Əsengül Civələk (;) — türk bürokratı. O, 10 iyun 2020-ci ildə Prezidentin Baş müşaviri təyin edilib.

Erkən illəri Əsengül Civələk 1958-ci ildə Aydın ilinin Nazilli ilçəsində anadan olub. O, 1979-cu ildə Ankara Universitetinin Politologiya fakültəsinindən məzun olub. Karyerası Əsəngül Civələk 1980-ci ildə Maliyyə Nazirliyi, Xəzinədarlıq Baş İdarəsi və Beynəlxalq Əməkdaşlıq Təşkilatının Dövlət İqtisadi Müəssisələri Departamentində peşəkar məmuru kimi fəaliyyətə başlayıb.

Maliyyə İşləri üzrə Ekspert, Maliyyə İşləri və Heyəti üzrə Qrup Rəhbərinin müavini, "Türkiye Elektronik Sanayi ve Ticaret A.Ş."-də Maliyyə İşləri və Heyəti üzrə Qrup Rəhbərinin müavini vəzifəsini icra edən, "Uluslararası Haber Ajansı A.Ş."-də Baş Direktorun müavini və Baş direktor, "Türkiye Kalkınma Bankası A.Ş."-də Təlim Müdirinin müavini, Mətbuat və İctimaiyyətlə Əlaqələr üzrə müşavir, Baş Direktorluq müşaviri, Baş Direktorun müavini və Baş direktor vəzifələrini icra edib.

2005–2010-cu illərdə Qadının Statusu Baş İdarəsində Baş direktor vəzifəsində çalışıb. 2010–2011-ci illərdə isə Milli Təhsil Nazirliyinin müstəşarı, 2011–2014-cü illərdə Yalova ili valisi, 2014–2017-ci illərdə Kırklareli ili valisi, 2017–2020-ci illərdə isə Muğla ili valisi vəzifələrində çalışıb.

Əsəngül Civələk, 10 iyun 2020-ci il tarixində Prezidentin imzaladığı sərəncamla Muğla ili valisi vəzifəsindən azad edilərək Prezidentin Baş müşaviri vəzifəsinə təyin olunub.

Mükafatları Əsengül Civələk 1997-ci ildə Sosial Xidmətlər və Uşaq Əsirgəmə Qurumunun tabe olduğu Dövlət Nazirliyinin qızıl medalına, Xeyriyyəçilər Cəmiyyəti Baş İdarəsinin isə Fəxri Fərmanı layiq görülüb. İstinadlar