Dorota Zofiya Olko (; ) — Polşa siyasətçisi, sosioloq və siyasi fəalı. O, solçu "Partia Razem"in (Birlik Partiyası) üzvü olub və 2016-cı ildən bəri partiyanın mətbuat katibi vəzifəsində çalışıb. 2023-cü ildən Seymin deputatıdır. Həyatı Siedlcedə anadan olan Olko, universitet təhsilini Varşavada alıb və o vaxtdan bəri orada yaşayır. O, 2011-ci ildə Varşava Universitetində sosiologiya üzrə magistr dərəcəsi, sonra 2012-ci ildə jurnalistika və kommunikasiya üzrə digər magistr dərəcəsi, həmçinin polyak filologiyası və mətn redaktəsi üzrə doktorantura təhsili alıb. 2011-ci ildə Polşa fəhlə sinfində bədən və özünə qulluq qavrayışı mövzusunda sosiologiya üzrə doktorluq dissertasiyasına başlayan Olko, 2023-cü ildə işini tamamlayıb. Onun elmi rəhbəri Malqojata Yatsıno olub.

Dorota Olko, "Gazeta Wyborcza" və "Krytyka Polityczna" qəzetlərində çalışıb, həmçinin təhsil aldığı universitetdə dərs deyib. Siyasi fəaliyyəti Dorota Olko, 2015-ci ildə yarandığı gündən bəri Sol Birlik Partiyasının ilkin üzvlərindən biri olub. O, ilkin olaraq Varşava dairəsi üzrə mətbuat katibi kimi fəaliyyət göstərsə də, 2016-cı ilin oktyabrında ölkə üzrə mətbuat katibi vəzifəsinə irəli çəkilib. Olko, həmçinin təhsil və elm komitəsinin üzvü olub və hazırda Milli İdarə Heyətində təmsil olunur.

O, 2023-cü ilə qədər keçirilən heç bir ümummilli və ya yerli seçkilərdə uğur qazana bilməyib. Lakin 2023-cü ildə Maqdalena Beyatın Senata keçməsi səbəbindən Varşava seçki bülletenində onu əvəz edib. Diqqətçəkən məqamdır ki, Olko mediada daha az işıqlandırılmasına və bülletendə daha az əlverişli mövqedə olmasına baxmayaraq, səs sayı baxımından Anna Mariya Jukovska və Aqata Diduşko-Zıqlevskanı geridə qoyub.

Onun diqqət mərkəzində saxladığı əsas məsələlər; mənzil böhranı, abort, kontrasepsiya vasitələrinə əlçatanlıq və dövlət sektorunda çalışanların əməkhaqqı məsələləridir.

İstinadlar