Ayşə Başar () — türk alimi.

O, Süni intellekt, maşın öyrənməsi, proqram mühəndisliyi və verilənlər elmi (data science) sahələrində beynəlxalq səviyyədə tanınmış alimdir. 1999–2010-cu illərdə Boğaziçi Universitetinin Kompüter mühəndisliyi fakültəsində, 2010–2025-ci illərdə isə Kanadada Toronto Metropolitan Universitetində çalışıb. Başar, 2025-ci ilin dekabrından Kadir Has Universitetinin rektorudur. Həyat və fəaliyyəti Ayşə Başar ali təhsilini 1986-cı ildə Boğaziçi Universitetinin Biznesin idarə edilməsi sahəsində başa vurduqdan sonra təhsilini ABŞ-də davam etdirib. 1988-ci ildə Alabama Universitetində Hantsvill İnformasiya Texnologiyaları mütəxəssisliyi üzrə magistr dərəcəsinə yiyələnib. ABŞ, Böyük Britaniya və Türkiyədəki beynəlxalq banklarda maliyyə nəzarəti, maliyyə analizi, əməliyyat və qabaqcıl texnologiyalar sahələrində rəhbər vəzifələrdə çalışıb. 2000-ci ildə Böyük Britaniyanın London İqtisadiyyat Məktəbində, İnformasiya sistemləri sahəsində doktorluq dərəcəsini müdafiə edib.

1999–2010-cu illərdə Boğaziçi Universitetinin Kompüter mühəndisliyi kafedrasında professor-müəllim heyətinin üzvü kimi çalışıb. 2010-cu ildə Kanadaya köçüb. Toronto Metropolitan Universiteti nəzdində proqram mühəndisliyi, kompüter elmləri, maşın öyrənməsi, informasiya sistemləri və verilənlər elmi sahələrində bakalavr və magistratura/doktoranturad dərslər verib. Mühəndislik və Memarlıq Elmləri fakültəsində inzibati vəzifələri icra edib. Universitetdə verilənlər elmi, süni intellekt və proqnozlaşdırıcı analitika proqramlarının yaradılması və inkişaf etdirilməsinə rəhbərlik edib.

Başar tətbiqi maşın öyrənməsi, Bayes teoreminə əsaslanan maşın öyrənməsi üsullarından istifadə etməklə qeyri-müəyyənlik şəraitində qərar qəbul etmə problemini araşdıran tətbiqlər, böyük verilənlər analitikası və proqram mühəndisliyi sahələrində tədqiqatlar aparıb. O, qırxdan çox tədqiqat layihəsi hazırlamış və bir çox qurumla birgə AR-GE (Araşdırma və İnkişaf) layihələri həyata keçirib. Akademik fəaliyyəti ilə yanaşı, beynəlxalq tədqiqat fondu təşkilatlarında ekspert-qiymətləndirici kimi də fəaliyyət göstərib.

2025-ci ilin dekabrında Toronto Metropolitan Universitetindəki vəzifəsindən "Emeritus professor" titulu alaraq təqaüdə çıxıb və Kadir Has Universitetinin rektoru təyin edilib.

Ayşə Başar IEEE, IEEE Computer Society, INFORMS, AAAI kimi qlobal peşəkar qurumların üzvüdür.

İstinadlar

Kateqoriya:Boğaziçi Universitetinin məzunları