thumb|“Ezop (solda), Fransis Barlov tərəfindən 1687-ci ildə nəşr olunmuş “Ezopun Həyatı ilə birlikdə Təmsilləri” əsərində təsvir edildiyi kimi “Ezop Təmsilləri” və ya “Aesopika”, e.ə. 620–564-cü illər arasında Qədim Yunanıstanda yaşamış qul və hekayəçi Aesop (Ezop) tərəfindən yazıldığı qəbul edilən təmsillər toplusudur. Müxtəlif və tam aydın olmayan mənşəyə malik olan bu hekayələr onun adı ilə əlaqələndirilərək müxtəlif mənbələr vasitəsilə müasir dövrə qədər gəlib çatmış və fərqli şifahi üslublarda, eləcə də populyar və bədii mühitlərdə yenidən şərh olunmağa davam etmişdir.

Bu təmsillər əvvəlcə şifahi ənənənin bir hissəsi olmuş və Ezopun ölümündən təxminən üç əsr sonra toplanmağa başlanmışdır. O vaxta qədər müxtəlif başqa hekayələr, lətifələr və atalar sözləri də onun adına aid edilirdi. Həmin materialların bir qismi ondan daha qədim mənbələrdən gəlmiş və yunan mədəniyyət dairəsindən kənar bölgələrdən daxil olmuşdur. Bu daxiletmə prosesi müasir dövrə qədər davam etmişdir; bəzi təmsillər yalnız Orta əsrlərin sonlarında qeydə alınmış, digərləri isə Avropadan kənardan gəlmişdir. Bu proses davamlı xarakter daşıyır və hətta açıq şəkildə daha sonrakı dövrlərə aid olduğu bilinən, bəzən isə müəllifi məlum olan yeni hekayələr belə Ezop nağıllarına əlavə olunmaqdadır.

Latın və yunan dillərində olan əlyazmalar ötürülmənin mühüm vasitələrindən biri olmuşdur. Sonradan Avropa xalqlarının yerli dillərində poetik işləmələr də başqa bir yayılma yolu yaratmışdır. Çap texnologiyasının meydana çıxması ilə Ezop təmsillərinin topluları müxtəlif dillərdə nəşr olunan ən erkən kitablar arasında yer almışdır. Sonrakı dövrlərdə hazırlanmış kolleksiyalar, eləcə də onların tərcümə və uyğunlaşdırmaları vasitəsilə Ezopun təmsilçi kimi şöhrəti bütün dünyaya yayılmışdır.

Başlanğıcda bu təmsillər böyüklərə ünvanlanmış, dini, sosial və siyasi mövzuları əhatə etmişdir. Onlar həmçinin etik (əxlaqi) yolgöstəricilər kimi istifadə olunmuş, İntibah dövründən etibarən isə xüsusilə uşaqların təhsili üçün geniş şəkildə tətbiq edilmişdir. Bu təmsillərin əxlaqi (etik) tərəfi böyüklər dünyasında heykəltəraşlıq, rəssamlıq və digər təsviri sənət vasitələrində əks etdirilərək, həmçinin dram və musiqi formalarına uyğunlaşdırılaraq daha da gücləndirilmişdir. Bundan əlavə, zaman keçdikcə təmsillərin mənası yenidən şərh edilmiş və onların vurğusu dəyişdirilmişdir. Həqiqəti göstərən bədii uydurmalar thumb|1485-ci ildə İtaliyada çap olunmuş Aesopus Moralisatus nəşrinin ilk səhifəsi Təmsil janrı Tianlı Apolloni eramızdan əvvəl 1-ci əsrdə yaşamış Ezop barədə demişdir:

Daha əvvəl isə yunan tarixçisi Herodotun ötəri şəkildə “təmsil yazarı Ezopdan (Αἰσώπου τοῦ λογοποιοῦ; Aisṓpou toû logopoioû) bəhs etmiş və onun e.ə. V əsrdə Qədim Yunanıstanda yaşamış bir qul olduğunu qeyd etmişdir.The Histories of Herodotus of Halicarnassus. trans. George Rawlinson, Book I, 132 Digər müəlliflərin əsərlərindəki istinadlar arasında Aristofan “The Wasps” komediyasında baş qəhrəman Filokleonu ziyafətlərdə aparılan söhbətlərdən Ezopun “cəfəngiyatlarını” öyrənmiş biri kimi təsvir etmişdir. Platon isə “Fedon” əsərində yazırdı ki, Sokrat həbsdə keçirdiyi vaxtı bildiyi bəzi Ezop təmsillərini nəzmə çəkməklə keçirirdi. Bununla belə, iki əsas səbəbə görə Ezopa aid edilən təmsillərdəki bir çox əxlaqi nəticələrin bir-biri ilə ziddiyyət təşkil etməsi və onun həyatı haqqında qədim mənbələrin fərqli məlumatlar verməsi səbəbindən müasir yanaşmaya görə, Ezop ona aid edilən bütün təmsillərin əsl müəllifi olmamışdır.Aesop's Fables, ed. D.L. Ashliman, New York 2005, p xiii–xv, xxv–xxvi Əgər hər hansı bir təmsilin başqa məlum ədəbi mənbəyi yox idisə, həmin təmsil adətən Ezopun adına aid edilirdi.Christos A. Zafiropoulos (2001). Ethics in Aesop's Fables, Leiden, p 10–12

Klassik dövrdə bu təmsilləri digər nəqletmə növlərindən fərqləndirməyə çalışan müxtəlif nəzəriyyəçilər mövcud idi. Onların fikrincə, təmsillər qısa və sadə olmalı idi;Zafiropoulos, Ethics in Aesop's Fables, p. 4bundan əlavə, onlar uydurma olsa da, həyat üçün faydalı və insan təbiətinə uyğun olmalıdırlar.G. J. Van Dijk (1997). Ainoi, Logoi, Mythoi, Leiden, p. 57Bu təmsillərdə danışan heyvanlara və bitkilərə rast gəlmək mümkün idi, baxmayaraq ki, bəzi nümunələrdə yalnız insanların bir-biri ilə qarşılıqlı münasibəti təsvir olunurdu. Adətən onlar mövzunu açıqlayan qısa girişlə başlayır, sonra hekayə təqdim edilir və çox vaxt sonda əxlaqi nəticə xüsusi vurğulanırdı. Kontekstin əvvəlcədən verilməsi hekayənin düzgün şərhi üçün zəruri sayılırdı; məsələn, "The Frogs Who Desired a King" və "The Frogs and the Sun" təmsillərinin siyasi mənasının anlaşılmasında olduğu kimi.

Bəzən təmsillərə sonradan verilən adlar atalar sözü xarakteri qazanmışdır; məsələn, "The Goose that Laid the Golden Eggs" və "The Town Mouse and the Country Mouse" kimi. Əslində bəzi təmsillər, məsələn "The Young Man and the Swallow", mövcud atalar sözlərini izah etmək üçün yaradılmış kimi görünür. Hətta bir nəzəriyyəçi təmsilləri “genişləndirilmiş atalar sözləri” kimi tərif etməyə qədər gedirdi.Francisco Rodríguez Adrados (1999). History of the Graeco-Latin Fable vol. 1, Leiden. p. 7 Bu baxımdan onların etiologiya funksiyası vardır: yəni müəyyən şeylərin mənşəyini izah edirlər, məsələn, başqa bir kontekstdə qarışqanın niyə xəsis və oğru bir canlı sayılması və ya tısbağanın qabığını necə əldə etməsi kimi. Digər bəzi təmsillər isə bu funksiyaya yaxın olsa da, açıq şəkildə zarafat xarakteri daşıyır; məsələn, "The Old Woman and the Doctor" hekayəsi kimi, acgöz həkimləri hədəf alan satirik məzmunlu nümunələr. Mənşəyi Artıq qeyd olunan təmsillər ilə eyni mövzunun alternativ versiyaları arasındakı ziddiyyətlər "The Woodcutter and the Trees" nümunəsində olduğu kimi — ən yaxşı şəkildə bu janra aid bütün nümunələrin Ezop adına aid edilməsi ilə izah olunur. Bəzi təmsillərin Qərbi Asiya mənşəli olduğu açıq şəkildə görünür, digərlərinin isə daha şərq bölgələrdə analoqları mövcuddur. Müasir elmi tədqiqatlar göstərir ki, Ezop üslubunda təmsillər və atalar sözləri hələ qədim Şumer və Akkad(şəhər) mədəniyyətlərində, e.ə. III minillikdə belə mövcud olmuşdur.John F. Priest, "The Dog in the Manger: In Quest of a Fable", in The Classical Journal, Vol. 81, No. 1, (October–November 1985), pp. 49–58. Ezop təmsilləri ilə Hind ənənəsi "Jataka tales" və "Panchatantra" ilə təmsil olunan təxminən onlarla eyni süjeti bölüşür, baxmayaraq ki, detallar çox vaxt ciddi şəkildə fərqlənir. Yunanların bu təmsilləri hind hekayəçilərindən öyrənib-öyrənməməsi, yoxsa əksinə, hindlərin yunanlardan təsirlənməsi, ya da bu təsirlərin qarşılıqlı olub-olmaması barədə elm dünyasında hələ də mübahisə mövcuddur.

Ben Edvin Perri “Babrius and Phaedrus” əsərində ifrat mövqe tutaraq belə iddia edirdi:

Ezop və Budda təxminən eyni dövrlərdə yaşamış olsalar da, onların hekayələri ölümündən yalnız bir neçə əsr sonra yazılı şəkildə qeydə alınmışdır. Bu səbəbdən, ziddiyyətli və hələ də formalaşmaqda olan dəlillər nəzərə alındıqda, əksər obyektiv tədqiqatçılar artıq Ben Edvin Perri kimi bu məsələdə bu qədər qəti mövqe tutmağa hazır deyillər.van Dijk, Gert-Jan (1997). Ainoi, Logoi, Mythoi: Fables in Archaic, Classical, and Hellenistic Greek Literature, Leiden, Netherlands: Brill.Adrados, Francisco Rodríguez; van Dijk, Gert-Jan. (1999). History of the Graeco-Latin Fable, 3 Volumes, Leiden, Netherlands: Brill.

Tərcümə və yayılma Yunan versiyaları thumb|Yunan əlyazmasında Babrius təmsilləri

Ezop təmsillərinin qədim Yunanıstana nə vaxt və necə gəlib yayıldığı hələ də qeyri-müəyyəndir. Onlardan bəziləri Babrius və Fadrus dövründən yəni Ezopdan bir neçə əsr sonra — daha erkən tarixlərə, digərləri isə daha gec dövrlərə aiddir.

Ən erkən qeyd olunan toplu isə e.ə. IV əsrdə yaşamış afinalı natiq və dövlət xadimi Falerli Demetri tərəfindən hazırlanmışdır. O, Aristotelin davamçısı olaraq, əvvəlki yunan müəlliflərinin ayrı-ayrı “exempla” kimi istifadə etdiyi təmsilləri toplayaraq onları natiqlərin istifadəsi üçün on kitabdan ibarət bir toplu halına gətirmişdi. Sadəcə olaraq, o, əvvəlki ənənədə səpələnmiş bütün təmsilləri kataloqlaşdırmış və onları nəsr şəklində sistemləşdirmişdi. Bu toplu ən azı başqalarının Ezopa aid etdiyi materialların mövcudluğunu göstərirdi; lakin bu materiallara yalnız heyvan təmsilləri deyil, həm də uydurma hekayələr, etioloji və satirik miflər, hətta atalar sözləri və zarafatlar da daxil edilmiş ola bilərdi. Beləliklə, bu ənənə daha çox “Ezop” adının müxtəlif hekayələri özünə cəzb etmə gücünü göstərir, nəinki onun həqiqi müəllifliyini sübut edir. Hər halda, Falerli Demetrinin əsəri sonrakı on iki əsr boyunca tez-tez xatırlansa da və “rəsmi Ezop” kimi qəbul olunsa da, onun heç bir nüsxəsi günümüzə gəlib çatmamışdır. Müasir təmsil topluları isə Babriusun daha sonrakı Yunan versiyalarına əsaslanır. Hazırda təxminən 160 təmsildən ibarət, xoliambik şeirlə yazılmış yarımçıq bir əlyazma mövcuddur və alimlərin fikrincə, o, eramızın I əsrində yaşamışdır. Bundan əlavə, IX əsr müəllifi Ignatius the Deacon tərəfindən xoliambik tetrametrlərlə yazılmış 55 təmsil də qeyd olunmağa dəyər; bu əsər Şərq mənşəli bəzi hekayələrin erkən dövrdə Ezopa aid edildiyini göstərir.Ashliman, D.L. "Introduction", Aesop's Fables, 2003, p. xxii.

Ezop ənənəsinə Şərq mənşəli hekayələrin daxil olması barədə əlavə məlumat yəhudi mənbələrində, xüsusilə Talmud və Midraş ədəbiyyatında rast gəlinməsi ilə də aydınlaşır. Bu mənbələrdə yer alan təmsil və hekayələrin müqayisəli siyahısı Yəhudi Ensiklopediyası saytında da təqdim olunmuşdur.Bu müqayisəyə görə, on iki təmsil həm yunan, həm də hind mənbələrində ortaq şəkildə rast gəlinən nümunələrə bənzəyir, altı təmsil yalnız hind mənbələri ilə paralellik göstərir, digər altı təmsil isə yalnız yunan ənənəsində mövcuddur. Yunan, Hind və Talmud mənbələrində oxşar təmsillər olduqda isə, Talmud variantı daha çox hind versiyasına yaxın olur. Məsələn, “Qurd və Durna” təmsili Hindistanda şir və başqa bir quş haqqında danışılır. "Joshua ben Hananiah" bu təmsili yəhudilərə Roma əleyhinə üsyan etməmələri üçün nəql edərkən, onun hind mənşəli hansısa formadan xəbərdar olduğunu göstərmiş olur.

Latın versiyaları thumb|İtaliyanın Perugia şəhərində yerləşən 13-cü əsrə aid Fontana Magiro fəvvarəsinin bir hissəsi, “Qurd və Durna” və “Qurd və Quzu” təmsilləri ilə.

Ezopun əsərlərinin Latın iambik trimetrlərinə ilk geniş tərcüməsi eramızın I əsrində Oktavian Avqustun azad edilmiş qullarından biri olan Fedr tərəfindən həyata keçirilmişdir. Lakin bundan iki əsr əvvəl şair Ennius artıq ən azı bir təmsili Latın dilinə çevirmişdi və digərlərinə Horatsinin əsərlərində istinadlar edilir. Antioxiyalı Aftoni 315-ci ildə bu təmsillərdən təxminən qırxını texniki bir traktat şəklində işləyərək Latın nəsrinə çevirmişdir. Bu əsər təmsillərin ritorik praktikada həm o dövrdə, həm də sonrakı dövrlərdə necə istifadə olunduğunu göstərməsi baxımından mühüm əhəmiyyət daşıyır. Fəlsəfə və ritorika müəllimləri tez-tez Ezop təmsillərini tələbələr üçün məşq materialı kimi verirdilər. Onları yalnız hekayənin ibrətini müzakirə etməyə deyil, həm də öz üslublarını və qrammatik qaydaları inkişaf etdirmək üçün həmin təmsilləri yenidən yazmağa təşviq edirdilər. Bir qədər sonra şair Desim Maqn Avsoni bu təmsillərdən bəzilərini poeziya şəklində təqdim etmiş, yazıçı Julianus Titianus isə onları nəsrə çevirmişdir. V əsrin əvvəllərində isə Avianus bu təmsillərdən 42-ni Latın elegiya (şeir növü) ilə işləyib təqdim etmişdir.Progymnasmata: Greek Textbooks of Prose Composition and Rhetoric, Brill 2003