərəfindən təqdim olunan bu status tədqiqatçılara öz sahələri üzrə tam ştatlı elmi fəaliyyətlə məşğul olmaq imkanı yaradır.

Hazırda fəaliyyət göstərən professorlar (may 2018-ci il üçün) Pertti Alasuutari () Kari Alitalo () Paavo Alku () Eva-Mari Aro () Eero Kastren () Sara Heynamaa () Hannu Hakkinen () Elina İkonen () Yohanna İvaska () Sirpa Yalkanen () Yukka Yernvall () Kay Kayla () Samuel Kaski () Matti Keloharyu () Yan Klabbers () Markku Kulmala () Rita Lahesma () Matti Lassas () Matti Latva-Aho () Virpi Luma () Yohanna Nyemi () Yukka Pekola () Markku Peltonen () Asla Pitkanen () Kreyq Primmer () Katri Raykönen-Talviti () Hannu Salmi () Petri Toiviaynen () Payvi Torma () Anu Vartiovara () Timo Vesala () Seppo Yla-Hertuala ()

İstinadlar

Xarici keçidlər Academy of Finland website in Finnish İsveç dilində ingilis dilində

Kateqoriya:Finlandiyada elm və texnologiya Kateqoriya:Tədqiqat maliyyələşdirmə agentlikləri Kateqoriya:Finlandiyada təhsil