I Nuh () və ya Əbu Məhəmməd əl-Əmirül-həmid Nuh ibn Nəsr ibn Əhməd əs-Samani () — 943–954-cü illər arasında hakimiyyətdə olmuş Samani əmiri.
Həyatı 943-cü ildə atasının ölümündən sonra I Nuh Samanilər dövlətinin əmiri oldu. Onun hakimiyyəti Abbasi xəlifəsi Müttəqi-Lillah tərəfindən rəsmi şəkildə təsdiqləndi. I Nuh dövlət işlərini vəziri təyin etdiyi Hənəfi fəqihi Hakimi-Şəhidə həvalə etdi.
Bir ildən sonra Xarəzm valisi Abdullah ibn Əşqamın üsyan qaldırdı. I Nuh üsyanı yatırdı və sonra diqqətini İranın şimal-qərb bölgələrinə yönəltdi.
Sonrakı illər onun hakimiyyəti əsasən bir neçə dəfə üsyan qaldırmış Əbu Əli ibn Möhtac və Büveyhi Rüknüd-Dövlə ilə mübarizə şəraitində keçdi. Bu üsyanlardan biri zamanı vəziri Hakimi-Şəhid öldürüldü.
Bir müddət hakimiyyətini itirmək təhlükəsi ilə qarşılaşsa da, I Nuh sonda rəqiblərini məğlub etdi və günahkarları cəzalandırdı. O, 954-cü ildə Buxarada vəfat etdi.
İstinadlar