Təfsiru Muqatil ibn Süleyman () — Quran təfsiri.

Müəllif

Təfsirin müəllifi Muqatil ibn Süleyman əl-Bəlxidir.

Əsər

Məzmun Təfsirdə verilmiş rəvayətlər çoxunun istinad silsilələri təqdim edilməmişdir. Lakin bu rəvayətlərin böyük bir hissəsinin hədis məcmuələrində mövcud olduğu müəyyən edilmişdir.

M. Hüseyn Zəhəbiyə görə, bu təfsirin Muqatilə məxsusluğunu söyləmək olduqca çətindir. M. Hüseyn əz-Zəhəbiyə görə, əsərdə hicri 144-cü (761) ildə anadan olmuş Yəhya ibn Ziyad əl-Fərradan nəqllərin olması diqqəti cəlb edən məqamdır, çünki onun 6 yaşlı bir uşaqdan hədis rəvayət etməsi mümkünsüzdür. Bu hal təfsirin Muqatil ibn Süleymandən sonra qələmə alındığını və ya ən azından ona bəzi əlavələrin edildiyini düşündürməkdədir.

Nəşr Əsərin əsl adı "ət-Təfsirül-kəbir" olsa da, əsər Abdullah Mahmud Şəhhatə tərəfindən "Təfsiru Muqatil ibn Süleyman" adı altında nəşr edilmişdir.

İstinadlar