Anna Yulianna Qonzaqa (; ) — Mantuya hersoqu Quqlielmo Qonzaqanın qızı, Avstriya hersoginyası.
1566-cı ildə Mantuyada doğuldu. Atası Mantuya hersoqu Quqlielmo Qonzaqa, anası isə Müqəddəs Roma imperatoru I Ferdinandın qızı Elyanoradır. Qatı dindar olan anasının himayəsində qatı dini təlimlərlə böyüdü. 14 may 1582-ci ildə öz doğma dayısı olan Avstriya hersoqu Tirollu Ferdinandla İnsbrukda evləndirildi. Bu hersoqun ikinci evliliyi idi və ilk nigahından yetkinliyə çatan 2 oğlu vardı. Üstəlik nigah əsnasında hersoqun 53, Anna Yuliannanın isə 15 yaşı vardı. Cütlüyün bu nigahından 3 qızı doğuldu.
Anna Elyanora (1583-1584) Mariya (1584-1649) Anna (1585-1618)
Ərinin 1595-ci ildə vəfatının ardından onun bütün torpaq mülkiyyəti digər dayısı II Karlın oğlu Ferdinanda keçdi. Ancaq İnsbrukdakı sarayı və bəzi şəxsi mal-mülk Anna Yuliannanın əlində qaldı. İnsbrukdakı sarayında övladlarını böyüdən Anna Yulianna daha sadə və dinə bağlı bir həyat yaşadı. Hər cümə günü oruc tutdu və sarayı bir növ monastıra çevirdi.
1612-ci ildə rəsmi olaraq Servit ordeninə qatıldı və bütün şəxsi xəzinəsini bu ordenə sərf etməyə başladı. 1621-ci ildə burada vəfat etdi.
Mənbə
Ədəbiyyat
Dourche, Joachim M. / Schenk, Jessie (translator) ''A Servant of Mary: Anne Juliana of Gonzaga, Archduchess of Austria, Third Order Servite (1566-1621)''. Sisters, Servants of Mary, Ladysmith, Wisconsin 1995. ISBN N/A. Taddei, Elena (2021). Anna Caterina Gonzaga (1566-1621): Erzherzogin von Österreich, Landesfürstin von Tirol und Klosterstifterin. Innsbruck Wien: Tyrolia-Verlag. ISBN 978-3-7022-3982-4
İstinadlar Kateqoriya:Qonzaqa sülaləsi Kateqoriya:XVI əsr İtaliya zadəganları