Ranbir Rac Kapur (; ) — məşhur hind kinorejissoru, ssenarist, prodüser, aktyor.[ Allmusic biography]
Həyatı
Rac Kapur 14 dekabr 1924-cü ildə Pişəvərdə (hazırda Pakistanın şimali-qərbində əyalət) aktyor Prithvirac Kapurun ailəsində anadan olmuşdur. O, kinoda ("Inquilab") ilk rolunu 1935-ci ildə - 11 yaşı olarkən ifa etmişdir. 1948-ci ildə o, öz şəxsi studiyası olan "Rac Kapur films" şirkətini yaradır. Buna qədər isə bir neçə il "Bombey tokiz" studiyasında rejissor assistenti vəzifəsində çalışmışdı. Rac Kapur sonralar onu məşhurlaşdıran filmlərin əksəriyyətində rejissorluqla yanaşı, baş rolları da ifa edirdi. Əvvəlki işlərindən olan "Avara" (1951) və "Cənab 420" (1955) filmlərində R. Kapur sadə, mehriban və cazibəli "kiçik insan" obrazını məharətlə yaradır. Rac Kapurun iştirakı ilə çəkilən filmlər hələ öz dövründə müvəffəqiyyətlə dünya ekranına çıxmışdı. Kapurun bacarığı sayəsində kino vasitəsilə cəmiyyətdə olan sosial ədalətsizliklərin sərt tənqidi mümkün oldu.
Rac Kapur öz müxtəlif filmlərində Hindistan ictimaiyyəti üçün ən önəmli məsələlərdən birinə - uşaq cinayətləri mövzusuna ("Ayaqqabı təmizləyənlər" (1954)); kasta bərabərsizliyi ("Bobbi" (1973)) və s. mövzulara toxunurdu.
Rac Kapur 2 iyun 1988-ci ildə Hindistanın Yeni Dehli şəhərində, 64 yaşında vəfat etmişdir. Rac Kapurun vəfatı bütün Hindistanı sarsıtdı və hər kəs bunu milli faciə kimi qəbul etdi.
Tanınmış aktyor Prithvirac Kapurun oğludur.
Filmoqrafiya
Aktyorluq fəaliyyəti
İnqilab (film, 1935) / Inquilab Qauri (1943) / Gauri Hamari Baat (1943) Valmiki (1946) Chittor Vijay (1947) Dil-Ki-Rani (1947) Jail Yatra (1947) Neel Kamal (1947) Amar Prem (1948) Gopinath (1948) Aag (1948) Yağış mövsümü (1949) / Barsaat Andaz (1949) Parivartan (1949) Sunehre Din (1949) Banwra (1950) Bawre Nain (1950) Dastan (1950) Pyaar (1950) Jan Pahchan (1950) Sargam (1950) Avara (film, 1951) / Awaara Ashiana (1952) Anhonee (1952) Amber (1952) Vəfasız (1952) / Bewafa Aah (1953) Dhoon (1953) Paapi (1953) Cənab 420 (film, 1955) / Shree 420 Hamıdan gizli (1956) / Chori Chori Sağlam olun! (1956) / Jagte Raho! Sharada (1957) Parvarish (1958) Phil Subha Hogi (1958) Anari (1959) Char Dil Char Raahein (1959) Kanhaiya (1959) Taleyin oyunları (1959) / Main Nashe Men Hoon Chhalia (1960) Jis Desh Men Ganga Behti Hai (1960) Shriman Satyawadi (1960) Nazrana (1961) Aşiq (1962) / Aashiq Dil Hi To Hai (1963) Ek Dil Sau Afsane (1963) Sanqam (1964) / Sangam Dulha Dulhan (1964) Üçüncü and (1966) / Teesri Kasam Divanə (1967) / Diwana Dünya ətrafında (1967) / Around the World Sapnon Ka Saudagar (1968) Mənim adım Kloundur (1970) / Mera Naam Joker Kal Aaj Aur Kal (1971) Mera Desh Mera Dharam (1973) Do Jasoos (1975) Taleyi aldatmaq (1975) / Dharam Karam Khaan Dost (1976) Chandi Sona (1977) Naukri (1978) Həqiqət, məhəbbət və gözəllik (1978) / Satyam Shivam Sundaram Abdulla / Abdullah Vakil Babu (1982) Gopichand Jasoos (1982) Kim (1984)
Ssenarist fəaliyyəti
Qanq, sənin suların bulanıb (1985) / Ram Teri Ganga Maili
Rejissor fəaliyyəti
Aag (1948) Yağış mövsümü (1949) / Barsaat Avara (film, 1951) / Awaara Cənab 420 (film, 1955) / Shree 420 Sanqam (1964) / Sangam Mənim adım Kloundur (1970) / Mera Naam Joker Bobbi (film, 1973) / Bobby Həqiqət, məhəbbət və gözəllik (1978) / Satyam Shivam Sundaram Sevgi xəstəliyi (1982) / Prem Rog Qanq, sənin suların bulanıb (1985) / Ram Teri Ganga Maili
Prodüser fəaliyyəti
Aag (1948) Yağış mövsümü (1949) / Barsaat Avara (film, 1951) / Awaara Aah (1953) Ayaqqabı təmizləyənlər (1954) / Boot Polish Cənab 420 (film, 1955) / Shree 420 Sağlam olun! (1956) / Jagte Raho! Ab Dilli Dur Nahin (1957) Jis Desh Men Ganga Behti Hai (1960) Sanqam (1964) / Sangam Mənim adım Kloundur (1970) / Mera Naam Joker Kal Aaj Aur Kal (1971) Bobbi (film, 1973) / Bobby Taleyi aldatmaq (1975) / Dharam Karam Həqiqət, məhəbbət və gözəllik (1978) / Satyam Shivam Sundaram Biwi-O-Biwi (1981) Sevgi xəstəliyi (1982) / Prem Rog
Həmçinin bax
Sami Kapur
İstinadlar .
Xarici keçidlər
Kateqoriya:Hindistan aktyorları Kateqoriya:Hindistan kinorejissorları Kateqoriya:Hindistan ssenaristləri Kateqoriya:1924-cü ildə doğulanlar Kateqoriya:1988-ci ildə vəfat edənlər Kateqoriya:Kapurlar Kateqoriya:Filmfare Awards laureatları Kateqoriya:XX əsr aktyorları Kateqoriya:XX əsrin ssenaristləri Kateqoriya:Hindistan kinoprodüserləri Kateqoriya:Uşaq aktyorlar