Əbdülvahid ibn Zeyd (; ) — Bəsrədəki "ağlayan zahidlər"dən hesab olunan sufi.

Bioqrafiya Həyatı haqqındakı məlumatlar olduqca azdır.

Nisbəsi "Bəsri", künyəsi isə "Əbu Ubeyd"dir. Titulları "şeyxül-ubbəd" və "şeyxüs-sufiyyə"dir.

O, Malik ibn Dinar, Əyyub əs-Sixtiyani və Həsən Bəsri ilə görüşmüşdür. O, Həsən Bəsriyə tələbəlik etmişdir.

Gündəlik həyatda onun farsca sözlərdən istifadə etməsi onun fars olduğunu düşündürməkdədir. O, Fələstinə, İrana və Hicaza səyahətlər edib. Cahiz Rəbiə əl-Ədəviyyənin ona xidmətçilik etdiyini qeyd edib. Hakkari Universitetinin müəllimi Dr. Əhməd Arslana görə, Rəbiə əl-Ədəviyyə onun fikirlərindən bəhrələnmişdir.

Fikirləri Əbdülvahid ibn Zeyd davamlı olaraq sevgi və eşqdən bəhs etmiş, qədəriyyənin görüşünü mənimsəmiş, "kəsb" mövzusunda isə mötəziləyə meyl etmişdir.

Hədis elmindəki yeri Əbdülvahid ibn Zeyd hədis ravisi kimi tənqidlərə məruz qalmışdır. Onun "mətruk" bir ravi (tərk edilmiş — ravinin (hədis rəvayət edən şəxsin) etibarsızlığını ifadə edən ağır bir tənqid terminidir. Yəni yalan danışmaqda ittiham olunan, rəvayətlərində çoxlu aşkar səhvlər buraxan və ya dində fəsad törətməklə (fisq ilə) tanınan ravilərə deyilir. Hədis elmindəki yeri: Əgər bir ravi "mətruk" elan edilibsə, onun nəql etdiyi hədislər tamamilə tərk olunur, yəni dinən heç bir dəlil kimi qəbul edilmir. Onun rəvayət etdiyi hədislərə isə "Mətruk hədis" deyilir), rəvayətlərinin isə "münkər" (inkar edilən, qəbul olunmayan — termin hədis elmində rəvayətin zəifliyini və etibarsızlığını göstərir. Yəni zəif bir ravinin, özündən daha etibarlı (siqə) olan ravilərin rəvayətlərinə zidd (müxalif) olaraq nəql etdiyi rəvayətdir. Yaxud, ravinin tək qaldığı (təfərrüd etdiyi) və sənədində və ya mətnində ciddi qüsur olan rəvayətlər üçün işlədilir. Nəticəsi: Bir ravinin "rəvayətlərinin münkər olması" onun elmi cəhətdən çox zəif, diqqətsiz olduğunu və ya hafizəsinin etibarsızlığını göstərir. Belə rəvayətlər də lil kimi istifadəyə yaramır) olduğu qeyd edilmişdir.

İrsi və mirası Əbdülvahid ibn Zeydin adı Ələviyyə və Kümməliyyə təriqətlərinin silsilələrində adı çəkilmişdir. Onun başda Yəfiinin "Rövzür-rəyahin"i olmaqla, mənaqibnamələrdə (Mənaqib – fəzilətlər, gözəl xislətlər; Namə – məktub, kitab — dini-təsəvvüfi ədəbiyyatın bir janrıdır. Yəni Peyğəmbərlərin, dini rəhbərlərin, xəlifələrin, imamların və xüsusilə sufi övliyalarının (təriqət şeyxlərinin) həyatından, onların göstərdiyi kəramətlərdən, fəzilətlərdən və əxlaqi keyfiyyətlərdən bəhs edən əsərlərdir. Bu əsərlərdə tarixi faktlarla yanaşı, xalq inancları və epik-əfsanəvi ünsürlər (kəramətlər) də geniş yer tutur. Məqsəd oxucuya mənəvi nümunə verməkdir) və sufi təbəqat (Təbəqat – təbəqələr, nəsillər — İslam tarixçiliyində müəyyən bir sahənin alimlərini zaman ardıcıllığına görə qruplaşdıran bioqrafik əsər növüdür. Yəni Sufi təbəqat əsəri – sufi mütəfəkkirlərinin, şeyxlərin və zahidlərin həyatını mənsub olduqları dövrlərə (nəsillərə/təbəqələrə) ayıraraq təqdim edən ensiklopedik xarakterli tərcümeyi-hal kitablarıdır. Bu əsərlər təsəvvüf tarixinin, sufi pirlərinin şərəf silsiləsinin (şəcərəsinin) və təsəvvüf ideologiyasının dövrlər üzrə inkişafını öyrənmək üçün ən mühüm ilkin mənbələr hesab olunur) əsərlərində bir çox söz və mənqibələrinə yer verilmişdir.

İstinadlar

Kateqoriya:Sufilər