Yuliya Nikolayevna Voznesenskaya və ya Yuliya Nikolayevna Okulova, həmçinin Yuliya Nikolayevna Tarapovskaya (; ) — Rusiyalı yazıçı, essist, pravoslav şairi və dissident.
Həyatı Yuliya Voznesenskaya 14 sentyabr 1940-cı ildə Leninqradda anadan olub. Atası hərbi mühəndis olub. 1945-ci ildən 1950-ci ilə qədər o, ailəsi ilə birlikdə atasının xidmət etdiyi Şərqi Berlində yaşayıb. Valideynlərinin hər ikisi ömürlərinin son illərinə qədər ateist olub, lakin sonradan Pravoslavlığı qəbul ediblər. O, daha sonra Leninqrad Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunda təhsil alıb və andeqraund (gizli) incəsənət mühitində fəal iştirak edib. 1964-cü ildə həbs olunaraq məcburi əmək cəzasına məhkum edilib.
Onun ilk şeirləri 1966-cı ildə işıq üzü görüb. Bəziləri rəsmi kanallarla çıxsa da, əksəriyyəti samizdat (gizli nəşrlər) vasitəsilə yayılıb. 1973-cü ildə xaç suyuna salınıb. Sonrakı bir neçə il ərzində o, digər yaradıcı sənətkarların hüquqlarının müdafiəsi naminə təşkil olunan nümayişlərin və aclıq aksiyalarının daimi iştirakçısına çevrilib. 1976-cı ildə "Saatlar" (Часы) adlı samizdat ədəbi jurnalının yaradılmasına köməklik göstərib.
Həmin il anti-sovet təbliğatı ittihamı ilə beş illik sürgün cəzasına məhkum edilib. Sürgün qaydalarını pozaraq Yuli Rıbakovun məhkəməsində iştirak etdikdən sonra isə iki illik həbs cəsinə çarptırılıb. 1980-ci ildə iki oğlu ilə birlikdə Almaniyaya emiqrasiya edib. Əvvəlcə Frankfurt-Maynda, daha sonra isə Münxendə yaşayaraq burada "Azadlıq Radiosu"nda çalışıb.
1996-cı ildən 1999-cu ilə qədər Fransanın Normandiya bölgəsindəki Şovinkur-Prövmon kommunasında yerləşən Lesninski Rusiya Pravoslav Monastırında yaşayıb. 2002-ci ildən başlayaraq 20 fevral 2015-ci ildəki vəfatına qədər isə Berlində ömür sürüb.
Yaradıcılığı Onun yaradıcılığına Çernobıl qəzasının ağrılarını yaşayan üç bacıdan bəhs edən "Çernobıl ulduzu" (The Star Chernobyl) və ilk romanı olan "Qadınların Dekameronu" (The Women's Decameron) daxildir. Sonuncu əsər doğum evində on gün müddətinə karantinə alınan və "Dekameron"dan ilhamlanaraq hər gün 1980-ci illər Rusiya həyatı haqqında on hekayə danışmağa qərar verən on hamilə qadının taleyindən bəhs edir. "Mənim ölümdən sonrakı macəralarım" (Мои посмертные приключения) əsəri isə qəhrəmanın klinik ölümdən sonra yaşadıqlarını ehtiva edən bədii bir hekayədir. O, "Rusiyanın Pravoslav Kitabı" və "Al yelkənlər" mükafatlarının laureatı olub.
Onun "Yulianna" adlı kitab seriyası bəzən "anti-Potter" kimi təsnif edilir; çünki bu, cadugərlik və sehr əvəzinə xristian inancını dəstəkləyən bir uşaq seriyasıdır. Burada doğularkən bir-birindən ayrılmış əkiz qızların hekayəsi nəql olunur və mələklərlə şeytanların real olduğu mənəvi döyüşə dair xristian baxışı ortaya qoyulur. Əsərdə duaların, xristian həyatının və ya eqoizmin, nəfsinə qul olmağın real mənəvi səbəb və nəticələrə malik olduğu, eləcə də duanın əslində necə "sehrə" çevrilə biləcəyi göstərilib.
Yazıçının yəqin ki, ən populyar kitabı iki hissəli seriyanın birincisi olan "Kassandranın yolu və ya Makaronla macəralar" (Cassandra's Path, or Adventures with Macaroni) əsəridir. Bu əsər son günlərin xristian perspektivindən elmi-fantastik apokaliptik mənzərəsini və bir qadının imana gəlmə yolunu təsvir edir. "Tufandan 100 gün əvvəl" (100 Days before the Flood) əsərində isə tufanın qopmasına cəmi yüz gün qalıb. Gəmi hazırdır, lakin peyğəmbərliklərə heç kim inanmır: Nuhun qonşuları ona gülür və "Gəmi" adlı gəlirli bir restoran açaraq insanları hər cür dünyəvi həzzlərlə aldadırlar. Obrazların hər biri öz həyatını və ölməz ruhunu hara yönəldəcəyinə — nəfsin istəklərinə, yoxsa Tanrının Dərgahına doğru aparacağına dair şəxsi qərarını vermək məcburiyyətində qalıb.
"Edesdəki möcüzə" (The Miracle at Edes) adlı tarixi romanı isə Simon, Quri və Aviv adlı (Yunanıstanda nikahın hamisi sayılan) üç erkən yunan xristianının əfsanəsini araşdırır. Onların hekayəsi yeni evlənmiş bir cütlüyün həyəcanlı və hətta təhlükəli macəraları ətrafında fırlanır və gözlənilməz, təsirli bir sonluqla yekunlaşır.
Mükafatları 2003 — "Rusiyanın Pravoslav Kitabı" (Православная книга России) müsabiqəsində "İlin ən yaxşı müəllifi" adına layiq görülüb; "Kassandranın yolu" (Путь Кассандры) kitabına görə uşaqlar və gənclər üçün yazılmış əsərlərin ənənəvi "Al yelkənlər" (Алые паруса) müsabiqəsinin "Nəsr" nominasiyasında laureat olub.
Kinoda 1980 — ABŞ-da Yuliya Voznesenskayanın həyatından bəhs edən və baş rolunu Viktoriya Fyodorovanın canlandırdığı "Yuliyanın gündəliyi" ("Yulya’s Diary") adlı bioqrafik televiziya filmi ekranlara çıxıb; 2015 — İyunun 10-da Voznesenskayanın eyniadlı povesti əsasında çəkilmiş "Buz üstündə ikilikdə" ("Вдвоём на льдине", rejissor Valeri İqnatyev) bədii filminin premerasının təqdimatı baş tutub.
Əsərləri
The Women's Decameron / Женский декамерон. Tel Aviv (1987) The Star Chernobyl / Звезда Чернобыль. New York (1987) Lettres d'amour (French) (1990) My Posthumous Adventures / Мои посмертные приключения (2001) Cassandra's Path / Путь Кассандры (2002) The Pilgrimage of Lancelot /Паломничество Ланселота (2004) Julianna or A Kidnapping Game / Юлианна или Игра в киднеппинг (2004) Julianna or Dangerous Games / Юлианна или Опасные игры (2005) The Son of our Leader / Сын Вождя (2006) A Mermaid in the Swimming-Pool / Русалка в бассейне. (2007) Asti Spumante / Асти Спуманте. (2007) Julianna or A Game Between the Daughters and Their Mom / Юлианна или Игра в «Дочки-мачехи» (2007) There Lived an Old Woman ... / Жила-была старушка... (2008) Assuage My Sorrows and Other Stories / Утоли моя печали (сборник рассказов) (2009) Thank You for Your Love / Благодарю за любовь (2009) Unexpected Joy and Other Stories / Нечаянная радость и другие истории (2010) 100 Days before the Flood / Сто дней до потопа (2011) The Miracle at Edessa / Эдесское чудо (2012)
İstinadlar
Ədəbiyyat Зольникова Ю. О. Юлия Вознесенская как автор миссионерской литературы // «Любовью и единением спасемся» (Преподобный Сергий Радонежский): Материалы Х Международного форума «Задонские Свято-Тихоновские образовательные чтения», Липецк — Задонск, 6 декабря 2014 года / Под. ред. Н. Я. Безбородовой, Н. В. Стюфляевой. — Липецк — Задонск: ООО «Типография Липецк-Плюс», 2015. — С. 276—277. Бойко С. С. Юлия Вознесенская // Профессия: литератор. Год рождения: 1940 : Коллективная монография. — Елец: Елецкий государственный университет им. И. А. Бунина, 2021. — С. 79-88.
Xarici keçidlər Антология самиздата Наша вера Жила-была Юлия Вознесенская Русская линия Вознесенская Юлия Николаевна, писательница Воспоминания о ГУЛАГе и их авторы
«Вдвоём на льдине», художественный фильм.