Mahmud Əlayi Taliqani (, ) () – İran şiə din xadimi, inqilabçısı və aktivisti. O, Pəhləvilər sülaləsi tərəfindən idarə olunan İran dövlətini devirən və indiki İran İslam Respublikasını quran İran İslam inqilabının liderlərindən biri idi.

İran Azadlıq Hərəkatının təsisçi üzvü olan Taliqani 1960-cı və 1970-ci illərdə gənc tərəfdarlar qazanmaq uğrunda solçu hərəkatlarla rəqabət aparmaq məqsədilə şiəliyi marksist ideallarla qarışdırmağa meyil göstərən bir çox şiə din xadimlərinin nümayəndəsi kimi xarakterizə edilmişdir.Nasr, Vali, The Shia Revival, Norton, (2006), pp. 126–7 Onun ən böyük təsirinin "Qurani-Kərim" təfsiri sahəsindəki fəaliyyəti olduğu və sonrakı dövrün bir çox inqilabçılarının onun tələbələri sırasından çıxdığı qeyd olunur.Bakhash, Shaul, Reign of the Ayatollahs (1984), p. 168 O, İran İslam inqilabından sonra Həsən İmamini əvəz etmiş və Tehranın ilk cümə namazı imamı olmuşdur.

Təhsili Taleqani 5 mart 1911-ci ildə Əlborz ostanının Taliqan şəhristanının Qiliyərd kəndində dindar bir ailədə anadan olmuşdur. Rza şah Pəhləvinin dövründə hicab[ın qadağan edilməsinə qarşı etirazlar fonunda "Bəlağ" adlı jurnal nəşr etdirən atası Əbülhəsən Taliqani ona islam elmlərini öyrətmişdir. Taliqani təhsilini Qum şəhərində davam etdirmiş, Rəzəviyyə və Feyziyyə mədrəsələrində eyni sahə üzrə oxumuşdur. O, burada müəllimləri Əbülhəsən İsfahani və Əbdülkərim Hairi Yəzdidən ictihad icazəsi (sertifikatı) almışdır.

Siyasi fəaliyyəti

İslam inqilabından əvvəl Mahmud Əlayi Taliqani 1938-ci ildə islama dair moizələr və mühazirələr oxumaq üçün Tehrana getmiş, növbəti il isə Rza şah rejiminə qarşı çıxdığına görə həbs edilmiş və zindana salınmışdır. 1948-ci ildən etibarən o, Tehranın "Hidayət" məscidində dərslər keçməyə başlamışdır.the Karizma of Hedayt Mosque, Mohsen Saeedi, Zamaneh Magazine, Tir 1383 solar, in Persian, number 22 1951-ci və 1952-ci illərdə İordaniya və Misirə səfər etmiş, Kəraçidə keçirilən Xalq Müsəlman Konqresinə qatılmış, həmçinin illik Qüds İslam Konqresində İran nümayəndə heyətinin rəhbəri kimi iki dəfə Qüdsü ziyarət etmişdir. Taliqani Məhəmməd Müsəddiqin rəhbərliyi ilə neft sənayesinin milliləşdirilməsini dəstəkləmişdir. 1953-cü ildə Müsəddiqin devrilməsi və şah hakimiyyətinin bərpası ilə nəticələnən dövlət çevrilişindən sonra o, həbs edilmiş və "İslam fədailəri" radikal islamçı təşkilatının qurucusu və lideri Nəvvab Səfəvini gizlətməkdə ittiham olunmuşdur.Ayatollah Mahmood Taleqani Islamic Republic of Iran Broadcasting (official government biography of Taleghani)

Tələbəlik illərindən siyasi fəaliyyətlə məşğul olan Taleqani Pəhləvi rejiminə qarşı mübarizənin təcrübəli iştirakçılarından biri idi. Onilliklər ərzində gənc vaxtlarında vaiz, sonralar orta rütbəli din xadimi və nəhayət, inqilabdan bir qədər əvvəl yüksək rütbəli dini lider kimi müxtəlif vaxtlarda həbs edilmiş,Nasr, Vali, The Shia Revival, Norton, (2006), p. 127 ümumilikdə on iki ildən çox həbs həyatı yaşamışdır. Zindanda çoxlu solçu siyasi məhbusla tanış olmuş və onlarla olan ünsiyyətindən bəhs etməkdən məmnunluq duymuşdur. Sol ideyaların onun təfəkkürünə təsiri kollektiv mülkiyyəti İslamdakı iman prinsiplərindən biri kimi müdafiə etdiyi "İslam və mülkiyyət" kitabında öz əksini tapmışdır. O, 1957-ci ildə İran Milli Müqavimət Hərəkatının yaradılmasına kömək etmiş, 1961-ci ilin may ayında isə Mehdi Bazargan, Yədulla Səhabi və Əli Şəriəti ilə birlikdə İran Azadlıq Hərəkatını təsis etmişdir. 1971-ci ildə Sistan və Bəlucistan ostanının Zabol şəhərinə, daha sonra isə Kirman ostanının Baft şəhərinə sürgün edilmişdir. 1964–1978-ci illər arasında təxminən on ilə yaxın müddəti həbsxanada keçirən Taliqani ümumilikdə 15 ilə yaxın məhbusluq həyatı sürmüş və nəhayət, 1978-ci ilin noyabrında İran İslam inqilabının yüksəlişi dalğasında azadlığa buraxılmışdır.

İslam inqilabı dövründə Ayətullah Ruhullah Xomeyni qədər nüfuzlu olmanağına baxmayaraq, Taleqani İran İslam inqilabına aparan və Xomeynini hakimiyyətə gətirən hərəkatın formalaşmasında mühüm rol oynamışdır. İslam inqilabı zamanı o, İranın əsas idarəedici orqanı olan İnqilab Şurasının sədri olmuş, lakin bu fakt onun vəfatına qədər ictimaiyyətdən gizli saxlanılmışdır. 1979-cu ilin iyulunda İranın müvəqqəti hökumətinin süqutundan sonra o, Tehranın ilk cümə namazı imamı təyin edilmişdir.

Taleqani dözümlülüyü ilə tanınır və kürdlər, eləcə də digər müxalif qruplarla baş verən münaqişələrdə Xomeyninin vasitəçisi kimi çıxış edirdi. Bununla belə, onun Xomeyni ilə də ixtilafları mövcud idi və bu, 1979-cu il her ayında aralarında toqquşmaya səbəb olmuşdur. Taliqani xalqın geniş rəğbətini qazanan çıxışında despotizmin yenidən bərpa oluna biləcəyi barədə xəbərdarlıq etmişdir. Onun iki oğlunun İnqilab Keşikçiləri tərəfindən həbs edilməsindən sonra minlərlə tərəfdarı küçələrə çıxmış və Taliqanini inqilabın ruhu adlandırmış, mürtəcelərə qarşı şüarlar səsləndirmişdir. Xomeyni Taliqanini Qum şəhərinə çağıraraq ona kəskin xəbərdarlıq etmiş və daha sonra mətbuat nümayəndələrini qəbul etmişdir. Xomeyni mətbuata açıqlamasında Taliqaninin onlarla birlikdə olduğunu və baş verənlərə görə təəssüf hissi keçirdiyini bəyan etmişdir. Eyni zamanda, Xomeyninin ona heç vaxt "Ayətullah Taliqani" deyə müraciət etmədiyi diqqət çəkmişdir.Mackay, Iranians, (1998), p. 291

Görüşləri Mahmud Əlayi Taliqani müstəmləkəçiliyin müxtəlif ölkələrdəki totalitarizm və diktaturanın əsas səbəbi olduğunu müdafiə etmişdir. Onun yanaşmasına görə, milliyyətçilik özlüyündə son məqsəd olmamış, lakin anti-müstəmləkəçi fəaliyyətlərin bir vasitəsi kimi nəzərdən keçirilmişdir. Taliqani İsrailə qarşı müqaviməti təşviq etmiş və bu məqsədlə regiona tez-tez səfərlər etmişdir.

20 aprel 1979-cu ildə Taliqaninin televiziya ilə yayımlanan müsahibəsində Ayətullah Xomeyninin liderliyinin təkcə özü tərəfindən yix, bütün dünya tərəfindən qəbul edildiyini bəyan etmiş, onu inancın, səmimiyyətin, qətiyyətin və dürüstlüyün mənbəyi adlandırmış, həmçinin onun mübarizəsini, sözlərini və layihələrini hər zaman bəyəndiyini vurğulamışdır.

Taliqaninin təfəkküründə rasionallıq mühüm yer tutmuşdur. Onun fikrincə, İslamda hər bir hökmün öz əsası mövcuddur. Həmçinin o, öz moizə və yazılarında islamı həm ictimai, həm də fərdi həyatda mütərəqqi qaydalar müəyyən edən bir din kimi xarakterizə etmişdir.

Taleqaninin mülahizələrinə görə, "Quran"ın redaktəsi (bir araya gətirilməsi) birinci xəlifə Əlinin xilafəti dövründə baş tutmuşdur. O, həmçinin Quranın strukturunun bütövlüyünü və ayələr arasındakı sıx bağlılığı xüsusi olaraq vurğulamışdır. Onun "Quran" təfsiri dil baxımından yenilikçi xüsusiyyət daşımış, rəvayətlərdən və hüquqi hesabatlardan istifadə edilməklə geniş auditoriyanın marağına səbəb olacaq şəkildə hazırlanmışdır. Taliqani möminlərin "Quran" ayələrinin mənası üzərində mütləq düşünməli olduqlarını israr etmişdir.the commentary of Ayatollah Taleghani, an sophisticated and topical one, the magazine of Quranic sciences and Hadith, fall and winter 1387 solar, number 3, p.55-94 O, həmçinin dövrün sosial təhlilləri və hadisələri fonunda "Nəhcül-bəlağə"ni tərcümə və şərh etməyə çalışmışdır.

Vəfatı Taliqani 9 sentyabr 1979-cu ildə vəfat etmişdir. Onun iki oğlu atasının qətlə yetirildiyini iddia etmişdir, lakin bu iddia öz təsdiqini tapmamışdır. Onun müəmmalı vəfatı və həyatı boyu qazandığı uğurlar dəfn mərasimindən əvvəl və mərasim zamanı böyük insan kütlələrinin toplaşmasına və dərin kədərə səbəb olmuş, bu itki inqilab daxilindəki "mülayimlik və mütərəqqi təfəkkürə vurulan bir zərbə" kimi qiymətləndirilmişdir.Keddie, Modern Iran, (2006), p. 245

O, ciddi bir görkəmə, arıq cizgilərə malik və həddindən artıq tütün aludəçisi olan bir şəxs kimi təsvir edilmişdir.Nasr, Vali, The Shia Revival, Norton, (2006), p. 126

Ayətullah Ruhullah Xomeyni onun vəfatı münasibətilə verdiyi başsağlığı ismarışında onu dövrün Əbuzər Gəffarisi adlandırmış və islam naminə fəaliyyət göstərən bu şəxsiyyətin natiqlik dilinin Malik Əştərin qılıncı kimi kəsərli və sarsıdıcı olduğunu qeyd etmişdir.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:İran ayətullahları Kateqoriya:İran inqilabçıları Kateqoriya:İranda məhbuslar və məhkumlar