Liliya Hermina Brante (; ) — Latviyalı publisist, qadın problemləri ilə bağlı bir sıra nəşrlərin müəllifi və feminist. Həyatı Liliya Brante 10 iyul 1897-ci ildə Riqa şəhərində məktəb müəllimi ailəsində anadan olub. Brante 1919–1920-ci illərdə Latviyanın müstəqilliyi uğrunda mübarizədə iştirak edən Latış Qadın Yardım Korpusunun tərkibində olub. Daha sonra Liliya Brante Xristian Gənc Qadınlar Birliyinə (Jaunu sieviešu kristīgā savienība) rəhbərlik edib.

1931-ci ildə Liliya Brante qadınların təhsil, ədəbiyyat və incəsənətdəki rolundan bəhs edən "Latış qadını" (Latviešu sieviete) adlı məqalələr toplusunu çap etdirib. Bu kitab uzun müddət latış cəmiyyətində qadınların roluna həsr olunmuş yeganə əsər kimi qalıb.. Trimdinieka raksti: 1944—1990. — R.: Avots, 1992. — Lp. 293.

Liliya Brante 1934–1940-cı illərdə Austra Dale ilə birlikdə "Latviete" (Latış qadını) jurnalının redaktoru olub. Liliya Brantenin həyat yoldaşı Yanis Brants (1889–1944) 1920–1940-cı illərdə Riqadakı Aleksandrov yüksəkliklərində yerləşən psixiatriya xəstəxanasının direktoru vəzifəsində çalışıb.Latvijas Republikas prese: 1918—1940. — R.: Zvaigzne, 1996. — Lp. 399.

1944-cü ilin noyabrından etibarən Liliya Brante Almaniyada yaşayıb. O, öz ailəsi haqqında xatirələrindən ibarət əlyazma müəəlifidir.Laine Lasmanis. Lettiska handskriffsamlingen vid Västerås Stadsbibliotek  — Borås, 1979. — S. 6.

Liliya Brante 28 sentyabr 1983-cü ildə Baden-Vürtemberq federal torpağının Myülhaym qəsəbəsində vəfat edib. O, elə orda həyat yoldaşının yanında dəfn olunub.

İstinadlar

Xarici keçidlər Профиль Лилии Бранте в базе данных Института литературы, фольклора и искусства Латвийского университета